Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-305/2023 26.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nzaim oğlunun katibliyi, İddiaçıun, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ”pul” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona borculu oduğu 6600 manatın və dövlət rüsumu olaraq ödədiyi 86 manatın, cəmi 6686 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən pay torpaq sahəsində üzüm bağı salmış və həmin bağda hazırda 8 illik üçün tingləri vardır. O, məhsul vaxtı həmin üzüm bağının meyvələrini müxtəlif şəxslərə sataraq ailələrini dolandırır. 2021-ci ilin oktyabr ayında cavabdehlər onun üzüm bağına gələrək məhsula baxmışlar və bütün məhsulu onlara satmağı xahiş etmişlər. O, onlara hər kiloqramı 0,60 manat olmaqla 11 ton üzüm satmışdır. Lakin cavabdehlər həmin vaxt ondan aldıqları üzümü Rusiya Fedarasiyasına satmaq üçün göndərmişdir. Başqa bağ sahiblərindən də, mal aldıqlarını və yük maşını tam dolduqdan sonra, yəni təxminən 10 gün sonra malının pulunu verəcəklərini bildirmişlər. O, da cavabdehlərlə razılaşıb 10 gün gözləmişdir. 10 gün sonra o, onlara zəng edib pulunu istəyərkən onlar ona maşının hələ dolmadığını, oktyabr ayının axırına kimi onları gözləmələrini xahiş etmişdir. 2021-ci ilin oktyabr ayının axırında cavabdehlərlə görüşən zaman ona malda ziyan etdiklərini, onun pulunu pomidor yığımı zamanı, yəni 2022-ci ilin fevral ayında qaytaracağını bildirmişlər. O, da məcbur olub həmin vaxta qədər gözləməli olmuşdur. 2022-ci ilin fevral ayında yenidən cavabdehlərədən pulunu istəmiş, lakin cavabdehlər hər dəfə müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan yayınmışdır. Ona borclu olduqları 6600 manat pullunu qaytarmamışlar. O, dəfələrlə onlara bu barədə danışmış, həmin şəxslərin ona borcu olmalarını təsdiq edən səs yazıları da vardır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehlər ona borclu olduqları 6600 manatı və dövlət rüsumu olaraq ödədiyi 86 manatı, cəmi 6686 manat pulu onlara verməlidirlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, o malları İmrana vermiş, İmran malın pulunu 10 gün müddətinə qaytaracağını bildirmişdir. Cavabdeh X2 nümayəndəsi X3 məhkəmə iclasında iştirak etdi və izahatında göstərdi ki, 6600 manatlıq malın alınmasında İsmixan iştirak etsə də, əslində mal Cavabdeh2 verilmiş, malın pulunu qaytarmağı Cavabdeh2 öz öhdəsinə götürmüşdür. Cavabdeh2 İsmixanı da aldadaraq ona xeyli zərər vurmuşdur. Odur ki, iddia tələbinin İsmixana aid hissəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, o İddiaçı qardaşıdır. İsmixan və İmran adlı şəxslər qardaşının yanına gələrək ondan üzüm almışlar. Lakin pulu verməmişlər. Məhkəmə iddiaçının və cavabdeh X2 nümayəndəsinin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən, Cavabdeh2 münasibətdə təmin, qalan hissədə isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçıya məxsus üzüm məhsulunun nisyə-alqı satqısı ilə bağlı münasibətlər yaranmış, İddiaçı üzüm məhsulunu nisyə Cavabdeh2 sataraq öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, Cavabdeh2 isə öhdəliyə riayət etməyərək aldığı malın dəyərini iddiaçıya ödəməmişdir. İddiaçının özünün də izahatından göründüyü kimi satılmış malın pulunun Cavabdeh2 tərəfindən ödənilməsi şərtləşdirilmiş, Cavabdeh2 iddiaçıya pulun qaytarılması üçün 10 gün müddət təyin etmiş, iddiaçı da da bununla razılaşmışdır. Göründüyü kimi Cavabdeh1 alqı-satqı müqaviləsinin tərəfi olmasına dair iddiaçı tərəfindən hər hansı sübutlar təqdim edilməmişdir. Müəyyən edilmişdir ki, öhdəliyi icra etməyən tərəf Cavabdeh2 olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə əsaslı olsa da, Cavabdeh1 aid hissədə əsaslı deyildir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 386.2-ci maddəsinə görə isə bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Qeyd edilən Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Qeyd edilən Məcəllənin 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 6600 manat məbləğində pul və ödənilmiş 86 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242-244,253. 3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242-244,253. 3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 6600 manat pul və ödənilmiş 86 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-305/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-305/2023
26.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver