Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3124/2025 17.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 870,75 manat əsas, 93,67 manat faiz olmaqla, cəmi 964,42 manat, 625,93 manat əsas, 77,34 manat faiz olmaqla, cəmi 703,27 manat, ümumilikdə 1667,69 manat və dövlət hesabına ödənilmiş 37 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkar kimi ünvan 1 ünvanında lombar fəaliyyəti ilə məşğuldur. Cavabdeh xx.xx.2024-cü il tarixli, 000213 saylı kredit müqaviləsinə əsasən, 12 ay müddətinə, illik 36 faiz ödəmək şərti ilə 1600 manat, xx.xx.2024-cü il tarixli, 000222 saylı kredit müqaviləsi ilə 12 ay müddətinə illik 36 faiz olmaqla 1000 manat məbləğində kredit verilmişdir. Cavabdeh verilmiş kredit məbləğlərini hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin o, borcunu könüllü olaraq ödəməmişdir. Nəticədə onun 870,75 manat əsas, 93,67 manat faiz olmaqla, cəmi 964,42 manat, 625,93 manat əsas, 77,34 manat faiz olmaqla, cəmi 703,27 manat, ümumilikdə 1667,69 manat ümumi borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə borclu olduğu pulu könüllü olaraq ödəməsi barədə bildiriş göndərilsə də, cavabdeh borcunu ödəməmişdir. Cavabdehlə dəfələrlə borcunu ödəməsi üçün danışıqlar aparılsa da heç bir nəticə verməmişdir. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdehə məhkəmə bildirişində digər hüquqları ilə yanaşı iddia tələbinə etiraz etmək hüquqları izah edilmiş, lakin iddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etdi. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2024-cü il tarixli, 00213 saylı kredit müqaviləsindən görünür ki, “Lombard” fəaliyyəti ilə məşğul olan fərdi sahibkar İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, 36 faiz ilə 1600 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, 000222 saylı kredit müqaviləsindən görünür ki, “Lombard” fəaliyyəti ilə məşğul olan fərdi sahibkar İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, 36 faiz ilə 1000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, 002 nömrəli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 000213 saylı və xx.xx.2024-cü il tarixli, 000222 saylı kredit müqavilələri üzrə yaranmış borcunu ödəməsi bildirilmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Ədalər oğlu xx.xx.2024-cü il tarixli, 000213 saylı kredit müqaviləsi üzrə 870,75 manat əsas, 93,67 manat faiz, xx.xx.2024-cü il tarixli, 000222 saylı kredit müqaviləsi üzrə 625,93 manat əsas, 77,34 faiz borcu ödənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli, 00213 saylı kredit müqaviləsin əsasən, “Lombard” fəaliyyəti ilə məşğul olan fərdi sahibkar İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, 36 faiz ilə 1600 manat məbləğində, xx.xx.2024-cü il tarixli, 000222 saylı kredit müqaviləsinə əsasən, isə “12 ay müddətinə, 36 faiz ilə 1000 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmışdır. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 00213 saylı və xx.xx.2024cü il tarixli, 000222 saylı kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən də tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdeh öhdəliklərin icrasını həyata keçirməmişdir. Cavabdeh bu davranışı ilə MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Ədalər oğlu xx.xx.2024-cü il tarixli, 000213 saylı kredit müqaviləsi üzrə 870,75 manat əsas, 93,67 manat faiz, xx.xx.2024-cü il tarixli, 000222 saylı kredit müqaviləsi üzrə 625,93 manat əsas, 77,34 faiz borcu ödənilməmişdir. Məhkəmə tələb edilən borc məbləği ilə razılaşır. İş materiallarına əlavə edilmiş maliyyə arayışı, ödəniş cədvəlləri ilə cavabdehin tələb olunan məbləğdə borcunun olması müəyyən edilir. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl Cavabdeh xx.xx.2024-cü il tarixli bildirişlə müraciət edilmiş, yaranmış borc məbləğinin faizləri ilə birlikdə 7 gün müddətində tam şəkildə ödənilməsi bildirilmişdir. Qeyd olunan bildirişdə də borcun maliyyə arayışında tələb olunan məbləğdə olduğu qeyd edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 37 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 000213 saylı kredit müqaviləsi üzrə 870,75 manat əsas, 93,67 manat faiz borcu olmaqla, cəmi 964,42 manat, xx.xx.2024-cü il tarixli, 000222 saylı kredit müqaviləsi üzrə 625,93 manat əsas, 77,34 manat faiz borcu olmaqla, ümumilikdə 1667,69 manat məbləğində borc və və ödənilmiş 37 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 000213 saylı kredit müqaviləsi üzrə 870,75 (səkkiz yüz yetmiş manat yetmiş beş qəpik) manat əsas, 93,67 (doxsan üç manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 964,42 (doqquz yüz altmış dörd manat qırx iki qəpik) manat, xx.xx.2024-cü il tarixli, 000222 saylı kredit müqaviləsi üzrə 625,93 (altı yüz iyirmi beş manat doxsan üç qəpik) manat əsas, 77,34 (yetmiş yeddi manat otuz dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1667,69 (bir min alt yüz altmış yeddi manat altmış doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №2(062)-3124/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3124/2025
17.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver