Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-283/2023 18.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Tovuz şəhərində 18 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək onun 17 oktyabr 1967-ci ildə X1 ilə X2 birgə nikahlarından Ermənistan Respublikası Krosnoselsk rayonunun Toğulca kəndində anadan olmasının qeydə alınması faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, o, 17 oktyabr 1967-ci ildə X1 ilə X2 birgə nikahlarından Ermənistan Respublikası Krosnoselsk rayonunun Toğulca kəndində anadan olmuşdur. 1988-ci ilin dekabr ayında qaçqın kimi Tovuz rayonuna köçmüşdür. Hal-hazırda Tovuz rayonunda yaşayır. Doğum haqqında şəhadətnamə lazım olduqda ona məlum olmuşdur ki, şəhadətnaməsi itmiş, barəsində doğum akt qeydi kitabında heç bir qeydiyyat aparılmamışdır. Odur ki, onun 1967-ci ildə anadan olmasının qeydə alınması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid qismində dindirilən X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi, yəni qızı İddiaçı 17 oktyabr 1967-ci ildə X1 ilə onun birgə nikahlarından Ermənistan Respublikası Krosnoselsk rayonunun Toğulca kəndində anadan olmuşdur. 1988-ci ilin dekabr ayında qaçqın kimi Tovuz rayonuna köçmüşlər. Hal-hazırda Tovuz rayonunda yaşayırlar. Şahid qismində dindirilən X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi, yəni qızı İddiaçı 17 oktyabr 1967-ci ildə X3 ilə onun birgə nikahlarından Ermənistan Respublikası Krosnoselsk rayonunun Toğulca kəndində anadan olmuşdur. 1988-ci ilin dekabr ayında qaçqın kimi Tovuz rayonuna köçmüşlər. Hal-hazırda Tovuz rayonunda yaşayırlar. İşə əlavə olunmuş pasportun surətindən görünür ki, İddiaçı 17 oktyabr 1967-ci ildə Ermənistan Respublikası Krosnoselsk rayonunun Toğulca kəndində anadan olmuşdur. İşə əlavə olunmuş Tovuz rayon İHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və orada da yaşayır. İşə əlavə olunmuş seriya nömrəsi AZE № 04119745 olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.1940-cı ildə Ermənistan Ermənistan Respublikası Krosnoselsk rayonunda anadan olmuşdur. İşə əlavə olunmuş seriya nömrəsi AZE № 04364284 olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1944-cü ildə Ermənistan Ermənistan Respublikası Krosnoselsk rayonunda anadan olmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi 17 oktyabr 1967-ci ildə X1 ilə X2 birgə nikahlarından Ermənistan Respublikası Krosnoselsk rayonunun Toğulca kəndində anadan olmuşdur. Ermənistandan qaçqın kimi gələrkən doğum haqqında şəhadətnaməsini gətirməmişdir. Hal-hazırda Tovuz şəhərində yaşayır. O, doğum haqqında şəhadətnamə lazım olduqda ona məlum olmuşdur ki, barəsində doğum akt qeydi kitabında heç bir qeydiyyat aparılmamışdır. Ermənistan Respublikası ilə heç bir hüquqi əlaqə mövcud olmadığına görə ərizəçinin doğum akt qeydinin bərpası mümkün deyildir. Hazırda ərizəçinin doğulmasının qeydə alınmasını başqa qaydada müəyyən olunması mümkün olunmadığından İddiaçı doğumunun qeydə alınma faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi Ermənistan Respublikasında doğulduğu üçün onun doğulması Maraqlı şəxsndə qeydə alınmamışdır. Ona görə də ona doğum haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə , Q Ə T E T D İ: Ərizə təmin edilsin. İddiaçı xx.xx.1967-ci ildə X1 ilə X2 birgə nikahlarından Ermənistan Respublikası Krosnoselsk rayonunun Toğulca kəndində doğulmasının qeydə alınması faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-283/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-283/2023
18.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver