Məhkəmə qərarları › İş №2(062)-506/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-506/2023

27.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-506/2023 27.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nzaim oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ”pul” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan 4200 manat məbləğində pulun və 65 manat dövlət rüsumunun cəmi, 4265 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər onun tanışlarıdır. xx.xx.2022-ci il tarixdə onlar, onlara gələrək, evlərinin təmiri üçün təcili pul lazım olduğu üçün ondan 1000 manat pul istəmişlər. Həmin məbləği 2022-ci ilin iyun ayında qaytaracağını bildirmişlər. O, isə onlara inanıb əlində olan bacısına məxsus puldan onlara vermişdir. Bir aydan sonra X6 yanına gələrək oğlunu işə düzəltmək üçün 1500 manat məbləğində pul istəmişdir. Bu dəfə də borcunu 5-6 aya ödəyəcəyinə söz vermişdir. Fevral ayında X6 təkrar olaraq ondan 1700 manat borc pul istəmişdir. O, da onların bu qədər borları ödəyə bilmədikləri üçün həmin məbləği onlara vermək iştəməmişdir. Dəfələrlə gəlibgetmişlər. Bu barə də özlərinin səs yazıları da vardır. Sonrada məcbur qalaraq həmin məbləği onlara vermişdir. Özü hüquqşunasdır, onlara nə qədər inansa da həmin məbləğləri onlara verərkən kağıza imza etdirmişdir. Həmin sənədi məhkəməyə təqdim edəcəkdir. İyun ayı gəlib keçsə də onlardan bir xəbər olmamışdır. Pulunu onlardan isdədikdə isə onlara 5-6 ay vaxt verilməsini bildirmişlər. Lakin artıq üstündən 7 ay keçmişdir. Cavabdehlər borcundan bir manat belə ödəməmişdir. Təcili bacısına pul lazım olduğu üçün həmin məbləği bacısına ödəmişdir. Zərifənin oğlu ona verdiyi pulla işə düzəlmiş və hazırda işləyir. Lakin onun pulunu qaytarmırlar. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında göstərdi ki, iddiaçının tələb etdiyi məbləğdə pulu Zərifə ilə birlikdə götürmüşlər. Həmin pulun faizini qaytarsalar da, əsas məbləği verə bilməmişlər. Odur ki, məhkkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında izahatında göstərdi ki, Tahirə pulu sələm formasında vermişdir. O kağız parçası gətirərək ona imza etmişlər. Onun təqaüd kartı iki il ərzində Tahirədə olmuşdur. Ona görə də iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatılarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş sadə yazılı şəkildə tərtib edilmiş qəbzdən görünür ki, Cavabdeh2 İddiaçı 1500 manat, X1 Tahirə Mədəd qızından xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat borc almış 2022-ci il iyin ayında qaytaracağı barədə öhədlik götürmüşlər. Məhkəmə iclasında müəyyən edildi ki, pullar ayrı-ayrı vaxtlarda, müxtəlif şəxslərə verilsə də, cavabdehlər həmin öhdəliklər üzrə müştərək məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.2-ci maddəsinə görə öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Göründüyü kimi hazırki iş üzrə borc sənədi borclulardsa olmayaraq kreditorda olması onu təsdiq edir ki, tərəflər arasında bağlanılmış öhdəliyə xitam verilməmişdir. Bundan başqa da cavabdehlər borclarını ödədiklərini sübut edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4200 manat pul və ödənilmi. 65 manat dövlət rüsumu cavabdehlər X2 və X3 alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4200 manat pul və ödənilmiş 65 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar