Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-483/2023 20.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "əmlak və pul" tələbinə dair iddiası üzrə mülki işin məhkəmədə baxılmağa hazırlanması üzrə keçirilən məhkəmə iclasında, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə muraciət edərək Cavabdeh ərizəsində qeyd etdiyi qızı-zinət əşyalarının özlərinin, özləri olmadıqda 3100 olan dəyərinin, banka ödənilməli olan 6700 manat məbləğində pulun və toy zamanı onun əlinə yığıkmış 2500 manat məbləğində pulun, dövlət rüsumu hesabına ödədiyi 127 manatın, cəmi 12427 manatın ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin və ona əlavə olunmiuş sənədlərin geri qaytarılmasını və iddianın baxılmamşış saxlanılmasına etiraz etmədi. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı mülki iş üzrə iddianın baxılmamış saxlanılması barədə ərizə təqdim etdiyindən, cavabdeh isə baxılmamış saxlanılmasınına etiraz etmədyindən ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında ərizə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı Cavabdeh qarşı "əmlak və pul" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-483/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-483/2023
20.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver