Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2310/2025 12.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “torpaq sahəsində plan və ölçü işlərinin aparılmasına maneənin aradan qaldırılması və tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz Rayonu Qaraxanlı kəndində yerləşən reyestr nömrəsi **********64 saylı çıxarışda göstərilən torpaq sahəsində cavabdeh tərəfindən ölçü işlərinin aparılamasına manelərin aradan qaldırılması və həmin torpaq sahəsində inşa olunmuş daş hasarın və tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Tovuz Rayonu Qaraxanlı kəndində yerləşən miras mülkdən qızının payları müəyyən olunmuşdur. Qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə əsasında həmin torpaq sahəsinə dair çıxarış verilməlidir. Cavabdeh X4 məxsus torpaq sahəsi ilə qızına verilən torpaq sahəsinin ümumi sərhəddi var və torpaq sahəsi bitişikdir. DƏDRX-nin 15 saylı Tovuz Ərazi idarəsinin əməkdaşları tərəfindən həmin torpaq sahəsində ölçü işləri aparılarkən cavabdeh tərəfindən manelər yaradılmışdır. Belə ki, həmin torpaq sahəsinndə cavabdeh daş hasar və hamam tikdirmişdir. O, cavabdehdən tələb etsə də cavabdeh daş hasarı sökməmiş və ölçü işlərinin aparılmasına maneəlǝr törətmişdir. Mübahisəni öz aralarında həll edə bilmədiyindən mübahisə məhkəmə qaydasında həll olunmalıdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ona məxsusdur.Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1ində yerləşən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizənizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsində baxılmışdır. Hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış ve torpaq sahəsinin döngə nöqtələrinin koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən sənədlərdəki məkan göstəriciləri ilə torpaq sahəsinin faktiki yerleşdiyi məkan göstəriciləri (konfiqurasiya) arasında müəyyən uyğunsuzluqların olması aşkar edilmişdir. Yuxarıda göstərilənlərə və "Daşınmaz Əmlakın Dövlət Reyestri" haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mülkiyyət hüququnuzun qeydiyyata alınmasından imtina olunur. Məlumat üçün bildiririk ki, tərəfimizdən torpaq sahəsinin elektron məlumat bazasındal düzəlişlərin edilməsi məqsədilə İcra nümayəndəliyinin, bələdiyyənin, sizin və qonşu torpaq istifadəçilərinin iştirakı ilə birlikdə ərazidə çöl ölçmə işlərinin aparılması və torpaq sahəsinin faktiki istifadə vəziyyətini nəzərə alaraq birgə AKT tərtib edildikdən sonraərizənin icrası mümkün ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndrilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Elektron baza məlumatlarına əsasən İddiaçı və qeyrilərinin **********64 reyestr nömrəli çıxarış əsasında paylı mülkiyyətində olan Tovuz rayonu Qaraxanlı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin 10 kv.m hissəsi X7 tərəfindən istifadə edilir. X7 tərəfindən inşa edilmiş daş hasarin 13.45 metr uzunluğunda olan hissəsi İddiaçı və qeyrilərinin **********64 reyestr nömrəli çıxarış əsasında paylı mülkiyyətində olan Tovuz rayonu Qaraxanlı kendində yerləşən 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşür, altıaçıq (talvar) isə özünün mülkiyyətində olan torpaq sahəsində yerləşir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu Qaraxanlı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin 6/42 hissə (açıq saxlanılır) X6, 12/42 hissə (açıq saxlanılır) X1, 12/42 hissə (açıq saxlanılır) X9 və 12/42 hissədə İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi: Atası xx.xx.2018-ci il tarixdə vəfat etmiş X10 olan: ünvan 1i ünvanında qeydiyyatda olan nəvəsi- İddiaçıdır və o miras emlakdan 1/7 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Tovuz Ərazi İdaresi tərəfindən xx.xx.2024-cü il tarixdə X2 verilmiş **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Qaraxanlı kendi ünvanında yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinin mərhuma məxsus hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025 tarixli qeydiyyat nömrəsi **********TY34206 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Tovuz rayonu, Qaraxanlı kendi ünvanında yerləşən torpaq sahəsi ipoteka ile yüklü edilməmiş, həbs altında deyil və özgeninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi: ünvan 1i ünvanında qeydiyyatda olan qızı- İddiaçıdır və o miras emlakdan 1/7 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak vərəsəliyi xx.xx.2024-cü il tarixli 2V-433 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X1 xeyrinə açıq saxlanmış, xx.xx.2018-ci il tarixdə vəfat etmiş oğlu X8 məxsus olmuşdur. ƏMDK-nin yanında DƏDRXnin Tovuz Ərazi İdaresi tərəfindən xx.xx.2024-cü il tarixdə X2 verilmiş **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Qaraxanlı kendi ünvanında yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinin mərhuma məxsus hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025 tarixli qeydiyyat nömrəsi **********TY34206 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Tovuz rayonu, Qaraxanlı kendi ünvanında yerləşən torpaq sahəsi ipoteka ile yüklü edilməmiş, həbs altında deyil və özgeninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X9 vərəsəsi: ünvan 1i ünvanında qeydiyyatda olan nəvəsi- İddiaçıdır və o miras emlakdan 1/7 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X1 xx.xx.2008-ci il tarixdə vəfat etmiş əri X11 məxsus olmuşdur. ƏMDK-nin yanında DƏDRX-nin Tovuz Ərazi İdaresi tərəfindən xx.xx.2024-cü il tarixdə X2 verilmiş **********64 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Qaraxanlı kendi ünvanında yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsinin mərhuma məxsus hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025 tarixli qeydiyyat nömrəsi **********TY34206 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Tovuz rayonu, Qaraxanlı kendi ünvanında yerləşən torpaq sahəsi ipoteka ile yüklü edilməmiş, həbs altında deyil və özgeninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı valideyinləri X10 ilə Qanuni nümayəndədır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 3.1.14-cü bəndinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; 3.1.16-cı bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifəsidir. Hazırkı mülki iş üzrə iddiaçı Tovuz Rayonu, Əlibəyli kəndində yerləşən fərdi yaşayış evinin müvafiq orqan tərəfindən ölçülməsi işlərinin aparılması ilə bağlı maneələr yaradılmasının cavabdehə qadağan olunmasını xahiş etmiş və tələbini həmin evə dair hüquqlarının qeydiyyata alınması ilə əsaslandırmışdır. Məhkəmə nəzər alır ki, daşınmaz əmlaka hüquq(lar) aparılmış araşdırma nəticəsində müvafiq orqan tərəfindən qeydiyyata alınır. Belə ki, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək qeydedilən Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin vəzifəsidir və həmin vəzifənin yerinə yetirilməsinə maneələr yaradılması qanunvericiliyə ziddir. Buna görə, müqavilə əsasında iddiaçının sahiblik və istifadəsinə verilmiş daşınmaz əmlakın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri tərəfindən ölçülməsinə maneələr yaradılması cavabdehə qadağan olunmalıdır. Eyni zamanda məhkəmə araşdırılmadı zamanı müəyyən edilmişdir ki, İddiaçı və qeyrilərinin **********64 reyestr nömrəli çıxarış əsasında paylı mülkiyyətində olan Tovuz rayonu Qaraxanlı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin 10 kv.m hissəsi X7 tərəfindən istifadə edilir. X7 tərəfindən inşa edilmiş daş hasarin 13.45 metr uzunluğunda olan hissəsi İddiaçı və qeyrilərinin **********64 reyestr nömrəli çıxarış əsasında paylı mülkiyyətində olan Tovuz rayonu Qaraxanlı kendində yerləşən 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşür, altıaçıq (talvar) isə özünün mülkiyyətində olan torpaq sahəsində yerləşir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh X7 tərəfindən inşa edilmiş daş hasarın 13.45 metr uzunluğunda olan hissəsi sökülməli, X7 həmin və 0,10 ha hissədən çıxarılmalı, ioddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və mütəxəssisə çəkilmiş 95 manat pul X3 alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Tovuz rayonu Qaraxanlı kəndində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən plan və ölçü işlərinin aparılmasına cavabdeh X7 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Tovuz rayonu Qaraxanlı kəndində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş daş hasarın 13.45 metr uzunluğunda olan hissəsi X7 tərəfindən sökülsün və X7 həmin və iddiaçıya məxsus 0,10 ha torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2310/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2310/2025
12.11.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver