Məhkəmə qərarları › İş №2(062)-267/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-267/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-267/2023 07.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı Bank «VTB (Azərbaycan)» Acıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bank «VTB (Azərbaycan)» ASC ərizə ilə məhkəməyə müraciət edərək, Bank «VTB (Azərbaycan)» ASC ilə Cavabdeh arasında “Bank Xidmətlərin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli 339596-CNS-31563 saylı “Nağd pul kreditinin şərtlərinə dair ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanmış müqaviləyə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 7734,37 manat məbləğində əsas borc, 811,35 manat məbləğində faiz borcu, 500,95 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9046,67 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 110,47 manat dövlət rüsumunun Cavabdeh Bank «VTB (Azərbaycan)» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bank «VTB (Azərbaycan)» ASC tələbini onunla əsaslandırmışdır ki, Bank «VTB (Azərbaycan)» ASC ilə Cavabdeh arasında bağlanmış Bank Xidmətlərin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli 339596-CNS-31563 sayli “Nağd pul kreditinin şərtlərinə dair ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanmış müqavilə üzrə illik 20,90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 7967 manat məbləğində kredit Bank Xidmətlərin göstərilməsi haqqındamüqaviləninn ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabından kart hesabına köçürülməklə ona verilmişdir. Lakin Cavabdehüzərinə götürdüyü öhdəliyini 27.05.202-ci il tarixdən lazımınca icra etməmiş və onun nəticəsində cavabdehin banka ümumilikdə 9046,67 manat məbləğində borcu qalmışdır. Ona görə də, Bank «VTB (Azərbaycan)» ASC ilə Cavabdeh arasında “Bank Xidmətlərin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli 339596-CNS-31563 saylı “Nağd pul kreditinin şərtlərinə dair ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanmış müqaviləyə əsasən xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 7734,37 manat məbləğində əsas borc, 811,35 manat məbləğində faiz borcu, 500,95 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9046,67 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 110,47 manat dövlət rüsumunun Cavabdeh Bank «VTB (Azərbaycan)» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank «VTB (Azərbaycan)» ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh isə heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-nin) 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli “Nağd pul kreditinin müqavilədən görünür ki, Bank «VTB (Azərbaycan)» ASC ilə Cavabdeh arasında bağlanmış Bank Xidmətlərin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli 339596-CNS-31563 sayli “Nağd pul kreditinin şərtlərinə dair ərizəsi” kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20,90 % olmaqla, 60 ay müddətinə 7967 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 01 noyabr 2022-ci il tarixədək Cavabdeh Bank «VTB (Azərbaycan)» ASC-nə 7734,37 manat məbləğində əsas borc, 811,35 manat məbləğində faiz borcu, ümumilikdə isə 9046,67 manat borcu yaranmışdır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 462, 739 və 741-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, Cavabdeh əsas borc kimi 7734,37 manat, faiz borcu kimi 811,35 manat, 500,95 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9046,67 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110,47 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Əsas borc kimi 7734,37 manat manat, faiz borcu olaraq 811,35 manat, 500,95 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9046,67(doqquz min qırx altı manat altmış yeddi qəpik) mabat məbləğində pul Cavabdeh Bank «VTB (Azərbaycan)» ASC-nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 110,47 (yüz on manat qırx yeddi qəpik) manat məbləğində pul Cavabdeh Bank «VTB (Azərbaycan)» ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar