Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-244/2023 06.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 Elburus oğluna, İsmayılov Elburus Bəhrəm oğluna və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 Elburus oğluna, İsmayılov Elburus Bəhrəm oğluna və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 mart 2022-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh1 Elburus oğlu arasında bağlanılmış 01646 saylı kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh1 Elburus oğlundan, İsmayılov Elburus Bəhrəm oğlundan və Cavabdeh3 müştərək qaydada 2785.68 manat əsas, 214.46 manat əsas məbləğə hesablanmış faiz və 72.22 manat cərimə borcu olmaqla, cəmi 3072.36 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 50.72 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia həcminin azaldılması barədə ərizə verərək Cavabdeh1 Elburus oğlundan, İsmayılov Elburus Bəhrəm oğlundan və Cavabdeh3 müştərək qaydada 2487.81 manat əsas borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 50.72 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 04 mart 2022-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh1 Elburus oğlu arasında 01646 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Bank tərəfindən Cavabdeh1 Elburus oğluna illik faiz dərəcəsi 32% olmaqla 12 ay müddətinə 3100 manat məbləində pul ayrılmışdır və o, müqavilənin şərtlərinə əsasən 12 ay ərzində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafiq üzrə ödənilməli idi. İstehlak kreditinin ayrılması üçün borclu və zaminlər şərtlərini təsdiq edən müvafiq sənədləri təqdim etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi xx.xx.2022-ci il tarixdə İsmayılov Elburus Bəhrəm oğlu və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər İsmayılov Elburus Bəhrəm oğlu və Cavabdeh3 borclu Cavabdeh1 Elburus oğlu -nun "xxxx" MMC -nin qarşısında öz öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərkən kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 Elburus oğlu na vermişdir. Amma borclu Cavabdeh1 Elburus oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütamadə olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbardarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Cavabdeh1 Elburus oğlu öhdəliyini icra etməsi nəticəsində "xxxx" MMC -nə zərər vurmuşdur. Bu isə onun "xxxx" MMC qarşısında müvafiq məsuliyyətinin yaranmasına əsas verir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 04 mart 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 Elburus oğluna illik faiz dərəcəsi 32% olmaqla 12 ay müddətinə 3100 manat məbləğində kredit verilmişdir. Zaminlik müqavilələrindən görünür ki, 04 mart 2022-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq zamin İsmayılov Elburus Bəhrəm oğlu və Cavabdeh3 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərilərinə götürmüşlər. Cavabdeh1 Elburus oğlu kredit müqavilələrin şərtlərinə əsasən müvafiq qaydada ödəniş etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 Elburus oğlu yuxarıda göstərilən kredit müqaviləsi üzrə "xxxx" MMC-dən kredit götürmüş, kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan (bildirişdən) görünür ki, "xxxx" MMC pretenziya qaydasına riayət edərək, cavabdehlərə borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə ərizə verilməsi üçün 50.72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 Elburus oğlundan, İsmayılov Elburus Bəhrəm oğlundan və Cavabdeh3 müştərək qaydada 2487.81 manat əsas borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 50.72 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin Cavabdeh1 Elburus oğlu arasında bağlanmış 04 mart 2022-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilsin. Cavabdeh1 Elburus oğlundan, İsmayılov Elburus Bəhrəm oğlundan və Cavabdeh3 müştərək qaydada 2487.81 manat əsas borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 50.72 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-244/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-244/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver