Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-302/2023 07.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 6850 manat məbləğdə pulun, vəkil xərci üçün ödədiyi 100 manat pulun və dövlət rüsumu kimi ödədiyi 89 manat pulun, ümumilikdə 7039 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünə məxsus mağazada pərakəndə ticarətlə məşğul olur. Cavabdeh əvvəllər tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Cavabdeh ilə biznes əlaqələri olmuşdur. Belə ki, 2020-ci ildən başlayaraq cavabdeh ondan satış məqsədi ilə nisyə olaraq, yəni malı aparıb satıb pulunu sonra ödəmək şərti ilə siqaretlər və termal çeklər almışdır. Aralarında olan razılaşma uzun müddət davam etmişdir. Yəni cavabdeh ondan mütəmadi olaraq müəyyən məbləğdə siqaretləri aparıb satıb sonra da pulunu ona ödəmişdir. Bu səbəbdən də ona qarşı inam və etibar yaranmışdır. Sonradan təxminən 2021-ci ilin ortalarında cavabdeh ondan yenidən siqaret amış və tezliklə pulunu qaytaracağına söz vermişdir. Lakin verdiyi sözə əməl etməyərək pulun ödənişini gecikdirmişdir. Bu səbəbdən Cavabdeh Səftar oğlunun yaxın qohumları ilə əlaqə saxladıqda onlar pulun bir qismini ödəsələr də qalan 6850 manatı ödəməkdən müəyyən bəhanələrlə yayınmışdır. Cavabdeh onun etibarından sui-istifadə etməklə pulunu mənimsəməsi barədə Tovuz Rayon Polis Şöbəsinə müraciət etmişdir. Tovuz Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd olunan qərardan Tovuz Rayon Məhkəməsinə şikayət etsə də Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Tovuz Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan apellyasiya şikayəti versəm də Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.Tovuz Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarında Cavabdeh öz izahatında ona borclu olduğunu etiraf etmişdir. Hazırda Cavabdeh mənə 6850 manat məbləğində borcu vardır. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehin borcu hazırki həddə olmamışdır. Ümumilikdə cavabdeh ona 17000 manat pul ödəməli idi. Həmin məbləğdən cavabdeh 4150 manat və 4700 manat olmaqla ayrı-ayrılıqda ona ödənişlər etmişdir. Həmçinin cavabdeh ona 1300 manat dəyərində borcunun əvəzi olaraq noutbuk vermişdir. Cavabdeh noutbukun dəyərini 1800 manat qiymətləndirsə də, bununla razılaşmır. Çünki onun dəyəri nəğd satışda 1300 manat olmuşdur. Cavabdeh kredit üzrə əlavə olunan faizləri də hesablamaqla məhsulun dəyərini 1800 manat qiymətləndirir. Nəticədə cavabdehin ona hazırda 6850 manat borcu qalmışdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, iddiaçı ilə əvvəllər münasibətləri normal olmuş və qarşılıqlı ticarət əlaqələri üzrə fəaliyyət göstərmişlər. Həqiqətən də iddiaçıdan mütəmadi olaraq nisyə məhsulları alıb satışını həyata keçirmişdir. Həmin məhsullar siqaret və termal çeklərdən ibarət olmuşdur. Lakin sonradan işləri pisləşmiş və iddiaçıya ümumilikdə 17000 manat borcu yaranmışdır. Həmin puldan iddiaçıya nağd pul şəklində 4150 manat və 4700 manat olmaqla ayrıayrılıqda ödənişlər etmişdir. Həmçinin dəyəri 1800 manat olan noutbuku da borcun əvəzi kimi iddiaçıya vermişdir. İddiaçı məhsulun dəyərini 1300 manat qiymətləndirsə də, onunla razılaşmır. Çünki noutbuk kredit olaraq alınmış və ümumilikdə 1800 manat ödəniləcək pulun dəyəri etmişdir. Ona görə də hesab edir ki, iddiaçıya onun cəmi 6350 manat borcu vardır. Qeyd olunanlara əsasən iddia tələbinin göstərdiyi kimi təmin edilməklə qətnamə çıxarılmasına etiraz etmir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 6(104)- 09 saylı qərarından görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılmasına dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, tərəflər arasında şifahi olaraq nisyə alqı-satqı üzrə münasibətlər yaranmışdır. Belə ki, iddiaçı pərakəndə ticarətlə məşğuldur. Cavabdeh ondan ümumilikdə 17000 manat dəyərində nisyə olaraq tütün məhsulları, habelə termal çeklər almışdır. Həmin puldan cavabdeh iddiaçıya nağd pul şəklində 4150 manat və 4700 manat olmaqla ayrı-ayrılıqda ödənişlər etmişdir. Həmçinin cavabdeh borcun əvəzi olaraq iddiaçıya noutbuk vermişdir. Noutbukun dəyəri ilə bağlı onlar arasında fikir ayrılıqları vardır. Belə ki, cavabdeh noutbukun dəyərini 1800 manat, iddiaçı isə 1300 manat qiymətləndirir. Cavabdeh qiymətlə bağlı göstərir ki, noutbuk kreditlə alınmış və dəyəri faizlə birlikdə 1800 manat olmuşdur. İddiaçı isə bildirir ki, nağd satışda noutbukun dəyəri 1300 manat olmuşdur. Faizlərin onun borcuna hesablanması düzgün deyildir. Məhkəmə hesab edir ki, borcun əvəzi kimi verilmiş noutbukun dəyərin elə nağd satışı üzrə hesablanmalıdır. Çünki kredit üzrə əlavə faizlərin ödənilməsinin də borcdan çıxılması iddiaçının satıcı olaraq hüquqlarının pozulması deməkdir. Odur ki, məhkəmə cavabdehin iddiaçıya nisyə aldığı məhsulların dəyəri kimi 6850 manat borclu olması nəticəsinə gəlir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1 və 76.2-ci maddələri). Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6850 manat məbləğdə pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 89 manat pulun əvəzinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilməlidir. Tələb olunan 100 manat vəkil xərci ilə bağlı məhkəmə qeyd edir ki, bu barədə iddiaçı hər hansı bir ödəniş qəbzi təqdim etmədiyindən həmin vəsait cavabdehdən alınaraq iddiaçıya verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6850 (altı min səkkiz yüz əlli) manat məbləğdə pul alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 89 (səksən doqquz) manat pulun əvəzi Cavabdeh alınaraq İddiaçı oğluna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(062)-302/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-302/2023
07.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver