Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2843/2025 15.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil3, Cavabdehlər Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 280.000 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və onun arvadı Cavabdeh2 ilə 2018-ci ilin iyun ayında tanış olmuşlar. İlkin vaxtlar xoş münasibətləri yaranmış və qarşılıqlı surətdə bir-birinə güvən və hörməti olmuşdur. Təxminən 2018-ci ilin sentyabrın 26-da Rasim biznesini inkişaf etdirmək üçün ondan bir ay müddətində 14.500.000 rus rublu (223.000 ABŞ dolları) borc istəmişdir. İzah etmişdi ki, meyvə-tərəvəz biznesi ilə məşğul olacaq, bir ay müddətində borc götürdüyü pulu qaytarmaqla yanaşı onada qazancdan pay verəcəkdir. Rasimə bu məbləğdə pul olmadığını bildirmişdir. Rasim israrla ona kömək etməyini, tanışlardan bir aylığa borc götürüb ona verməyini xahiş etmişdir. İlkin olaraq ona kimdənsə borc pul götürüb borc pul vermək istəməsə də, lakin sonradan danışıqlara onun arvadı Cavabdeh2 də qoşuldu. Elnarə xanım bildirdi ki, o, əri ilə birgə biznes fəaliyyətində olacaq borcun vaxtında qaytarılmasına cavabdehdir. Məhz bundan sonra o, dostu X3 borc vermək üçün 14.500.000 rus rublu (223.000 ABŞ dolları) borc götürüb Rasimlə Elnarəyə verməyə razılaşmışdır. O, Konstantindən bir ay müddətində qaytarmaq şərti ilə 14.500.000 rus rublu (223.000 ABŞ dolları) borc götürüb onların evində Elnarə və Rasimə vermiş, aralarında bu barədə sadə yazılı borc müqaviləsi bağlanmışdır. Müqaviləyə o, Elnarə xanım və Rasim imza etmiş və müqavilə onda qalmışdır. Bir aydan sonra Elnarə və Rasim şərtə əməl etməmiş və müyyən etdikləri vaxtda borc götürdükləri pulu ona qaytarmamışlar. Uzun mübahisədən sonra cavabdehlər pulu qaytarmaq üşün 3 ay vaxt istəmişlər. Bu arada cavabdehlər ona götürdükləri borc puldan 270.000 rubl (4000 Abş dollar) qaytardılar. Üç ay tamam olandan sonra cavabdehlər müxtəlif bəhanələrlə yenə borc götürdükləri pulu ona qaytarmamışlar. Burgin Konstantin ondan cavabdehlərə verdiyi pulu tələb etmişdir. O, məcburiyyət qarşısında qalıb, yaxınlarından borc alıb Konstantindən borc götürüb cavabdehlərə verdiyi 14.500.000 rus rublunu ona qaytarmışdır. Rasimlə aralarında telefonla səsli esemeslərlə yazışmalar vardır. Rasim telefon danışıqlarında ondan borc pul götürdükərini etiraf etmiş və qaytaracaqlarını bildirmişdir. Nəhayət o, borc verdiyindən və borcun qaytarılmasını tələb etdiyi vaxtdan 13 ay sonra 2019-cu ilin oktyabr ayında yoldaşı ilə birlikdə Rasimgilə gedib, onların yaşadıqları mənzildə borc verdiyi bütün pulları tələb etmiş və xəbərdar etmişdir ki, pulu qaytarmasa polisə şikayət edəcək. Məhz bundan sonra Elnarə və Rasim ona borc götürdükləri pulun əvəzi kimi "xxxx"-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21-də yerləşən, 170 kv.m sahəsi olan 4 otaqlı 21 saylı mənzillərini təklif etmişlər. O, əlacsız qalaraq onların bu təklifləri ilə razılaşmışdır. Ona görədə o, Rasimlə birlikdə 2019-cu ilin dekabr ayının 3-də Bakıya gəlmişdir. Rasim onu "Dərəçiçək MTK-ya" aparmış və özünə məxsus evi onun adına keçirilməsi və gələcəkdə heç bir tələbi olmayacağı barədə MTK-ya ərizə vermişdir. Mənzili borc əvəzi olaraq onun adına keçirilməsi barədə MTK ilə razılaşmışdır. Rasim MTK-dan guya MTK-ya 58.038 manat pul köçürməyi barədə maliyyə arayışını və mənzilin satılması barədə müqavilə və digər sənədləriini, habelə tam təmirli mənzilin açarlarını komendatın iştirakı ilə 15 ay sonra ona təhvil vermişdir. Tahvil-təslimdən sonra Rasim ondan pulun borc götürdükləri barədə yazılı müqaviləni tələb etdi. O, cavabdehlər tərəfindən əmlak əvəzləşməsi ilə borclarını ödədiklərinə görə yazılı müqaviləni onlara qaytarmışdır. Təxminən 4 ay 15 gün sonra MTK-dan ona zəng etdilər ki, Daşınmaz əmlakdan çıxarış almaq üçün müraciət edə bilərsən. O, mənzilin çıxarışını almaq üçün Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Çıxarışı alandan 6 ay sonra yəni 2020-ci ilin oktyabr ayında Rasim və arvadı mənzilin qaytarılması barədə məhkəmədə iddia qaldırmışlar. Cavabdehlər iddia ərizələrində göstərmişdilər ki, guya mənzili onun adına formal olaraq keçirmişlər ki, Burgin onunla biznes fəaliyyətində olsun. O, Burginlə 2001-ci ildən birgə biznesdə olmuş və həmişə münasibətləri yaxşı olmuşdur. Halbuki, Moskva şəhərində onun evi olduğu halda, Azərbaycan Respublikasının Bakı şəhərində MTK-da mənzilinin olması barədə sənədlərin Burginə göstərilməsinə ehtiyac olmamışdır. Məhkəmələr isə tam, hərtərəfli araşdırmalar aparmadan, Elnarənin rəsmi yazılı razılığı olmadığını əsas gətirərək borc əvəzi kimi ona verilmiş mənzilin ondan alınıb cavabdehlərə qaytarılması barədə qərar qəbul etmişlər. Borc əvəzi kimi mənzilin cavabdehlərə qaytarılmasına baxmayaraq cavabdehlər hal-hazıra kimi ondan götürdüyü borc pulu qaytaracaqlarına vəd versələr də, borc götürdükləri pulu ona qaytarmamışlar. Nəticədə Cavabdeh1 və arvadı Cavabdeh2 ona hal-hazıra kimi 280.000 manat borcları qalmışdır. O, "xxxx"-ya 58.038 manat pul keçirmədiyi halda, məhkəmələr həmin pulun MTK-dan alınıb ona qaytarılması barədə qərar qəbul etmişlər. Halbuki, bir mənzili MTK bir dəfə sata bilərdi. Eyni daşınmaz əmlakı MTK iki nəfərə satıb pul əldə edə bilməzdi. Bu mənzil birinci dəfə Rasimə satılmışdı. Daha sonra MTK 300.000 manat dəyərində olan tam təmirli mənzili 2019-cu ildə ona 58.038 manata qiymətləndirib satması ağlabatan deyildir. Belə ki, vəkil sorğusu ilə aldığı Premium Qiymətləndirmə MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, PRE27/2025 saylı Ekspert rəyindən məlum olur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, mənzil 21-a, (Yeni qaydalarla, Z 1008, ünvan 1) əlavə edilmiş foto şəkillərdən görünür ki, mənzil tam təmirlidir və mənzilin xx.xx.2025-ci il vəziyyətinə uyğun olaraq bazar dəyəri 306.637,0 manat məbləğində müəyyən olunmuşdur". Eyni zamanda Rasim tam təmirli 306.637.0 manat dəyərində olan mənzilini MTK-ya bağışlamazdı ki, ikinci dəfə ona 58.038 manata satıb pulu özlərinə götürsünlər. İşin təkzib edilməz hallarından biri odur ki, cavabdehlər mübahisəli mənzilin dəyəri ödənilmədən onun mülküyyətinə keçirilməsinə razılıq vermişlər. Bu halın özü cavabdehlərin borc əvəzi kimi mənzillərini onun mülküyyətinə keçirilməsini təsdiq edir. Eyni zamanda o, məhkəmə mübahisələri zamanı mənzilin onda qalmasını tələb etdiyindən, borcun cavabdehlərdən alınıb ona qaytarılması barədə qarşılıqlı iddia qaldırmamışdır. Mübahisəli mənzilin cavabdehlərə qaytarılması barədə məhkəmə qətnamələri qanunu qüvəsini aldığından o, belə bir iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsində göstərdiyi halları şahidlər, səsli esemeslər və rəsmi sənədlər də təsdiq edir. Daha sonra cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərər dəymiş və küllü miqdarda gəlirindən məhrum olmuşdur. Cavabdehlərlə dəfələrlə görüşmüş və onlardan pulunu geri tələb etsə də, onlar hər dəfə onu müxtəlif bəhanələrlə aldatmışlar. Nəticədə o, psixoloji travmalar almış, sarsıntı keçirmiş, əzab çəkmiş, vaxt itirmiş, əlavə maliyyə itkisinə yol vermişdir. Hesab edir ki, ona cavabdehlər tərəfindən vurulan maddi və mənəvi zərər də qanunvericilikdə nəzərdə tutulmuş həcmdə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlərə 2018-ci ildə borc verilib. Həmin borcu ödəmədikləri üçün mənzili borc ilə əvəzləşdirmişdir. Daha sonra məhkəmər tərəfindən iddiaçının hüquqlarını məhdudlaşdıran məhkəmə aktları qəbul edilmişdir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəməyə cavabdehin nümayəndəsi (vəkili) yazılı etiraz və iddia müddətinin tətbiüinə dair ərizə göndərərk göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinə İddiaçı Qadir oğlunun 280.000 manat məbləğində borc pul tələbinə dair iddiasına Cavabdeh1 Etirazı İddiaçı Qadir oğlu mənəCavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq 280.000 manat məbləğində borc pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təxminən 2018-ci ilin sentyabrın 26-da Rasim biznesimi inkişaf etdirmək üçün ondan bir ay müddətində 14.500.000 rus rublu (223.000 ABŞ dolları) borc istəmişdi. Onun pulu olmadığı üçün borc vermək istəməmiş, lakin sonradan guya arvadı Cavabdeh2 də ona onunls birlikdə bizneslə məşğul olacağını bildirib borc verməsini xahiş etməsinə və borcun vaxtında qaytarılmasına cavabdeh olmasını bildirməsinə görə o dostu Konstantindən bir ay müddətində qaytarmaq şərti ilə 14.500.000 rus rublu ( 223.000 ABŞ dolları) borc götürüb onların evdə ona və arvadı Elnarəyə vermiş və guya aralarında bu barədə sadə yazılı borc müqaviləsi bağlanmışdır. Müqaviləni o, Elnarə xanım və Rasim imza etmiş və müqavilə onda qalmışdır. Lakin bir aydan sonra guya onlar şərtə əməl etməyərək müyyən etdikləri vaxtda borc götürdüyü pulu ona qaytarmamışlar. Guya onlar arada götürdüyü borc puldan ona 270.000 rubl (4000 Abş dollar) qaytarmışdır. Nəhayət o borc verdiyi və borcun qaytarılmasını tələb etdiyi vaxtdan 13 ay sonra 2019-cu ilin oktyabr ayında yoldaşı ilə birlikdə onlara gəlib, borc verdiyi bütün pulları tələb etmiş, pulu qaytarmayacağı halda polisə şikayət edəcəyini bildirdikdən sonra onlsr borc götürdüyü pulun əvəzi kimi "xxxx"-ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21-də yerləşən, 170 kv.m sahəsi olan 4 otaqlı 21 saylı mənzilimizi təklif etmişik və bu məqsədlə də mənimlə birlikdə 2019-cu ilin dekabr ayının 3-də Bakıya gələrək mənzili onun adına rəsmiləşdirməklə guya mənzili ona təhvil vermişdir. Təhviltəslimdən sonra o yazılı müqaviləni onlara qaytarmışdır. O mənzilə çıxarışı alandan 6 ay sonra, yəni 2020-ci ilin oktyabr ayında bilmişdir ki, onlar ona qarşı mənzilin qaytarılması barədə məhkəmədə iddia qaldırmışdır. Onlar iddia ərizəmizdə göstərmişlər ki, mənzili onun adına formal olaraq keçirmişlər ki, onunla biznes fəaliyyətində olsun. Məhkəmələr isə tam, hərtərəfli araşdırmalar aparmadan, Elnarənin rəsmi yazılı razılığı olmadığını əsas gətirərək borc əvəzi kimi ona verilmiş mənzilin ondan alınıb cavabdehlərə qaytarılması barədə qərar qəbul etmişlər. Borc əvəzi kimi mənzilin cavabdehlərə qaytarılmasına baxmayaraq cavabdehlər hal-hazıra kimi ondan götürdüyü borc pulu qaytaracaqlarına vəd versələr də borc götürdükləri pulu ona qaytarmırlar. Nəticədə onlar ona hal-hazıra kimi 280.000 manat borcu qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, iddia ərizəsi işin həqiqi hallarına uyğun olmamaqla cəfəngiyatdan ibarətdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən onların iddia ərizəsindən, habelə iddiaçının hazırkı iddiasından da görünür ki, o mənzili iddiaçının Konstantin adlı şəxslə daha geniş biznes fəaliyyəti aparması üçün müvəqqəti olaraq MTK-da ərizə yazmaq yolu ilə onun adına keçirmişdir. Şərti belə olmuşdur ki, o sonradan mənzili onun adına qaytaracaqdır. Lakin o vədinə əməl etməmiş, sonradan mənzili öz mülkiyyətinə keçirməklə yanaşı, mənzilin qıfılını dəyişərək mənzili ələ keçirmişdir. Onlar bundan xəbər tutan kimi, məhkəmədə ona qarşı iddia qaldıraraq onun adına verilmiş çıxarışı ləğv etdirməklə yanaşı, mənzili boşaldılıb ona verilməsini təmin etmişdir.Mənzil onlara təhvil veriləndən sonra gördü ki, iddiaçı mənzildə olan, təxminən 300000 min manatdan artıq qiyməti olan əşyaları da mənzildən çıxararaq aparmaqla mənimsəmişdir. Bu barədə hazırda Nərimanov RPİ-də araşdırma aparılır. Onun onlara borc verməsi, bu barədə aralarında yazılı müqavilə bağlanması onun uydurmasından başqa bir şey deyildir. Əgər onlar arasında borc müqaviləsi bağlanmış olsaydı, ən azından iddiaçı onun surətini özündə saxlayardı. Əksinə iddiaçı mənziliə olan, onlara məxsus əşyaları mənzildən aparmışdır. Hazırda onlar 300.000 manatda yuxarı qiyməti olan əşyaları qaytarmamaq üçün bu uydurma məzmunlu iddianı qaldırmışdır. O iddiasını təsdiq edən bir mötəbər sübutu belə məhkəməyə təqdim etməmişdir. Bundan başqa, əgər iddiaçı onlara borc vermiş olsaydı, onlar ona qarşı Nərimanov rayon məhkəməsində iddia qaldırandan sonra aparılmış 7 məhkəmə prosesinin birində də olsa bu barədə bildirərdi. Əksinə, onun məhkəmə prosesində iştirak edən nünmayəndələri təkidlə yalandan bildiridilər ki, onları tanımırlar, onlar mənzili "xxxx" MTK-dan təmirsiz olaraq alıb özləri təmir etdirmişlər. İddiaçının iddia ərizəsindən görünür ki, guya o onlara borcu 2018-ci ilin sentyabrında bir aylığa vermişdir. Onda sual olunur, iddiaçı və onun nümayəndələri yaxşı bilirlər ki, borc müqaviləsi üzrə iddia müddəti 3 il nəzərdə tutulur. Belə olan halda, iddiaçı nə üçün 3 illik iddia müddətində onlara qarşı borcun tutulması barədə iddia qaldırmırdı, iddia müddətini ötürürdü. Ona görə ki, iddiaçı onlara heç bir borc vermədiyiniə görə belə bir iddianı qaldıra bilməzdi. Hazırda isə o məhkəmə proseslərini uduzduğuna və mənzildən apardığı 300.000 manatdan artıq dəyəri olan əşyaları qaytarmamaq üçün bu iddianı qaldırmışdır. Ona görə də məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək göstərdi ki, borcun etirafına dair iddiaçı tərəfin təqdim etdiyi diskdəki danışıqlar Maliklə Rasimin danışığıdır. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Tovuz rayon VVAQ şöbəsinin xx.xx.2001-ci il tarixli, 402455 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2001-ci ildə nikah bağlanmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 21, mənzil 21-a, (Yeni qaydalarla, AZ 1008, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Maqerramov Malik Qadir oğlunun adınadır. İş materiallarında olan "xxxx" ilə Maqerramov Malik Qadir oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 021002 nömrəli müqavilənin surətindən görünür ki, ünvan 4 inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, 21 nömrəli mənzil izolə olunmuş 4 otaqdan ibarət olub bir pay kimi vermişdir. İş materiallarında olan Cavabdeh1 "xxxx"xxxx"xxxx"-nın Təbriz 21 ünvanında (Nərimanov rayonu) inşa etdiyi yüksək mərtəbəli yaşayış binasında ona məxsus olan 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, 21 nömrəli mənzil Maqerramov Malik Qadir oğlunun adına sənədləşdirəsiniz. Gələcəkdə mənzil ilə əlaqədar MTK-ya heç bir iddiam və tələbim olmayacaq. İş materiallarında olan "xxxx"-nın xx.xx.2019-cu il tarixli arayışının surətindən görünür ki, verilir Maqerramov Malik Qadir oğluna ondan ötəri ki, həqiqətən "xxxx"-nın Nərimanov rayonu, Təbriz 21 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbə, ümumi sahəsi 170.7 kv.m olan, 4 otaqlı, 21 nömrəli mənzilin dəyərini tam ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-511/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı Qadir oğluna, "xxxx" MTK-ya və Azerbaycan Respublikası Emlak X1 yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı "müqavilənin və digər sənədlərin etibarsız hesab edilməsi, mənzilindən çıxarılma və mənzilin iddiaçılara təhvil verilməsi" tələbinə dair iddianın rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6540/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Apellyasiya şikayəti və əlavə Apellyasiya şikayətləri təmin edilməmiş; Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-511/2021 nömrəli xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6945/2021 nömrəli qərarının surətindən görünür ki, iddiaçılar Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh2 nümayəndəsi və vəkili X4 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-6540/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-1953/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli əlavə qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqdlı mənzilin Maqerramov Malik Qadir oğluna satılmasına dair bağlanmış 02 dekabr 2019-cu il tarixli müqavilə, həmin mənzilə dair "Dərəçiçək MTK üzvlərinin ümumi iclasının 168 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarış, mənzilin dəyərinin Maqerramov Malik Qadir oğlu tərəfindən ödənilməsi barədə xx.xx.2019cu il tarixli maliyyə arayışı etibarsız hesab edilsin. Həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi idarəsinin xx.xx.2020-ci il tarixdə Maqerramov Malik Qadir oğlunun adına verdiyi Çıxarış ləğv edilsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin və qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-145/2023 nömrəli qərarının surətindən görünür ki, iddiaçıların kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6980/2020 nömrəli iş üzrə 9 iyun 2022-ci il tarixli qətnaməsi qismən "Maqerramov Malik Qadir oğlunun həmin mənzildən çıxarılması və mənzilin onlara təhvil verilməsi" tələbinə aid hissədə ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2554/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-511/2021 saylı qətnaməsi qismən mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. Maqerramov Malik Qadir oğlu ünvan 4 yerləşən yüksəkmərtəbəli yaşayış evinin 1ci blok, 8-ci mərtəbəsində, ümumi sahəsi 170,7 kv.metr olan 21 nömrəli 4 otaqlı mənzildən çıxarılsın, mənzil iddiaçı Cavabdeh2 təhvil verilsin. Cavabdeh "xxxx" MTK-dan 58038 (elli səkkiz min otuz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq cavabdeh Maqerramov Malik Qadir oğluna ödənilsin. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3584/2023 nömrəli qərarının surətindən görünür ki, cavabdeh Maqerramov Malik Qadir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(103)-2554/2023 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində cavabdeh Maqerramov Malik Qadir oğlunun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan Premium qiymətləndirmə MMC-nin xx.xx.2025-ci il tarixli müşayiət məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Tabriz küçəsi, ev 21 mənzil 21 Yeni qaydalarla AZ1008 Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi. 10 M8 m3-ün qiymətləndirməsinin ümumi hesabatının xx.xx.2025-ci il vəziyyətinə uyğun olaraq bazar dəyəri 306.637.0 (üç yüz altı min altı yüz otuz yeddi ) manat likvid dəyəri 282.107.0 (iki yüz səksən iki min yüz yeddi ) məbləğində müəyyən olunmuşdur. İşin hallarından göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2018-ci ildə yaranmışdır. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflərin rəftarından, o cümlədən məhkəmə iclasında tərəfləri şübhə doğurmayan səs yazılarından müəyyən edilir ki, həqiqətən də 12.000.000(on iki milyon)Rusiya rublu məbləğində pulun Rasimə verilməsi, Rasimin də həmin pulun Malikdən qəbul etməsi öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi həmin danışıqların və həmin öhdəliyin başqa bir öhdəlik olmasını iddia etsə də,o bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Məhkəmə iddia müddətinin tətbiqinə dair ərizəni də əsaslı hesab etmir. Belə ki, telefon danışıqlarından müəyəyn edilir ki, borc pulun əvəzində əvvəllər tərəflər arasında mövcud olan evin özgəninkiləşdirilməsi ilə danışıqlar aparılır. Məhz bu danışıqlar gələcəkdə evlə bağlı mübahisələrin yaranmasına səbəb olmuşdur. Bu vaxtadək iddiaçının pul tələbi ilə məhkəməyə müraciət etməməsi onun cavabdehlərin evin onun adına rəsmiləşdirilməsinə olan inamından irəli gəlmiş, bu inam tükəndikdən sonra o borcun qaytarılmayacağına, yəni bununla bağlı hüquqlarının pozulduğunu bilmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Odur ki, məhkəmə hesab edir ki, 12.000.000 Rusiya Rublu qətnamə icra edilən gün Azərbaycan manatına uyğun məzənnəyə hesablanmaqla Cavabdeh1 alınaraq iddiaçı X2 verilməli, iddia qalan hissədə, o cümlədən Cavabdeh2 aid hissədə təmin edilməməlidir. 558,62 manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçı X2 verilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 12.000.000(on iki milyon) Rusiya rublu qətnamə icra edilən gün Azərbaycan manatına uyğun məzənnəyə hesablanmaqla Cavabdeh1 alınaraq iddiaçı X2 verilsin. 558,62(558 manat 62 qəpik) manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçı X2 verilsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə, o cümlədən Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2843/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2843/2025
15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver