Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-239/2023 28.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Fizuli qızına qarşı «cehiz əşyalarının çıxarılması» tələbinə dair dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Fizuli qızına qarşı «cehiz əşyalarının çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus olan aşağıda adları göstərilən cehiz əşyalarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən, əlavə ərizə ilə məhkəməyə müraciət edərək, aşağıda adları göstərilən əşyaların: yataq dəsti, dolab, güzgü, 2 ədəd tumbuçqa, çarpayı, 2 ədəd xalça, 1 ədəd 80 diaqonallı televizor, 4 ədəd qazan, 6 ədəd stəkan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 6 ədəd kasa, 6 ədəd çəngəl-qaşıq, 2 ədəd konfet qabı, 1 ədəd zibil qabı, 1 ədəd vedrədən ibarət cehiz şəyalarının onun mülkiyyətində olan evdən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Fizuli qızı onun oğlu X2 ilə xx.xx.2018-ci ildə ailə həyatı qurmuşlar. Cavabdeh X1 2020-ci ilin iyun ayının 20-dən çıxıb atası evinə getmişdir. Ancaq cehiz əşyaları onun evində qalmış, həmin əşyaları özü ilə aparmamışdır. Ona məxsus evindən cehiz əşyalarının çıxarılmasını cavabdehə təklif etsədə, onlara anası ilə birlikdə gəlib ailəsini söyüb təhqir etmiş və cehiz əşyalarını aparmamışdır. Ona aid olan yataq dəsti, televizor, 2 ədəd gəvə və sair cehizlər hələ də ona məxsus evdədir. O, həmin cehizlərin çıxarılması tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Fizuli qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Fizuli qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarına əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İddiaçı mülkiyyətində Tovuz rayonu Dönük Qırıqlı kəndində 0,10 ha torpaq sahəsi vardır. Cavabdeh Fizuli qızı məhkəmənin əvvəlki iclasında iştirak etmiş və iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, cavabdehin oğlu X2 ilə boşanmaq istəmir. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bunlan sonra Mülki Məcəllənin) 152.1ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Fizuli qızına məxsus yataq dəsti, dolab, güzgü, 2 ədəd tumbucqa, carpayı, 2 ədəd xalça, 1 ədəd 80 diaqonallı televizor, 4 ədəd qazan, 6 ədəd stakan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 6 ədəd kasa, 6 ədəd cəngəl, qaşıq, 2 ədəd konfet qabı, 1 ədəd zibil qabı, 1 ədəd vedrədən ibarət cehiz şəyaları Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Fizuli qızına məxsus yataq dəsti, dolab, güzgü, 2 ədəd tumbuçqa, carpayı, 2 ədəd xalça, 1 ədəd 80 diaqnallı televizor, 4 ədəd qazan, 6 ədəd stakan, 6 ədəd nəlbəki, 6 ədəd boşqab, 6 ədəd kasa, 6 ədəd cəngəl, qaşıq, 2 ədəd konfet qabı, 1 ədəd zibil qabı, 1 ədəd vedrədən ibarət cehiz əşyaları Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-239/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-239/2023
28.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver