Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-245/2023 14.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, X2 oolunun katibliyi ilə, İddiaçı Tovuz kredit İttifaqı MMC-nin cavabdehlər Cavabdeh1 Balaoğlan oğluna və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması » tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tovuz kredit İttifaqı MMC cavabdehlər Cavabdeh1 Balaoğlan oğluna və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 ı məhkəməyə ərizə göndərərək, iddiadan imtina etmişdir. Ona görə də iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və işin mahiyyəti üzrə baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, iddiaçının xahişi nəzərə alınmaqla iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Tovuz kredit İttifaqı MMC-nin cavabdehlər Cavabdeh1 Balaoğlan oğluna və qeyrilərinə qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması » tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-245/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-245/2023
14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver