Məhkəmə qərarları › İş №2(062)-282/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-282/2023

29.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-282/2023 29.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlət Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15900 manat borclu olduqları pulun və dövlət rüsumu hesabına ödədiyi 138 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Rusiya Federasiyasından toxumluq kartof məhsulunu gətirib müxtəlif şəxslərə satır. Gədəbəy rayonunda qeydiyyatda olan əslində Tovuz rayonu Alakol kəndində yaşayan Sakit adlı şəxsi və Sakitin qaynı Tovuz rayonu Əyyublu kənd sakini Əlixan adlı şəxsi 1 ildən bir qədər artıq olar ki, tanıyır. 2021-ci ildə Sakit Ağstafa rayonuna gəlib ondan təxminən 20-25 ton toxumluq kartof almışdır. Sakit həmin kartofluq toxumunun pulunu ödəməmişdir. 2022-ci ilin yanvar-fevral aylarında Sakit mütamadə olaraq mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq toxumluq kartof istəmişdir. Sakit xeyli sayda müştərilərinin olduğunu və toxumluq kartofun onlara satacağöını bildirmişdir. Ona görə də Sakitə kartof satmaq qərarına gəlmişdir. Sakitlə razılaşmaları əsasən kartof məhsullarının dəyərindən sonra qalan qazanca şərik olmaq idi. Fevral ayı ərzində Sakit və Əlixan qazancı aralarında bölmüşlər. Bundan sonra fevral ayının sonları mart ayında Rusiya Fedarasiyasından gətirdiyi ik yüz maşını olan kartof məhsulunu Tovuz rayonu Alakol kəndi ərazisində Əlixan və Sakitə vermişdir. Yük maşınında olan məhsulun ümumi çəkisi 37 ton olmuşdur. Həmin məhsulu Əlixanın evində satırdılar. Toxumluq kartof məhsulunu satarkən ilk gün yanlarında olmuşdur. Onlar həmin vaxt kartofu 60 qəpiyə satırdılar. Cavabdehlər 2-3 gün ərzində həmin kartof məhsulu satıb qurtarmışlar. Bununla əlaqədar 03 mart 2022-ci il tarixdə onun Kapital Bank kartına 1500 manat pul göndərilmişdir. Bundan 1-2 gün sonra nəğd olaraq 4800 manat pul vermişlər. Bundan başqa ona 15900 manat pul verməli idilər. Lakin həmin pulu vermək istəmirlər. İddiaçı məhkəmə iclasında iştirak etdi və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iştirak etdi və iddianı qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iştirak etdi və iddianı qəbul etməyərək Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifasdəsində göstərdi ki, Əlixanı tanımır. Sakiti uzun müddətdir ki, tanıyır. İslam da onun həmkəndlisidir. İslam ona zəng etdi ki, o Bakıdadır. Tovuzda bir nəfərə mal göndərmək lazımdır. Malın qiyməti 5000 manat olardı.Birinci malın pulunu aldı və ikinci dəfə göndərəndə Sakit həmin malın da pulunu verdi. 2022-ci iilin mart ayında iki maşına 8 ton mal vuruldu. Göndərilkən bütün malların pulu verilmişdi. İddiaçı məhkəmədə tələbinin əsaslılığını təsdiq edən 4 ədəd CD-R formatlı disklər təqdim etmiş, həmin disklərə baxış keçirilərkən iş üçün əhəmiyyətli olan hallar müəyəyn edilməmişdir. Disklərdə qarşılıqlı şəkildə danışıqların getməsi ehtimal edilsə də, iddiaçı yalnız özünün cavabdehlərə göndərdiyi səs yazısını məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Qeyd edilən Məcəllənin 600.3-cü maddəsinə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlət Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlət Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar