Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-447/2023 10.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh və X1 qarşı ”pul” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və X1 qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan 1200 manat məbləğində pulun, mənəvi zərərə görə 200 manat pulun və 33 manat olan dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbin həcminin azaldılmasına dair ərizə verərək təkcə Cavabdeh pulun tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşı oğludur. Cavabdeh onlara gələrək həyat yoldaşı Rahilənin xərçəng xəstəsi olduğunu bildirərək, ondan Kapital Bankdan kredit götürərək ona köməklik olunmasını xahiş etmişdir. O, da cavabdehin həqiqətən də xəstə olduğunu və qohumluq münasibətlərini nəzərə alaraq, etibar etdiyi üçün banka yaxınlaşaraq onun kredit götürərək cavabdehə vermişdir. Kapital Bank tərəfindən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ona əsas məbləğ 1700 manat, 1138 manat faiz borcu ilə birlikdə 2838 manat borcu yaranmışdır. Həmin məbləğin çox hissəsini cavabdehlər ödəmişlər. Əsaas borc, yəni ödənilməyən borc 1200 manat qalmışdır. Cavabdeh həmin məbləği ödəməkdən yayınır. Aralarında mübahisələr də olmuşdur. Onlar cavabdehlərə banka olan borcunun ödəməsi üçün onların evinə getmiş və evdə onu və qızını döyərək pulu ödəməyəcəklərini bildirmişdir. Döyülmələri ilə bağlı 102 xidmətinə müraciət etmişdir. Polis Şöbəsində onlara borcu olduğunu etiraf etmişdir. İş üzrə cinayət işinin başlanması rədd edilməsi barədə 29 iyun 2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda iddia ərizəsinə əlavə olunmuşdur. Göstərilənlərə əsasən həmin məbləğin ondan alınıb ona verilməsi zərurəti yaranmışdır. Dövlət rüsumu kimi ödənilmiş 33 manat da ondan alınıb ona ödənilməlidir. Ona bu kreditlə bağlı mənəvi zərər də dəymişdir. Belə ki, əsəbləşərək böyük sarsıntılar keçirmişdir. Maddi zərərə görə 200 manat da ondan alınıb ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və izahatında göstərdi ki, həyat yoldaşı xəstə olduğu üçün Valentinadan kredit götürməsini xahiş etmişdir. O, da kredit götürərək ona vermişdir. Kreditin bir hissəsini özü ödəmişdir. Qalan hissəsini də maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. İstəyi ondan ibarətdir ki, bank Valentinanı məhkəməyə versin, o da məhkəmədən sonra borcu hissə-hissə ödəyəcəkdir. Ona görə də iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş cinayət işinin başlanılmasının rədd olunması barədə qərardan görünür ki, İddiaçı Cavabdeh qarşı şikayəti üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərarla müəyyən edilmişdir ki, Cavabdeh arvadının müalicəsi ilə əlaqədar olaraq Valentina bankdan 1700 manat pul götürərək ona vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən olundu ki, İddiaçı Kapital Bank ASC-dən 1700 manat kredit götürərək Cavabdeh borc vermişdir. Həmin məbləğin bir qismini Cavabdeh ödəsə də, 1200 manatını isə ödəməmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC-nin Tovuz Rayon Filialının 13 fevral 2023-cü il tarixli 405 nömrəli arayışından görünür ki, İddiaçı 13 fevral 2023-cü il tarixinə 1069,64 AZN borc öhdəliyi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1069 manat 64 qəpik manat pul və ödənilmiş 30 manat 70 qəpik məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsi ilə bağlı sübutlar təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1069 manat 64 qəpik pul və ödənilmiş 30 manat 70 qəpik məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-447/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-447/2023
10.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver