Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-617/2023 23.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, "xxxx"ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia tələbinin həcmindən görünür ki, iddiaçının tələb etdiyi məbləğ beş min manatdan az deyildir. Ona görə də qeyd edilən tələbə sadələşdirilmiş qaydada baxılması mümkün deyildir.Odur ki, məhkəmə hesab edir ki, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun olmadığından ərizənin qəbul olunmasından imtina edilməlidir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-3.2.2-ci maddəsinə əsasən ərizədədə iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Göründüyü kimi ərizəyə belə məlumatlar da əlavə edilməmişdir. MPM-nin 284-4.1.2-ci maddəsin ə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmi Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd edilən Məcəllənin 284-4.2-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-4-cü maddələrinə əsaslanaraq, QƏRARA ALDİM: Kiçik iddialara dair işlə üzrə ərizənin icraata qəbulun dan imtina edilsin. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması iddiaçıya izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Zaur Hünmətov.
Məhkəmə qərarları › İş №2(062)-617/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-617/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver