Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-622/2023 23.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, BOKT "xxxx" QSC Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə 06 fevral 2021-ci il tarixli, 058-EMB-0049-21 saylı kredit müqaviləsi üzrə 50.53 manat əsas, 7.58 manat cərimə, 29 aprel 2021-ci il tarixli, 058-EMB-0382-21 saylı kredit müqaviləsi üzrə 653.53 manat əsas, 98.03 manat cərimə, cəmi 809.67 manat borcun və 30.40 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə 1546 manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx"" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 06 fevral 2021-ci il tarixli, 058- EMB-0049-21 saylı Kredit Muqavrə bağlanmışdır. X1 Kredit Təşkilatı "xxxx" QSC tərəfindən 29 aprel 2021-ci il tarixli, 058-EMB-0382-21 saylı Kredit Müqaviləsinə əsasə 18 ay müddətinə qaytarılmaq şərti ilə 1700 manat məbiəğində kredit verilmişdir. Hal-hazırda Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə 06 fevral 2021-ci il tarixli, 058- EMB-0049-21 saylı kredit müqaviləsi üzrə 50.53 manat əsas, 7.58 manat cərimə, 29 aprel 2021-ci il tarixli, 058-EMB-0382-21 saylı kredit müqaviləsi üzrə 653.53 manat əsas, 98.03 manat cərimə, hər iki kredit müqaviləsi üzrə ümumi borcu 809,67 manat təşkil edir. Ərizəyə əlavə olunmuş: - 06 fevral 2021-ci il tarixli, 058-EMB-0049-21 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh BOKT "xxxx" QSC tərəfindən illik 18 ay müddətinə 1546 manat və 29 aprel 2021-ci il tarixli, 058-EMB-0382-21 saylı müqavilə üzrə illik 18 ay müddətinə 1700 manat məbləğində kredit verilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06 fevral 2021-ci il tarixli, 058-EMB-0049-21 saylı kredit müqaviləsi üzrə 50.53 manat əsas, 7.58 manat cərimə, cəmi 58.11 manat, 29 aprel 2021-ci il tarixli, 058-EMB-0382-21 saylı kredit müqaviləsi üzrə 653.53 manat əsas, 98.03 manat cərimə, cəmi 751.56 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.4-cü maddəinin 1-ci cümləsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən BOKT "xxxx" QSC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Tərəflər arasında bağlanmış 06 fevral 2021-ci il tarixli, 058-EMB-0049-21 saylı və 29 aprel 2021-ci il tarixli, 058-EMB-0382-21 saylı müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 06 fevral 2021-ci il tarixli, 058-EMB-0049-21 saylı kredit müqaviləsi üzrə 50.53 manat əsas, 7.58 manat cərimə, 29 aprel 2021-ci il tarixli, 058-EMB-0382-21 saylı kredit müqaviləsi üzrə 653.53 manat əsas, 98.03 manat cərimə, cəmi 809.67 manat məbləğində borc və 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq BOKT "xxxx" QSC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-622/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-622/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver