Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-30/2024 10.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş maddi ziyana görə 5,076 manat pulun alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Tovuz rayonu İbrahimhacılı kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə Tovuz rayonu Qovlar şəhərində H.Əliyev prospektində ona məxsus olan X1 CDİ minik markalı 90OX660 dövlət qeydiyyat nişanlı avtomobili ilə prospektdə Şəmkir rayonundan Tovuz rayonuna gedərkən kəsişmədə Cavabdeh 90OX660 markalı avtomobil ilə işıqforun qırmızı işığına məhəl qoymayaraq hərəkətini davam etdirdi və bu zaman toqquşma baş verdi. Bu zaman onun avtomobilinə 7799 manat məbləğində ziyan dəymişdir. Sığorta isə onun xərclərindən 2,723 manat məbləğində ödəniş ödəmişdir. Qalan maddi ziyanı o, özü qarşılamışdır.O cavabdehə ona vurulmuş ziyan ilə bağlı müraciət etsə də heç bir müsbət nəticə olmamışdır. Hesab edir ki, ona dəymiş olan maddi ziyan ödənilməlidir. Ona görə də, Cavabdeh tərəfindən ona vurulmuş maddi ziyana görə 5,076 manat pulun alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə eədrək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.Lakin məhkəməyə etiraz ərizəsi göndərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işə əlavə olunmuş sənədləri tədqiq edərək, belə qərara gəlir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş 27 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qarardan görünür ki, 26 yanvar 2022-ci ildə təxminən saat 23 radələrində Tovuz rayonu Qovlar şəhər ərazisində sürücü Cavabdeh idarə etdiyi “Toyota Hilux” markalı yük sərnişin modeli 99-LG073 dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayon İbrahimhacılı kəndi istiqamətinə doğru hərəkətdə olarkən yol ayrıcında olan svetoforun qırmızı işığının sönməsini gözləmədən yol ayrıcına daxil olmuş və həmin vaxt yol ayrıcına daxil olan sürücü İddiaçı idarə etdiyi “Mersedes Vito” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfindən vuraraq toqquşmuşdur. İşə əlavə olunmuş ərizədən görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı 2723,25 manat məbləğində sığorta ödənişi verilməsi barədə göstəriş verilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli sığorta ödənişi ilə bağlı aktan görünür ki, İddiaçı 2723,25 manat məbləğində sığorta ödənilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 308 nömrəli arayışdan görünür ki, yol nəqliyyat hadisəsi zamanı X1 CDİ minik markalı 90OX660 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər cəmi 7799 manat təşkil edir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6794 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı X1 CDİ minik markalı 90OX660 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 7249 manat müəyyən edilir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə Tovuz rayonu Qovlar şəhərində H.Əliyev prospektində iddiaçıya məxsus olan X1 CDİ minik markalı 90OX660 dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh 90OX660 markalı avtomobil toqquşmuş, nəticədə ekspert rəyi ilə də müəyyən edildiyi kimi iddiaçının avtomobilinə 7249 manat məbləğində ziyan vurulmuşdur. Sığorta şirkəti tərəfindən dəymiş ziyanın 2,723 manatı zərərçəkənə ödənilmişdir. Qalan, yəni(7249-2723=4526) manat maddi ziyanı isə iddiaçı özü qarşılamışdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatına və işdə olan sənədlərə qiymət verərək hesab edir ki, vurulmuş ziyanla bağlı Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi ilə əlaqədar dəymiş maddi zərər qismində 4526 manat dəyərində avtomobilə dəymiş zərərin əvəzi alınıb İddiaçı verilməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı məsələni də həll edərək onu qeyd edir ki, ödənilmiş tələbə mütənasib olaraq 64 manat 26 qəpik məbləğində məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 4526 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 64 manat 26 qəpik pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-30/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-30/2024
10.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver