Məhkəmə qərarları › İş №2(062)-39/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-39/2023

07.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-39/2023 07.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Hüseyinovnanın Cavabdeh qarşı «mənzilə su axıdılmasının qarşısının alınması üçün mənzilin su təchizatını təmin edən kommunikasiya xətlərinin və avadanlıqlarının təmir edilməsi, həmin kommunikasiya xəttlərinin və ona qoşulan cihazların saz vəziyyətdə saxlanılması öhdəliyinin qoyulması, mənzilin təmirinə vurulmuş maddi ziyanın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: İddiaçı Hüseyinovna Cavabdeh qarşı «mənzilə su axıdılmasının qarşısının alınması üçün mənzilin su təchizatını təmin edən kommunikasiya xətlərinin və avadanlıqlarının təmir edilməsi, həmin kommunikasiya xəttlərinin və ona qoşulan cihazların saz vəziyyətdə saxlanılması öhdəliyinin qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 326 saylı mənzilin su təchizatını təmin edən kommunikasıya xəttlərinin və avadanlıqlarının təmir edilməsi, həmin kommunikasiya xəttlərinin və ona qoşulan cihazların saz vəziyyətdə saxlanılması öhdəliyinin cavabdeh Nümayəndə üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı Hüseyinovna iddia tələbinin artırılmasına dair ərizə verərək «mənzilə su axıdılmasının qarşısının alınması üçün mənzilin su təchizatını təmin edən kommunikasiya xətlərinin və avadanlıqlarının təmir edilməsi, həmin kommunikasiya xəttlərinin və ona qoşulan cihazların saz vəziyyətdə saxlanılması öhdəliyinin qoyulması, mənzilin təmirinə vurulmuş 845812(səkkiz yüz qırx beş min səkkiz yüz on iki) manat maddi ziyanın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1235((min iki yüz otuz beş)manat, 81(səksən bir)qəpik dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi» barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışlar ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 326 saylı mənzilin su təchizatını təmin edən kommunikasiya xəttlərində və ona qoşulan cihazlarda olan nasazlıq səbəbindən həmin mənzildən İddiaçı Hüseyinovnın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 322 saylı mənzilə böyük həcmdə su axıdılıb. Bunun nəticəsində ona məxsus ümumi sahəsi 188,8 kv.m olan 322 saylı mənzilin bütün sahəsi üzrə aparılmış təmir tam yararsız vəziyyətə düşüb və ona böyük həcmidə maddi ziyan dəymişdir. Həmin gün iddiaçının nümayəndəsi X1, Ülfət Gülverdiyev və hər iki mənzilin yerləşdiyi bina kompleksinin komendantı R.Rəcəbov birlikdə hər iki (322 və 326 saylı) mənzilə baxış keçirib və bununla bağlı xx.xx.2021-ci il tarixli 09032021 saylı akt tərtib olunmuşdur. Həmin aktdan görünür ki, 322 saylı mənzil bütövlükdə tavan hissəsi tavanın səs və akustika izoliasiya sistemləri orada yerləən elektrik avadanlıqları mənzilin bütün tekstil divar kağızları, parket döşəməsi, parket altı səs və akustika izoliasiya sistemləri sıradan cıxaraq tam yararsız vəziyyətə düşmüşdür. Suyun axıldıldığı 326 saylı mənzilə baxış keirilməsi zamanı mənzildə bəxində yerləşən paltar yuyanın su şılanqının qırılması və suyun məhz oradan axması müəyyən olunmuşdur. Qeyd etmək lazımdır ki, əvvələrdə cavabdehə məxsus 326 saylı mənzildən 322 saylı mənzilə su axıdılması halı baş vermişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə 326 saylı mənzildən 322 saylı mənzilə su axıdılıb və bu hadisə nəticəsində dəymiş ziyan hər iki mənzilin sahibləri aradan qaldırmışdır. Ona məxsus 322 saylı mənzilin təmiri təmamilə əcnəbi mütəxəssislər tərəfindən həyata keirilmişdir və təmir zamanı istifadə olunan bütün materiallar xarici ölkələrdə əsasən Avropa ölkələrində istehsal olunmuşdur. Mənzilin yenidən əvvəlki səviyyədə təmir olunması üçün tələb olunan məbləğin həcminin müəyyən olunması barədə ekspert qiymətləndirilməsi aparılması üçün ona Rusiya Fedarasiyasının "xxxx" MMC Mühəndis –tikinti şirkətinə müraciət olunmuşdur. Həmin şirkətin verdiyi xx.xx.2021-ci il tarixli ekspert qiymətləndirilməsi və smetası sənədinə əsasən ona məxsus 322 saylı mənzilin əvvəlki keyfiyyətdə və həcmdə olan materiallarla yüksək ixtisaslı mütəxəssislər tərəfindən əvvəlki səviyyədə təmir olunması 47.537 ABŞ dolları və ya 845.812 manat pul vəsaiti tələb olunur. Beləliklə mənzilə su axıdılması nəticəsində ona 845.812 manat maddi ziyan dəymişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, ola bilsin ki, iddiaçının mənzilinə quraşdırılmış elektron avadanlıqlar işləsin, amma bu o demək deyil ki, həmin avadanlıqlara ziyan dəyməmişdir. Həmin avadanlıqlara, yəni elektrik xəttlərinə, video kamera xəttləri və s avadanlıqlar su axıdılması nəticəsində ziyan çəkib, bunun fəsadları bir müddətdən sonra özünü göstərəcəkdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, ümumi sahəsi 188.8 kv.m olan Bakı şəhəri Nəsimi rayonu Üzeyir Hacıbəyov küçəsi ev 57, 322 saylı mənzil İddiaçı Hüseyinovnanın xüsusi mülkiyyətindədir. İşə əlavə olunmuş xx.xx.2021-ci il tarixli 09032021 saylı aktdan görünür ki, 322 saylı mənzilin bütövlükdə tavan hissəsi tavanın səs və akustika izoliasiya sistemləri orada yerlən elektrik avadanlıqları, mənzilin bütün tekstil divar kağızları, parket döşəməsi, parket altı səs və akustika izoliasiya sistemləri sıradan çıxaraq tam yararsız vəziyyətə düşmüşdür. Suyun axıdıldığı 326 saylı mənzilə baxış keirilməsi zamanı mənzildə yerləşən paltar yuyanın su şılanqının qırılması və suyun məhz oradan axması müəyyən olunmuşdur. Qeyd etmək lazımdır ki, əvvələrdə cavabdehə məxsus 326 saylı mənzildən 322 saylı mənzilə su axıdılması halı baş vermişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə 326 saylı mənzildən 322 saylı mənzilə su axıdılıb və bu hadisə nəticəsində dəymiş ziyan hər iki mənzilin sahibləri aradan qaldırmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7468 saylı rəyi ilə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi rayonu Üzeyir Hacıbəyov küçəsi ev 57, 322 saylı mənzilin tavanı, divarları və döşəməsi üzərində su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu Üzeyir Hacıbəyov küçəsi ev 57, 322 saylı mənzilə yuxarı mərtəbədəki 326 saylı mənzildən suyun sızması müəyyən olunur. 326 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 322 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin mülki iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli aktın məlumatlarına əsasən 326 saylı mənzildə paltar yuyan makinasının su şılanqında baş vermiş qəza nəticəsində 322 saylı mənzilə suyun sızdığı müəyyən edilir. Bakı şəhəri Nəsimi rayonu Üzeyir Hacıbəyov küçəsi ev 57, mənzil 322 saylı mənzilin tikililərində su sızma nəticəsində yaranmış qüsurlarının aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 41453 manat məbləğində olduğu müəyyən edilir. Cavabdeh mülkiyyətində olan evdən su axıdılmasının qarşısının alınması, binanın ümumi su xəttinin və ya mənzilə gedən su xəttinin bağlanması ilə mümkün ola bilərdi. Bundan daimi su ilə təmin olunubolunmaması məsələsi tikinti-texniki ekspertizasının həll etdiyi məsələ dairəsinə aid olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Məhkəmə araşdırılmaları zamanı müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən 326 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. Həmin binada yerləşən 322 saylı mənzilin mülkiyyətçısı isə İddiaçı Hüseyn qızıdır. İddiaçı Hüseyn qızının mülkiyyətində olan mənzilə Cavabdeh mənzilindən suyun axıdılması işin mübahisəsiz halıdır. Belə ki, bu hal işdəki ekspert rəyi və şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o İddiaçı onun bacısı oğlu vasitəsilə tanımışdır. Evin bütün işləri ona həvalə edilmişdir. Həmin evdə yaşayış olmamışdır.Hadisə baş verən vaxtı səhər saat 8 radələrində evə getmiş, evə baxanda evə yuxarı qonşudan su axıdıldığını görmüşdür. O dərhal yuxarı qalxmış və paltar yuyan maşının şlanqının partlamasının şahidi olmuşdur. Sonra o xadimləri çağıraraq mənzili təmizlətmişdir.Təxminən bir il əvvəl də belə bir hal baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o mühasib işləyir və Fəridə xanımın ailə üzvlərinin maliyyə ödənişlərini o həyata keçirir. Hadisə barədə ona məlumatı Ülfət vermişdir.Axşam evə gəlib baxanda evi su basdığını və kondisionerə ziyan dəydiyini görmüşdür. O kommunal ödənişləri həyata keçirir. Evə nə qədər xərc çəkildiyini bilmir. Həmin evdə işləyən ustalar Ukrayna vətəndaşları olmuşlar. Məhkəmə tərəfindən iddiaçıya məxsus mənzilə baxış keçirilmış və müəyyən olunmuşdur ki, Cavabdeh məxsus mənzil iddiaçıya məxsus mənzilin üst mərtəbəsində yerləşır. İşdə olan və iddiaçı tərfindən iddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci tarixli aktda qeyd olunmuşdur ki, iddiaçıya məxsus mənzilin tavan hissəsi, səs və akustika izolyasiya sistemi, elektrik avadanlıqları, divar kağızı, parket döşəməsi,parket altı səs və akustika izolyasıyası sıradan çıxmışdır. Məhkəmə qeyd edir ki, həm ekspertiza tədqiqatı zamanı, həm də məhkəmə baxış zamanı müəyyən edilmişdir ki, mənzil 4 yataq otağından və yardımçı tikililərdən ibarətdir. Mənzilin dəhliz tikilisinin divarları divar kağızı ilə üzlənmiş, tavanı üzərinə iki qat alçipan material vurularaq asma tavan şəklində vurularaq üstü boya ilə rənglənmiş, döşəməsi isə parket ilə üzlənmişdir. Bu tikilinin tavanı və divarları üzərində sarımtıl su sızma ləkələrinin olduğu və döşəməyə vurulmuş parket materialının bir hissəsinin deformasiyaya uğradığı müşahidə olunmuşdur. 1 saylı yataq otağının divarları divar kağızı ilə üzlənmiş, tavanı üzərinə iki qat alçipan materialı vurularaq asma tavan şəklində vurularaq üstü boya ilə rənglənmiş, döşəməsi isə parket ilə üzlənmişdir. Bu tikilinin divarları üzərində sarımtıl su sızma ləkələrinin olduğu, tavana vurulmuş alçipan materialının su sızma nəticəsində yararsız vəziyyətə düşdüyü və döşəmənin də yararsız vəziyyətə düşdüyü və döşəməyə vurulmuş parket materialının bir hissəsinin deformasiyaya uğradığı müşahidə olunur. 2 saylı yataq otağının divarları divar kağızı ilə üzlənmiş, tavanı üzərinə iki qat alçipan materialı vurularaq asma tavan şəklində vurularaq üstü boya ilə rənglənmiş, döşəməsi isə parket ilə üzlənmişdir. Bu tikilinin tavanı və divarları üzərində sarımtıl su sızma ləkələrinin olduğu və döşəməyə vurulmuş parket materialının bir hissəsinin deformasiyaya uğradığı müşahidə olunur. 3 saylı yataq otağının divarları divar kağızı ilə üzlənmiş, tavanı üzərinə iki qat alçipan materialı vurularaq asma tavan şəklində vurularaq üstü boya ilə rənglənmiş, döşəməsi isə parket ilə üzlənmişdir. Bu tikilinin tavanı və divarları üzərində sarımtıl su sızma ləkələrinin olduğu müşahidə olunur. 4 saylı yataq otağının divarları divar kağızı ilə üzlənmiş, tavanı üzərinə iki qat alçipan materialı vurularaq asma tavan şəklində vurularaq üstü boya ilə rənglənmiş, döşəməsi isə parket ilə üzlənmişdir. Bu tikilinin tavanı, divarları və döşəməsi üzərində su sızmaya aid qüsurlar aşkar edilməmişdir. Baxış zamanı istər elektrik naqillərinə, istərsə də digər avadanlıqlara real ziyanın dəyməsi müəyyən edilməmişdir. Evə baxış keçirilərkən evin elektrik şəbəkəsi işlək vəziyyətə gətirilmiş və işıqların yanması halı müşahidə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi də izahatında göstərmişdir ki, naqillər, mənzildəki kameralar hazırda işlək ola bilər, ancaq su sızması nəticəsində tezliklə sıradan çıxması hələ də istisna edilmir. Göründüyü kimi mənzildəki avadanlıqların gələcəkdə xarab olması ehtimalı ilə bağlı məhkəmə onu qeyd edir ki, iddiaçının həmin avadanlıqlara gələcəkdə çəkiləcək xərclərlə bağlı xərclər çəkildiyi halda dəymiş ziyan tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması istisna edilmir. İşdə olan xx.xx.2023-cü il tarixli 10/7468 saylı ekspert rəyində həmin mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görüləcək təmir-tikinti işlərinin smetasında 12 adda görüləcək işlərin adları qeyd olunmuş və görüləcək təmirlə bağlı 41453 manat vəsait lazım olacağı müəyyən olunmuşdur. Cavbadeh tərəfdən ekpertiza rəyində göstərilən 41453 manat təmir xərcləri ilə bağlı məhkəməyə heç bir etiraz daxil olmamışdır. Məhkəmə işdə olan VTL-Stroy MMC mühəndis–tikinti şırkətinin qiymətləndirilməsini və xx.xx.2023-cü il tarixli 10/7468 saylı ekspert rəyinin müqayisəli tədqiqini apararaq onu qeyd edir ki, VT-Stroy MMC qiymətləndirmənin hansı meyarlara əsasən aparılması müəyyən deyildir. Bundan başqa da həmin şirkət tətəfindən rəy verilərkən mənzilə hər hansı baxşın keçirilib-keçiriməməsi də müəyyən deyildir. Bu da onu deməyə əsas verir ki, qiymətləndirmə fəaliyyəti sifarişçinin qiymətləndiriciyə bildirdikləri əsasında həyata keçirilmişdir. Həmin rəy verilərkən rəy vermiş şəxs bilə-bilə yalan rəy verməyə görə görə cinayət məsuliyyəti barədə xəbərdar edilməmiş, rəyin nəyə əsasən verildiyi öz əksini tapmamışdır. Odur ki, məhkəmə xx.xx.2023-cü il tarixli 10/7468 saylı ekspertiza rəyini sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslardan biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi tərəflər arasında öhdəlik münasibətləri yaranmış,cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Tərəflər arasında yaranan öhdəlik münasibətləri qanundan əmələ gələn öhdəlik münasibətidir. Mübahisəni tərəflər öz aralarında həll edə bilmədiyinə görə vurulmuş ziyan cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MM-nin 21.1- ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.3-ci maddəsinə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2- ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1- ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından göründüyü kimi mülki hüquq pozuntusu nəticəsində iddiaçıya məxsus mənzilə ziyan dəymiş və vurulmuş ziyan ekspertiza rəyi ilə 41453 manat hesablanmışdır. Vurulmuş ziyan cavabdeh tərəfindən vurulduğundan iddiaçının qanunla qorunan hüquqları bərpa olunmalı, yəni vurulmuş ziyanın məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbinin vurulmuş ziyana aid qalan hissəsi ilə bağlı sübut təqdim edilmədiyindən iddia qalan hissədə təmin edilə bilməz. Məhkəmə iddianın “mənzilə su axıdılmasının qarşısının alınması üçün mənzilin su təchizatını təmin edən kommunikasiya xətlərinin və avadanlıqlarının təmir edilməsi, həmin kommunikasiya xəttlərinin və ona qoşulan cihazların saz vəziyyətdə saxlanılması öhdəliyinin qoyulması”na dair hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı kommunikasiya xətlərinin və avadanlıqlarının təmirinə çəkilmiş xərclərlə bağlı iddia ilə müraciət etmiş və onun tələbinə hüquqi qiymət verilmişdir. Kommunikasiya xəttlərinin və ona qoşulan cihazların saz vəziyyətdə saxlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı onu qeyd edir ki, Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Göründüyü kimi qanunla belə bir öhdəlik şəxslərin üzərinə qoyulmuş və bu öhdəlik pozulduğu halda qanunun qeyd edilən tələbini pozan şəxslərin mülki hüquqi məsuliyyətə cəlb edilməsi də qaçılmazdır. Odur ki, iddia həmin hissədə də təmin edilə bilməz. Dövlət rüsumu ilə bağlı məhkəmə onu qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Cavabdeh 214(iki yüz on dörd) manat, 36(otuz altı)qəpik məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı Hüseyinovnaya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 41453(qırx bir min dörd yüz əlli üç) manat və 214(iki yüz on dörd) manat, 36(otuz altı)qəpik məbləğində dövlət rüsumu alınaraq İddiaçı Hüseyinovnaya verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 41453 (qırx bir min dörd yüz əlli üç) manat və 214 (iki yüz on dörd) manat, 36 (otuz altı) qəpik məbləğində dövlət rüsumu alınaraq İddiaçı Hüseyinovnaya verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar