Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-357/2023 27.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 27 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən ona borclu olduğu 1322,10 (min üç yüz iyirmi iki manat on qəpik) manat pulun və 33 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Cavabdeh "xxxx" MMC-dən kredit götürən zaman cavabdehə zamin durmuşdur. Cavabdeh həmin kredit borcunu ödəmədiyi üçün ödəniş onun əmək haqqına yönəldilmişdir. Tovuz Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən, ondan və digər zaminlərdən borcun tutulması qət edilmişdir. İcra sənədi üzrə onun əmək haqqından tutulmalar aparılmışdır. İcra sənədi üzrə 1322,10 manat tutulma aparılmış, cavabdeh həmin puldan yalnız 100 manat məhkəməyə müraciət etdikdən sonra qaytarmışdır. Odur ki, Cavabdeh 1222,10 manat məbləğində pulun və dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək göstərdi ki, o, kredit götürən zaman iddiaçı ona zamin durmuşdur. Tovuz Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə ondan və zaminlərdən borcun tutulması qət edilmişdir. İddiaçıdan tutulan pulun 100 manatını qaytarmışdır. Qalan pulu isə hissə-hissə qaytaracaqdır. Ona görə də iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC-dən kredit götürən zaman İddiaçı ona zamin durmuşdur. Tovuz Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə tərəflərdən və digər zaminlərdən borcun tutulması qət edilmişdir. İddiaçının rəsmi iş yeri olduğundan icra sənədi üzrə ondan ümumi məbləği 1322,10 manat olan tutulma aparılmışdır. Tərəflərin izahatlarından görünür ki, cavabdeh həmin məbləğdən 100 manat iddiaçıya qaytarmışdır. Odur ki, 1222,10 (min iki yüz iyirmi iki manat on qəpik) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 474.1-ci maddəsinə görə, əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Həmin Məcəllənin 474.3-cü maddəsinə əsasən, zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Həmin Məcəllənin 509.1-ci maddəsinə görə, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. 1222,10 manat məbləğində pul və 32,23 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh 1222,10 (min iki yüz iyirmi iki manat, on qəpik) manat pul və 32,23 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-357/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-357/2023
27.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver