Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-257/2023 08.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Fizuli qızına qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: İddiaçı Cavabdeh Fizuli qızına qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Fizuli qızından avtomaşınına dəyən 8160 manat ziyanın və ödənilmiş 102 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Fizuli qızı 25 oktyabr 2022-ci il tarixdə ona məxsus olan avtomaşınla Bakı-Qazax yolunun 418-ci km-də hərəkətdə olarkən idarəetməni itirərək Kamaz markalı avtomaşınla toqquşmuşdur. Qəza nəticəsində ona 8160 manat məbləğində ziyan dəymişdir. Həmin hadisə ilə bağlı X3 tədbir görülmüş və bu barədə qərar qəbul olunmuşdur. Ona dəyən 8160 manat məbləğində maddi ziyan avtoservis mütəxəssisinin rəyi əsasında öz sübutunu tapmışdır. Hadisə vaxtı və hadisədən bir müddət sonra o, Cavabdeh Fizuli qızından ona dəyən ziyanı ödəməsini tələb etmişdir. Lakin cavabdeh bu günədək həmin ziyanı ödəməkdən boyun qaçırır. Bununla bağlı belə nəticəyə gəlmək olur ki, hadisənin baş verməsinin səbəbi Cavabdeh Fizuli qızı olmuşdur. Həmin hadisə ilə bağlı X3 toplanmış material olmuşdur. Həmin materiala əsasən cavabdeh Əliyeva X2 Rayon Məhkəməsinin müvafiq qərarı ilə 400 manat cərimə edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Fizuli qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Fizuli qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh Fizuli qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Əhmədoğulları avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı KİA Sportage markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6406 manat müəyyən edilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh Fizuli qızı İddiaçı məxsus KİA Sportage markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hadisə törətmiş, nəticədə İddiaçı məxsus KİA Sportage markalı ** FZ *** dövlət qediyyat nişanlı avtomobiliə 6406 manat məbləğində ziyan vurmuşdur. Şəmkir Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Yəni, o nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan İddiaçı məxsus KİA Sportage markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək sonuncuya maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Qeyd edilən Məcəllənin 1108.1-ci maddəsinə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, göründüyü kimi Cavabdeh Fizuli qızı İddiaçı avtomobilini qanuni əsaslarla idarə etməmiş, yəni təhlükə mənbəyinə hüquqa zidd yollarla yiyələnmişdir. Yəni, Cavabdeh Fizuli qızının avtomobili idarə etmək hüququ olmadığından o avtomobilə hüquqa zidd şəkildə yiyələnmiş hesab edilməlidir. Beləliklə Cavabdeh Fizuli qızı vurulmuş zərər həddində mülki cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus KİA Sportage markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 6406 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 84 manat 6 qəpik Cavabdeh Fizuli qızından alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus KİA Sportage markalı ** FZ *** dövlət qediyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 6406 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 84 manat 6 qəpik Cavabdeh Fizuli qızından alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-257/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-257/2023
08.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver