Məhkəmə qərarları › İş №2(062)-499/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-499/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-499/2023 06.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Tovuz şəhərində 06 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq kredit razılaşmasının ləğvi və kredit müqaviləsi üzrə əsas məbləği 6563,4 manat, əsas məbləğə hesablanmış faiz borcu 700,05 manat, cərimə 228,42 manat olmaqla cəmi 7491,87 manat məbləğində borcun və ərizə üçün dövlət büdcəsinə köçürülmüş 94,92 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 iddia ərizəsində göstərmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında 16 fevral 2022-ci il tarixli bankın internet səhifəsi üzərindən kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, aylıq faiz dərəcəsi 1,7917% olmaqla, 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə 16 iyun 2022-ci il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Cavabdeh götürdüyü kreditdən 436,6 manat ödəniş etmiş və onun 6563,4 manat məbləğində kredit borcu qalmışdır. O, kredit müqaviləsinin 1.1-ci və 2.3-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və xx.xx.2022-ci il tarixə 174 gün üçün onun 700,05 manat faiz borcu qalmışdır. Həmin müqavilənin 4.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilədə nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. xx.xx.2022-ci il tarixə 174 gün üçün hesablanmış cərimə 228,42 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı təşkilata kredit müqaviləsi üzrə kreditin əsas məbləği 6563,4 manat, əsas məbləğə hesablanmış faiz borcu 700,05 manat, cərimə 228,42 manat olmaqla cəmi 7491,87 manat borcu qalmışdır. Ona görə də xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə Cavabdeh müştərək qaydada kreditin əsas məbləği 6563,4 manat, əsas məbləğə hesablanmış faiz borcu 700,05 manat, cərimə 228,42 manat olmaqla cəmi 7491,87 manat məbləğində borcun və ərizə üçün dövlət büdcəsinə köçürülmüş 94,92 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, surəti işə əlavə olunmuş 16 fevral 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı QSC tərəfindən 7000 manat 36 ay müddətinə kredit verilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh arasında 16 fevral 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh bank tərəfindən 36 ay müddətinə 7000 manat kredit verilmişdir. Borclu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini gecikdirmiş və iddiaçı təşkilata kredit müqaviləsi üzrə kreditin əsas məbləği 6563,4 manat, əsas məbləğə hesablanmış faiz borcu 700,05 manat, cərimə 228,42 manat olmaqla cəmi 7491,87 manat borcu qalmışdır. Bununla bərabər məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərsə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunverici dəbbə pulunun azadlılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin böyük məbləğdə dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan dəbbə pulu azaldılmalıdır. «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın» ədalətli məhkəmə araşdırması hüququnun təsdiq olunduğu 6-cı maddəsi ilə nəzərdə tutulmuşdur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağla batan müddətdə işin ədalətli araşdırması hüququna malikdir. Beynəlxalq hüququn bu normasında nəzərdə tutulan şəxsin ədalətli məhkəmə araşdırması hüququnun mənasına görə məhkəmə qərarı ədalət anlayışına cavab verən olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddənin tələblərinə əsaslanaraq hesab edir ki, tələb olunan 228,42 manat cərimə azaldılaraq 11,42 manat məbləğində müəyyən olunması məqsədə müvafiqdir. Cərimənin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi ) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditorun onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya ( borc alana ) keçirməyi öhdəsinə götürür, digər iştirakçı borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə işdə olan sənədlərin məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə kreditin əsas məbləği 6563,4 manat, əsas məbləğə hesablanmış faiz borcu 700,05 manat, cərimə 11,42 manat olmaqla cəmi 7274,87 manat məbləğində pul alınıb iddiaçı təşkilata verilməli, həmçinin kredit müqaviləsi ləğv edilməlidir. İddia tələbinin qalan hissəsi təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun 92,74 manatı cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234–cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 16 fevral 2022-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 16 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə kreditin əsas məbləği 6563,4 manat, əsas məbləğə hesablanmış faiz borcu 700,05 manat, cərimə 11,42 manat olmaqla cəmi 7274,87 manat və dövlət rüsumu hesabına ödənilmiş 92,74 manat alınaraq İddiaçı QSC -nin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar