Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-3172/2025 29.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin ödənilməsi qaydasının dəyişdirilməsi tələbinə» dair mülki işə Tovuz şəhərində 29 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Tovuz rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh tutulan alimentin ödənilməsi qaydasının dəyişdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, tərəflər el adəti qaydasında evlənmişlər. Nikahlarını 25 noyabr 2017-ci ildə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından 08 oktyabr 2018-ci ildə İzzət və 28 may 2021-ci ildə Sənan adlı uşaqları olmuşdur. Tovuz rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün hər ay cavabdehin hər növ qazancının və gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda həmin məbləğ uşaqların ehtiyaclarını ödəmir. Ona görə də aliment alınması qaydasını dəyişdirmək istəyir. Odur ki, birgə nikahlarından 08 oktyabr 2018-ci ildə anadan olmuş İzzət və 28 may 2021-ci ildə anadan olmuş Sənan adlı uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 250 manat aliment tutulmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İşə əlavə olunmuş doğum haqqında arayışdan məlum olur ki, tərəflərin birgə nikahlarından 08 oktyabr 2018-ci ildə İzzət və 28 may 2021-ci ildə Sənan adlı uşaqları anadan olmuşdur. İşə əlavə olunmuş Tovuz rayon Məhkəməsinin 20 fevral 2025-ci il traixli qətnaməsinin surətindən görünür ki, 26 dekabr 2024-cü il tarixindən başlayaraq 08 oktyabr 2018-ci ildə anadan olmuş İzzət və 28 may 2021-ci ildə anadan olmuş Sənan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 08 oktyabr 2018-ci ildə İzzət və 28 may 2021-ci ildə Sənan adlı uşaqları olmuşdur. Tovuz rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün hər ay cavabdehin hər növ qazancının və gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı uşaqların böyüyüb saxlanması üçün 20 fevral 2025-ci il tarixli qətnamənin dəyişdirilərək cavabdehdən hər ay sabit pul məbləğində hər uşağa görə 250 manat aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitutusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» 12 noyabr 1989-cu il tarixli Konversiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyət valideynlər daşıyırlar. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş minimum dolanacaq məbləğindən az olmayan maddi təminat hüququ vardır və həmin Qanunun 19cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli qərarına əsasən, nikahın pozulması və aliment tələblərinə aid iddialarda alimentin hesablanması ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun olaraq hesablanmalıdır. Məhkəmə uşaqların diqqətəlayiq mənafeyini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq 08 oktyabr 2018-ci ildə anadan olmuş İzzət və 28 may 2021-ci ildə anadan olmuş Sənan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həm uşaqların mənafeyini, həm də tərəflərin əmlak vəziyyətini nəzərə alır. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Göründüyü kimi cavabdehin bir il ərzində ödəməli olduğu alimentin məcmusu artırılmış hissədə 1000 manatdan yuxarı, yəni 4800 manat məbləğ təşkil edir. Ona görə Cavabdeh 68 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Lakin əvvəlki alimentin tutulması zamanı 54,92 manat dövlət rüsumu tutulduğuna görə alimentin artım hissəsinə görə dövlət rüsumunun fərqi 13,08 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Tovuz rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2(062)-515/2025 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilmə üsulu dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq 08 oktyabr 2018-ci ildə anadan olmuş İzzət və 28 may 2021-ci ildə anadan olmuş Sənan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddianın alimentin məbləğinə aid qalan hissəsi təmin edilməsin. Cavabdeh 13,08 (on üç manat, səkkiz qəpik) manat dövlət rüsumu alınsın. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-3172/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-3172/2025
29.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver