Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-259/2023 29.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdehlər X2 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı «pul və qızıl» tələbinə dair dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı «pul və qızıl» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona borclu olduqları 14000 (on dörd min) manat pulun, ondan aldıqları 39780 (otuz doqquz min yeddi yüz səksən) manat dəyərində 612 qram çəkidə 583 əyarlı qızılların özlərinin, naturada verilməsi mümkün olmadıqda həmin qızılların dəyəri olan 39780 (otuz doqquz min yeddi yüz səksən) manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 251,34 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərlə qonşuluqda yaşayırlar və uzun müddətdir ki, bir-birlərini tanıyırlar. Hər iki cavabdeh kiçik bizneslə məşğul olurlar. Bizneslərində dövriyyənin təmin edilməsi məqsədi ilə əvvələr bir neçə dəfə ondan qısa müddətə borca pul almışdır və dedikləri vaxtda da qaytarmışlar. Bunun müqavilində əldə etdikləri gəlirdən müəyyən qədər ona da pay vermişlər. Sonuncu dəfə 2020-ci ilin yay aylarında ondan 14000 manat məbləğində nəğd pul almışlar. Əlavə pula ehtiyaclarının olmasını bildirdikdə onda pul olmadığını, lakin X4 məxsus 612 qram qızılların onun evində olmasını bildirmişdir. Onlar ondan 39780 manat dəyərində 612 qram çəkidə qızıllarını götürüb lombarda qoyaraq oradan qısa müddətə pul götürəcəklərini, sonra isə onun pulunu və qızıllarını qaytaracaqlarını bildirmişlər. Cavabdehlərin onun yanında etibar qazanması səbəbindən o, 14000 manat nəğd pulu və 39780 manat dəyərində 612 qram çəkidə 583 əyarlı qızıllarını cavabdehlərə vermişdir. Onun pulunu və qızıllarını iki ay ərzində qaytarmalı olduqları halda hər dəfə müxtəlif bəhanələr gətirərək qaytarmamışlar. Cavabdehlərin onun etibarından sui istifadə edərək ona məxsus pulu və qızılları qanunsuz yolla ələ keçirmələri barədə Tovuz RPŞ-yə müraciət etmiş, lakin işin mülk xarakterrli olması əsas gətirilərək, cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasında iddianı qəbul edib, məhkəməyə ərizə verərək izahatında göstərdi ki, onların da başqa şəxslərdən alacaqları olduğu üçün hazırkı öhdəliyi icra edə bilmirlər. İddianın təmin olunmasına etiraz etmədi və müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etdi və digər cavabdehin izahatına uyğun izahat verərək müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, məhkəmə iclasında iştirak etmiş tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə tədqiq edilmiş digər sübutlarla, o cümlədən cavabdehlərin iddianı etiraf etmələrini, həmin etirafın qanuna müavafiq olmasını, üçüncü şəxslərin mənafelərinə toxunmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş cavabdehlərin ərizəsindən görünür ki, cavabdehlər iddianı qəbul etmişlər və onların başqa şəxslərdən alacaqları olduqları üçün hazırkı öhdəlikləri icra edə bilməmişlər. İşdə olan 23 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh2 izahatında göstərmişdir ki, X7 onunla qonşudur, münasibətləri normal olmuşdur, aralarında ədavətləri olmamışdır. O, və onun qonşusu Şahnazın pula ehtiyyacı olduğu üçün qonşusu İddiaçı 2021-ci ilin noyabr ayının axırları 612 qram müxtəlif növdə qızıl-ziynət əşyalarını götürüb lombarda qoyub, sonuncu ilə birlikdə pul götürmüşdür. Onlar Elmardan qızılı götürən zaman onlar Elmara demişdilər ki, qızıla görə hər ay ona 2700 manat faiz pulu verəcik. Onlar 3 aydır ki, Elmara hər ay 2700 manat faiz pul vermişlər və axırıncı ay qızılın faizini geçikdirdiyi üçün Elmara 50 manat pul da əlavə ödəmişlər. Hazırda Elmarın qızılları lombarddadır. Son bir neçə gündə Elmarın bibisi Abuhəyat onlara deyirmiş ki, qızıllar onundur, qardaşı oğlu Elmar xəstədir, onlar onun başını aldadıb qızılları ondan alıb lombarda qoymuşlar. Həmçinin o, qeyd etmişdir ki, Şahnaz ilə birlikdə İddiaçı qızıl götürdüyünü və həmin qızılların Elmara məxsus olduğunu bildirmişdr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər müştərək qaydada iddiaçıdan 14000 (on dörd min) manat pulu borc şəklində almış,ancaq götürülmüş öhdəliyə riayət etməyərək həmin məbləği iddiaçıya qaytarmamışlar. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən məbləğdə pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin qızıl-zinət əşyalarına dair hissəsini də əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıdan 39780 (otuz doqquz min yeddi yüz səksən) manat dəyərində, 612 qram çəkidə, 583 əyarlı qızılları götürmüş, həmin əmlaklar cavabdehlər tərəfindən özgəninkiləşdirildiyindən iddiaçının həmin qızıl-zinət əşyalarının dəyəri həcmində dəymiş zərərin əvəzinin ödənilməsi hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, 612 qram çəkidə, 583 əyarlı qızılların dəyəri olan 39780 (otuz doqquz min yeddi yüz səksən) manat pul cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə xərci ilə bağlı məhkəmə onu qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 251 manat 34 qəpik məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 və Cavabdeh2 14000 (on dörd min) manat borc məbləğini təşkil edən pul və 39780 (otuz doqquz min yeddi yüz səksən) manat dəyərində 612 qram çəkidə 583 əyarlı qızılların dəyəri olan pul vəsaiti, dövlət rüsumu hesabına ödənilmiş 251,34 manat pul müştərək qaydada tutularaq İddiaçı verisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-259/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-259/2023
29.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver