Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2407/2023 11.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək Tovuz Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(062)-2960/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment mebləğinin artıraraq hər ay 220 manat qət edilməklə Cavabdeh alınıb xx.xx.2012-ci il tarixdə anadan olmuş Tuncay adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il tarixdə Tuncay adlı bir uşağı anadan olmuşdur. Cavabdeh ilə aralarında yaranmış narazlığa görə faktiki olaraq ayrılmışlar. Cavabdeh ona uşağın saxlanılmasında heç bir köməklik etmir. O, öz imkanı daxilində uşağı saxlayır. Tovuz Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(062)2690/2018 saylı qətnaməsinə əsasən Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin alınaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi qət edilmişdir. Lakin həmin məbləğ hal-hazırda uşağın saxlanılmasına kifayət etmir. Cavabdeh valideyn kimi öz üzərinə düşən vəzifəsini yerinə yetirmir və ona əlavə heç bir yardım göstərmir. Ona görə də, Tovuz Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(062)-2960/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment mebləğinin artıraraq hər ay 220 manat qət edilməklə Cavabdeh alınıb xx.xx.2012 ci il tarixdə anadan olmuş Tuncay adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, maddi imkanı zəifdir. Ona görə də, iddia tələbini qəbul etmir. Məhkəmə tərəfləri dinləyib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 27 dekabr 2018ci il tarixli 2(062)-2960/2018 saylı qətnamənin sürətindən görünür ki, Cavabdeh tutulan alimentin miqdarı artırılaraq xx.xx.2012-ci il təvəllüdlü Tuncay adlı uşağın saxlanılması üçün hər ay 130 manat alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(062)-2960/2018 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq xx.xx.2012-ci il təvəllüdlü Tuncay adlı uşağın saxlanılması üçün hər ay 130 manat aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin faktiki nikahından xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(062)-2960/2018 saylı saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını hər bir uşaq üçün 190 manat müəyyən etmişdir. Yəni, alimentin artırılmış hissəsi 50 manat olmuşdur ki, bu halda alimentin artırılmış hissə illik məcmusu 600 manat təşkil edir. Bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatadəkdir. "Dövlət rüsumu haqqında" Qanunun 8.1.1-ci maddəsinə görı iddianın qiyməti 1.000 manatadək 30 manat dövlət rüsumu ödənilmilidir. Ona görə də Cavabdeh 30 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(062)-2960/2018 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2407/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2407/2023
11.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver