Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-627/2023 04.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nzaim oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Akif qızına qarşı ”pul” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Akif qızına qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11530 manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 135 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2018-ci il tarixdə Cavabdeh Akif qızı ilə evlənmişdir. Lakin bir müddət sonra cavabdehlə aralarında narazılıqlar yaranmış və onlar ayrılmışlar. Onların uşaqları olmamışdır. 3 il müddət ailəli olduqları üçün uşaqları olmadığından onların xeyli xərcləri olmuşdur. Belə ki, cavabdeh müalicə olmasını bildirmiş və buna görə pul lazım olduğunu bildirmişdir. O, 2022-ci ilin yanvar ayında "xxxx" ASC-dən 3000 manat faizi ilə birlikdə 4000 manat kredit götürmüş və ona vermişdir. Belə ki, Bakı şəhərində fəaliyyət göstərən iki xəstəxanada müalicə olunmuşdur. Sonradan onu müalicəyə yola salanda 500 manat pul vermişdir. Cavabdeh Akif qızı yenidən həkimə pul lazım olduğunu bildirmişdir. Onda pul olmadığı üçün əmisi oğlundan 2200 manat pul alıb ona vermişdir. Bundan sonra qardaşı Seymur müalicəyə kömək məqsədilə 200 manat pul vermişdir. Daha sonra qardaşı Ceyhun 120 manat, digər dostu Vasif adlı şəxs 100 manat pul vermişdir. Bundan əlavə ona məxsus heyvanı satıb 800 manat pul vermişdir. Sonra 1850 manat iynəsinə pul tapıb göndərmişdir. Müalicələrdən əlavə xəstəxanada olarkən ona demişdir ki, telefonu suya düşüb xarab olmuşdur. Ona görə də 200 manat pul tapıb ona göndərmişdir. Lakin bütün bu xərclərə baxmayaraq keçmiş həyat yoldaşı Cavabdeh Akif qızı müalicəsini yarımçıq qoyaraq çıxıb atası evinə getmişdir. Cavabdeh uşağın olmamasına səbəb onun olduğunu bildirmiş və onu əməliyyata sovq etmişdir. Həmin əməliyyata 600 manat da xərci çıxmışdır. Sonradan ona məlum olmuşdur ki, Sadıqova X6 şəhərində özü üçün iş qurmuşdur. Bundan sonra aralarında mübahisələr yaranmışdır. Boşanmaq üçün mediasiyaya müraciət etmişdir. Cavabdeh boşandıqdan sonra da mediasiya prosesində ona borcu olduğunu bildirmişdir. 230 manat və 250 manat pul istəmişdir. O da barışmağa ümidlənərək tanışından borc tapıb ona 480 manat pul vermişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahatında göstərdi ki, onun qızı Cavabdeh Akif qızı İddiaçı boşandıqdan sonra 200 manat pul almışdır. Qızının müalicəsi üçün Sonaya verilmiş 740 manat pul isə xəstəxananın hesabında qalmışdır. Rəşad bankdan kredit götürərək, həqiqətən də qızının müalicəsinə sərf etmişdir. Ancaq qızından asılı olmayan səbəblərdən uşaq doğulmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC-dən 24 ay müddətinə 28 faiz dərəcəsi ilə 3000 manat kredit götürmüşdür.Ödəniş cədvəlinə əsasən banka qaytarılacaq məbləğ 3954 manat təşkil edir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında ərizə verərək bildirmişdir ki, onun qızı Cavabdeh Akif qızı İddiaçı boşandıqdan sonra 200 manat məbləğində pul almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə birgə nikahda olan dövr ərzində "xxxx" ASC-dən 3000 manat məbləğində kredit götürmüş, müqaviləyə əsasən həmin krediti 10 yanvar 2024-cü ilədək 954 manat faizi ilə birlikdə banka qaytarmağına dair öhdəlik götürmüşdür. Məhkəmə iclasında götürülmüş pul vəsaitinin tərəflərin birgə nikah dövründə ailənin ümumi mənafeyinə, o cümlədən Sonanın müalicəsinə sərf edildiyi istisna edilmir. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən borc ər-arvadın ümumi borcu hesab edilməlidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.1-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qeyd edilən Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının banka ödədiyi və yaxud ödəməli olduğu 3954 manat məbləğində pul onların ümumi borcları hesab edilməli və həmin borc tərəflər arasında ½ hissədə bölünməlidir. Məhkəmə götürülmüş kreditə görə faizlərin ödənilməsinə də münasibətdə onu qeyd edir ki, Mülki Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Odur ki, iddia tələbi 3954 manata dair hissədə əsaslıdır və həmin hissədə iddia təmin edilərək, qeyd edilən məbləğin yarısı, yəni 1977 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin 200 manata dair hissəsini də əsaslı hesab edir. Belə ki, cavabdehin nümayəndəsi də etiraf etmişdir ki, tərəflər arasında nikah pozulduqdan sonra Sona Rəşaddan 200 manat məbləğində borc pul almışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, 200 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçı iddia tələbinin qalan hissələri ilə bağlı sübutlar təqdim etmədiyindən məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli 2177 manat pul Cavabdeh Akif qızından alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq 41 manat 77 qəpik məbləğində pul Cavabdeh Akif qızından alınaraq İddiaçı verilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2177 manat məbləğində pul və dövlət rüsumu hesabına ödənilmiş 41 manat 77 qəpik məbləğində pul Cavabdeh Akif qızından alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsi. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-627/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-627/2023
04.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver