Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-628/2023 15.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 15 mart 2023cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 5000 manat məbləğində borc pulun və dəymiş zərər hesabına 500 manatın alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh kürəkəni X1 vasitəsi ilə tanımışdır. Belə ki Cavabdeh onların cücə satışı ilə məşğul olduqlarını görüb onlara inqibatorunun olduğunu qalan çatışmayacaq hissələrini də alıb bir yerdə işləməklərini təklif etmişdir. Onlar cavabdehin təktifini qəbul edib onunla birlikdə işləməyi qəbul etmişlər. Cavabdeh kürəkəni Rizvan Məmmədova əlavə avadanlıqların və xırda cücələrin alınması üçün 5000 (beş min) manat pul lazım olduğunu bildirmişdir. O, kürəkəni Rizvan Məmmədov ilə Cavabdehgilə gedərək əlavə avadanlıqların və xırda cücələrin alınması üçün onun istədiyi puldan 1000 manat əvvəlcə vermişlər, sonra isə inqubator alınması üçün oğlu 4000 (dörd min) manat pulu ona vermişdir. Sonra oğlu X2 müharibəsi şəhidi olduğuna görə başı qarışmış, Cavabdeh isə bundan istifadə edərək heç bir iş görməmiş, nə də onların pulunu qaytarmamışdır. Cavabdeh onlardan aldığı pulu hər ay 100 (bir yüz) manat olmaqla qaytaracağına dair qəbz versə də üzərinə düşən öhdəliyə əməl etməmiş, onlara borclu olduğu pulu qaytarmamışdır. Odur ki, cavabdehdən ona borclu olduğu 5000 manat məbləğində borc pul və dəymiş zərər hesabına 500 manat pulun alınıb ona verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə olunmuş qəbzdən görünür ki, Cavabdeh iddiaçıya 4000 manat borclu olduğunu etiraf etmiş, borcunu hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş Tovuz Rayon Polis Şöbəsinin 22 iyun 2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər birlikdə iş qurmaq üçün tanış olmuşlar. İddiaçı Cavabdeh 4000 manat borc pul vermişdir. Cavabdeh həmin borcu ödəyəcəyinə söz versə də, ödəməmişdir. Həmçinin cavabdeh öz imzası ilə təsdiq etdiyi qəbzdə borcunun olduğunu etiraf etmiş, hissə-hissə pulu ödəyəcəyini öhdəsinə götürmüşdür. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası 4000 manata aid hissədə sübut olunduğundan təmin edilməlidir. İddianın qalan hissəsi sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Həmçinin 500 manat zərər sübuta yetirilmədiyinə görə iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında notarial qaydada təsdiq olunmuş müqavilə olmasa da, sadə yazılı formada qəbz mövcuddur. Məhkəmə həmin qəbzi sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 4000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı şəhid ailəsi statusuna malik olduğundan dövlət rüsumundan azad edilir. Ona görə də Cavabdeh 60 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4000 manat borc pul alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 60 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-628/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-628/2023
15.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver