Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-303/2023 13.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nzaim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakıları ilə, İddiaçı Cavabdeh qarşı ”pul” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19220,10 manat məbləğində pulun, vəkil xərci üçün ödədiyi 100 manatın və dövlət rüsumu hesabına ödənilmiş 148 manat pulun, ümumilikdə 19468,10 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, özünə məxsus mağazada pərakəndə ticarətlə məşğul olur. Cavabdeh əvvəllər tanımamış, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Cavabdeh ilə biznes əlaqələri olmuşdur. 2020-ci ildən başlayaraq Cavabdeh ondan satış məqsədi ilə nisyə olaraq, yəni malı aparmış pulunu sonra ödəmək şərti ilə siqaretlər və termal içkilər almışdır. Onların aralarında olan razılaşma uzun müddət davam etmişdir. Cavabdeh ondan mütəmadi olaraq müəyyən məbləğdə siqaretləri aparmış, sonra da pulunu ona ödəmişdir. Bu səbəbdən də onda ona qarşı inam və etibar yaranmışdır. Sonradan təxminən 2021-ci ilin ortalarında Cavabdeh ondan yenidən siqaret almış və tezliklə pulunu ödəyəcəyinə söz vermişdir. Lakin verdiyi sözə əməl etməyərək pulun ödənişini gecikdirmişdir. O bu səbəbdən Cavabdeh yaxın qohumları ilə əlaqə saxladıqda onlar pulun bir qismini ödəsələr də qalan 19220,10 manatı ödəməkdən müəyyən bəhanələrlə yayınmışdır. Cavabdeh onun etibarından sui-istifadə etməklə pulunun mənimsəməsi barədə Tovuz RPŞ-nə müraciət etmişdir. Tovuz RPŞ-nin 24 dekabr 2021-ci il tarixli qərarı ilə Tovuz RPŞ-nin 24 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan apelyasiya şikayəti verilsə də, Gəncə Apelyasiya Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qərarı ilə Tovuz Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Tovuz RPŞ-nin 24 dekabr 2021-ci il tarixli qərarında Cavabdeh öz izahatında ona borclu olduğunu etiraf etmişdir. Hazırda cavabdehin ona 19220,10 manat məbləğində borcu vardır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında göstərdi ki, o, İddiaçı nisyə olaraq mal götürmüş, ancaq pulunu vaxtında ona ödəməmişdir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatılarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh iddia tələbini qəbul etmişdir. Müəyyən edilmişdir ki, tərəflər arasında malların nisyə alqı-satqısı həyata keçirilmiş, cavabdeh iddiaçının tələb etdiyi məbləğdə malı nisyə almış, buna baxmayaraq öhdəliyə riayət etməyərək malın dəyərini iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilən Məcəllənin 600.2-ci maddəsinə görə isə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Adı çəkilən Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı nisyə olaraq siqaret və müxtəlif növ içkilər almış və borcun bir qismini ödəmişdir. Lakin Cavabdeh İddiaçı 19220,10 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 19220,10 manat məbləğində pul və ödənilmiş 148 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı vəkilə çəkilmiş xərcə dair sübut təqdim etmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242-244,253. 3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 19220,10 manat məbləğində pul və ödənilmiş 148 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-303/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-303/2023
13.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver