Məhkəmə qərarları › İş №2(062)-292/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-292/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-292/2023 03.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə əsasən xx.xx.2021-ci il tarixli 339216-CNS-30654 saylı Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi əsasında oferta aksept qaydasına uyğun olaraq bağlanmış müqaviləyə əsasən xx.xx.2022-ci il tarixinə Banka borculu olduğu 5497,42 manat əsas borc, 383.79 manat məbləğində faiz borcu, 156,40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6037.61 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 80,38 manat dövlət rüsumunun Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank VTB (Azirbaycan) ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 339216-CNS-30654 saylı Nağd pul kreditinin şərtlərinə dair Ərizəsi əsasında oferta aksept qaydasına uyğun olaraq bağlanmış müqavilə üzrə illik 21.90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 5670 manat məbləğində kredit (Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın cari hesabından kart hesabına köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 6037.61 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək Kredit alanın vəzifəsidir və Bank borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, iddia ərizəsini tam müdafiə etdiyini, təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq, iddia ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 339216-CNS-30654 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı Bank VTB (Azərbaycan) ASC tərəfindən Cavabdeh istehlak məqsədilə illik 21.90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 5670 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə Bank VTB (Azərbaycan) ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh banka 5497,42 manat əsas borc, 383.79 manat məbləğində faiz borcu, 156,40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6037.61 manat borcu olması qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, X1 yuxarıda göstərilən kredit müqaviləsi üzrə Bank VTB (Azərbaycan) ASC-dən borc almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan (bildirişdən) görünür ki, Bank VTB (Azərbaycan) ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə ərizə verilməsi üçün 80,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 5497,42 manat əsas borc, 383.79 manat məbləğində faiz borcu, 156,40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6037.61 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 80,38 manat dövlət rüsumunun Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5497,42 manat əsas borc, 383.79 manat məbləğində faiz borcu, 156,40 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6037.61 manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 80,38 manat dövlət rüsumu Cavabdeh tutularaq Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar