Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-63/2023 25.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh2firmasının nümayəndəsi Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh2firmasına qarşı «dəmir borunun sökülməsi, qanunsuz müdaxiləyə son qoyulması və əldən çıxmış fayda» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «dəmir borunun sökülməsi, qanunsuz müdaxiləyə son qoyulması və əldən çıxmış fayda» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona məxsus Tovuz şəhəri Mərkəzi bazarında yerləşən mağazanın qarşısına quraşdırılmış dəmir borunun onun hesabına sökülməsinə mağazanın işlətməyinə göstərdiyi qanunsuz müdaxilələrinə son qoyulması və əldən çıxmış fayda olaraq cavabdehdən 6000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Tovuz şəhəri Mərkəzi Bazarında ona məxsus 0.0019 ha (19 kv.m) torpaq sahəsi və həmin torpaq sahəsində 6 kv.m dəmir konstruksiyalı mağazası var. Bu barədə çıxarışıda var. O, mağaza işlətməklə ailəsini dolandırır. Ailələrində heç kim işləmir. Lakin cavabdehin onu həmin torpaq sahəsindən qanunsuz olaraq çıxartmaq istəyir. Mağazanı işlətməyə imkan vermir. Cavabdeh qəsdən dəfələrlə mağazasının qarşısına mişar daşları və tulantı tikinti materialları tökür. O, da hər dəfə tulantıları təmizləyib mağazasını işlətməyə çalışmışdır. Lakin cavabdeh həmin əməllərdən əl çəkməmiş və sonuncu dəfə mağazanın qarşısına dəmir turba ilə bağlamışdır. Artıq bir ildir ki, o, mağazanı işlədə bilmir. O, mağazanı işlədən vaxt hər ay ona orta hesabla 500 manat gəlir əldə edirdi. Cavabdeh bir ildir ki, onu mağazanın qazancından məhrum etmişdir. İddiaçının ərizəsi ilə əsl olmayan cavabdeh əsl Cavabdeh2firması ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla aktiv vergi ödəyicisidir. Mübahisə isə onun Cavabdeh2firmasının balansında olan torpaq sahəsində yerləşən mağazada sahibkarlıq fəaliyyətin həyata keçirilməsinə olan maneələr ilə bağlıdır. İş materiallarında olan “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyətinin subyektidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarının 12 və 13-cü bəndlərində qeyd olunmuşdur ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd edilən Məcəllənin 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən Məcəllənin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, İddiaçı Cavabdeh2firmasına qarşı «dəmir borunun sökülməsi, qanunsuz müdaxiləyə son qoyulması və əldən çıxmış fayda» tələbinə dair iddiası üzrə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə görə isə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda qeyd edilən Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Qeyd edilən Məcəllənin 32.7-ci maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24,26,32, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh2firmasına qarşı «dəmir borunun sökülməsi, qanunsuz müdaxiləyə son qoyulması və əldən çıxmış fayda» tələbinə dair iddiası üzrə iş bu qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər qərardad onlara rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-63/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-63/2023
25.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver