Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-563/2023 18.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 18 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlərdən 10050 manat məbləğində borc pulun və əlavə ödənilmiş 390 manatın və 121,40 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə həmkəndlidirlər. Onları qonşularına görə tanımışdır. O, qızıl satışı ilə məşğul olduğuna görə Cavabdeh2 ondan qızıl almış, hissə-hissə ödəmişdir. Sonradan Cavabdeh2 ondan 2250 manatlıq qızıl almış və 200 manat pul vermişdir. Qalan 2050 manat pulu verməmişdir. Bundan əlavə cavabdehlər ondan 5000 manat borc pul almışlar. Cavabdehlərin pula ehtiyacı olduğundan, ona lombarda qızıl qoyaraq pul götürməyi təklif etmişlər. Onlar birlikdə Şəmkir şəhərində yerləşən “ Passo MMC”-yə qızıl qoyaraq 3300 manat pul götürmüşlər. Həmin pulun 3000 manatını Cavabdeh2 vermişdir. Həmin pulun faizi olaraq hər ay 130 manat ödənməli olsa da, 3 ay həmin pul da ödənməmişdir. Cavabdehlərdən dəfələrlə pulunu tələb etsə də, onlar pulu qaytarmamışlar. Odur ki, cavabdehlərdən ona borclu olduqları 10050 manat məbləğində borc pul və dəymiş zərər hesabına 390 manat pulun və 121,40 manat dövlət rüsumu alınıb ona verilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş audio disklərin dinlənilməsindən görünür ki, Cavabdeh2 iddiaçıdan 2250 manatlıq qızıl almasını, həmin puldan 200 manat qaytarmasını, həmçinin iddiaçının 3000 manat lombarddan pul götürərək ona verməsini, bundan əlavə iddiaçıdan nağd şəkildə 5000 manat pul alınmasını etiraf etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər həmkəndlidirlər. İddiaçı qızıl satışı ilə məşğul olur. Cavabdeh2 ondan qızıl almış, hissə-hissə ödəmişdir. Sonradan Cavabdeh2 ondan 2250 manatlıq qızıl almış və 200 manat pul vermişdir. Qalan 2050 manat pulu verməmişdir. Bundan əlavə Cavabdeh2 ondan 5000 manat borc pul almışlar. Cavabdeh2 pula ehtiyacı olduğundan, ona lombarda qızıl qoyaraq pul götürməyi təklif etmişdir. Onlar birlikdə Şəmkir şəhərində yerləşən “ Passo MMC”-yə qızıl qoyaraq 3300 manat pul götürmüşlər. Həmin pulun 3000 manatını Cavabdeh2 vermişdir. İşdə olan sübutlar və iddiaçının izahatından görünür ki, Cavabdeh1 faktiki olaraq pulun və qızılın iddiaçıdan alınmasında iştirak etsə də, nə pulu iddiaçıdan istəməmişdir, nə də pul götürməmişdir. Həm qızılın verilməsi, həm də pulun verilməsi bilavasitə Cavabdeh2 ilə həyata keçirilmişdir. Belə olan halda iddianın Cavabdeh1 münasibətdə olan hissəsi təmin edilməməlidir. Həmçinin iddia tələbində göstərilən 390 manat pul sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Ona görə də iddia qismən təmin edilməlidir. İş üzrə maddi hüquq normalarının tətbiqi məsələsinə gəlincə məhkəmə hesab edir ki, həm nisyə alqı-satqı, həm də borc müqaviləsinin tələbləri mövcud olduğundan həm nisyə alqı-satqının, həm də borc müqaviləsinə aid maddi hüquq normalarının tövsifi ilə mübahisənin həlli həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında notarial qaydada təsdiq olunmuş müqavilə olmasa da, tərəflər arasında səs və votsap yazışmaları mövcuddur. Məhkəmə həmin yazışmaları sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 10050 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 120,15 manatı Cavabdeh2 tutularaq İddiaçı1 ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 10050 manat borc pul və ödənilmiş dövlət rüsumunun 120,15 manatı alınıb İddiaçı1 verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-563/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-563/2023
18.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver