Məhkəmə qərarları › İş №2(062)-2844/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2844/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2844/2023 25.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin ləğvedicisi «X1 Company» MMC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin ləğvedicisi «X1 Company» MMC Cavabdeh qarşı «kredit borcunun tutulması və kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair» iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh cəmi 3695 manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi və müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Lakin Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Ona görə də məhkəmə işə mahiyyəti üzrə baxmağı məqsədə müvafiq hesab edir. İddiaçı təşkilat iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(iqt)-2410/2012 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, İddiaçı ASC-nin ləğvedcisi qismində «X1 Company» MMC-nin təyin edilməsi qət olunmuşdur. Cavabdeh ilə İddiaçı ASC arasında 10 dekabr 2008-ci il tarixli Ə.Ramil ist saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 1177 (min yüz yetmiş yeddi) manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə şərtlərini pozmuş, kredit borcunu qaytarmaq barədə öhdəliklərini yerinə yetirməmiş və 3695 manat kredit borcu qalmışdır. Ona görə də cavabdehlər Cavabdeh 3695 manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi və kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iştirak etdi və ona qarşı irəli sürülən iddianı qəbul etmədi. Cavabdeh məhkəməyə bildirdi ki, onun müqavilə üzrə kredit borcu yoxdur. Ümumiyyətlə nə o, nə də ailə üzvləri hər hansı bir kredit götürməmişlər. Həmçinin cavabdeh ona qarşı irəli sürülən tələbə qanunla müəyyən olunmuş iddia müddətinin tətbiq edilməsini və ona qarşı irəli sürülən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(iqt)-2410/2012 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, İddiaçı ASC-nin ləğvedcisi qismində «X1 Company» MMC-nin təyin edilməsi qət olunmuşdur. Cavabdeh ilə İddiaçı ASC arasında 10 dekabr 2008-ci il tarixli Ə.Ramil ist saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə illik 36 faiz dərəcəsi ilə 1177 (min yüz yetmiş yeddi) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə kredit borcunun ödənilməsinin son tarixi kimi 10 dekabr 2009-cu il tarixi göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2 maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4 maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qərara almışdır ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Məhkəmədə iştirak edən Cavabdeh hazırki tələb üzrə iddia irəli sürülməsi üçün qanunla müəyyən edilmiş müddətin keçdiyini bildirərək, iddia müddətinin tətbiq edilməsini və ona qarşı irəli sürülən iddianın rədd edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsinin son tarixi kimi 10 dekabr 2009-cu il göstərilmişdir. Mülki işin materialları ilə müəyyən olunur ki, cavabdeh iddiaçının hesabına sonuncu dəfə 16 iyun 2009-cu ildə ödəniş etmişdir. İddiaçı ASC-nin ləğvedicisi «X1 Company» MMC məhkəməyə 17 avqust 2015-ci il tarixdə, yəni kredit müqaviləsi üzrə müddətin bitdiyi gündən üç il keçdikdən sonra müraciət etmişdir. Ona görə də məhkəmə belə qərara gəlir ki, hazırki iddianın irəli sürülməsi üçün qanunla müəyyən edilmiş üç illik iddia müddəti keçdiyindən mübahisə edən cavabdehin iddia müddətinin keçməsi barədə verdiyi ərizəyə əsasən, iddia müddəti tətbiq edilməklə iddiadan imtina barədə qərar çıxarılmalıdır. Həmçinin iddia rədd edildiyindən iddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsinin müzakirəsinə lüzum yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin ləğvedicisi «X1 Company» MMC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması və kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair» iddiası təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar