Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2547/2023 23.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, iddiaçı Yusifova (Abbasova) Pərvanə Müqabil qızının, Cavabdeh nümayəndəsi X4, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Yusifova (Abbasova) Pərvanə Müqabil qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Yusifova (Abbasova) Pərvanə Müqabil qızı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından xx.xx.2016-cı ildə anadan olmuş X8 və xx.xx.2018-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin artırılmasına, cavabdehdən hər ay sabit pul məbləğdə 220 manat olmaqla cəmi, 440 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Yusifova (Abbasova) Pərvanə Müqabil qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında evlənib ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X8 və xx.xx.2018-ci il tarixdə X9 adlı iki övladı anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan ayrılmışlar. Tovuz Rayon Məhkəməsinin 2(062)-413/2021 saylı qətnaməsinə əsasən Güllü və Xəyyamın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət olunmuşdur. Lakin o 300 manata Güllü və Xəyyamın sosial xərclərini ödəyə bilmir, onun saxlanılması üçün ona maddi köməklik lazımdır. Ona görə də, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2016-cı ildə anadan olmuş X8 və xx.xx.2018-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin artırılmasına, cavabdehdən hər ay sabit pul məbləğdə 220 manat olmaqla cəmi, 440 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Yusifova (Abbasova) Pərvanə Müqabil qızı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X10 bildirdi ki, Cavabdeh onun oğludur. Oğlunun maddi imkanı zəifdir. O, fəhlə işləyir. Eyni zamanda oğlu hazırda başqa qadınla nikahdadır. Ondan bir nəfər az yaşlı uşağı vardır. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 bildirdi ki, Cavabdeh onun həyat yoldaşıdır. Onların Fatimə adlı uşaqları vardır. Qəbul ediləcək qətnamə gələcəkdə onun az yaşlı uşağının da maraqlarına toxunacaqdır. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 2(062)- 832/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnamənin sürətindən görünür ki, Yusifova (Abbasova) Pərvanə Müqabil qızı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. İş materiallarına əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 2(062)-413/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnamənin sürətindən görünür ki, 10 dekabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2016-cı ildə anadan olmuş X6 və xx.xx.2018-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment tutularaq Yusifova (Abbasova) Pərvanə Müqabil qızının xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)- 832/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə X3 ilə Cavabdeh arasında olan nikah pozulmuş və Tovuz Rayon Məhkəməsinin 2(062)-413/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnamənin sürətindən görünür ki, 10 dekabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2016-cı ildə anadan olmuş X6 və xx.xx.2018-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment tutularaq Yusifova (Abbasova) Pərvanə Müqabil qızının xeyrinə verilməsi qət edilmişdir. Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı ildə anadan olmuş X6 və xx.xx.2018-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-413/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2016-cı ildə anadan olmuş X6 və xx.xx.2018-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment Yusifova (Abbasova) Pərvanə Müqabil qızının xeyrinə tutulmalıdır. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını hər bir uşaq üçün 180 manat müəyyən etmişdir. Cavabdehin iddiaçıya hər ay hər uşaq üçün 180 manat olmaqla cəmi 360 manat məbləğində aliment ödəməsi nəzərə alınarsa bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh 30 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-413/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2016-cı ildə anadan olmuş X6 və xx.xx.2018-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment Yusifova (Abbasova) Pərvanə Müqabil qızının xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2547/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2547/2023
23.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver