Məhkəmə qərarları › İş №2(062)-638/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-638/2024

21.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-638/2024 21.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Cavabdeh Vidadi oğlunun iştirakı ilə, İddiaçı Akif qızının Cavabdeh Vidadi oğluna qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Akif qızı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Vidadi oğlundan tutulan alimentin məbləğinin artırılması və hər ay hər uşağa görə 220 manat olmaqla, 660 manat məbləğində alimentin alınıb himayəsində olan 06 avqust 2013-cü ildə anadan olmuş Nəzrinin, 08 dekabr 2013-cü ildə anadan olmuş Nihatın və 31 iyul 2017-ci ildə anadan olmuş Nərimanın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Akif qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(062)-1853/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh Vidadi oğlu ilə aralarında Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 31 oktyabr 2011-ci il tarixdə 758 sayla qeydə alınmış nikah qeydi pozulmuş, birgə nikahlarından 06 avqust 2013-cü ildə anadan olmuş Nəzrin, 08 dekabr 2013-cü ildə anadan olmuş Nihat və 31 iyul 2017-ci ildə anadan olmuş Nəriman adlı uşaqlar onun himayəsində saxlanılmış və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X1 hər ay hər uşağa 50 manat məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Hazırda caavabdeh Cavabdeh Vidadi oğluna məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment üç nəfər uşağın saxlanması üçün kifayət etmir. Belə ki, uşağın hazırda xərcləri xeyli artmış və onun maddi vəziyyəti aşağı olduğuna görə uşağının ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Ona görə də, Cavabdeh Vidadi oğlundan tutulan alimentin məbləğinin artırılması və hər ay hər uşağa görə 220 manat olaraq cəmi, 660 manat məbləğində alimentin alınıb himayəsində olan 06 avqust 2013-cü ildə anadan olmuş Nəzrinin, 08 dekabr 2013-cü ildə anadan olmuş Nihatın və 31 iyul 2017-ci ildə anadan olmuş Nərimanın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Vidadi oğlu iddia tələbini qismən qəbul edərək bildirdi ki, o "xxxx"MMC-də mühafizəçi vəzifəsində işləyir və aylıq maaşı cəmi 350 manat təşkil etsə də, cəmi 320 manat əmək haqqı qalır. O beş günlük iş həftəsi ərzində hər gün səhər saat 09:00-dan axşam saat 18:00-a qədər işdə olur. Onun əsas iş yerindən başqa heç bir əlavə iş yeri yoxdur və heç bir əlavə də gəlir mənbəyi toxdur. Ay ərzində 320 manat maaşla çətinliklə dolanır, həmin puldan digər problemləri üçün də sərf olunur. Himayəsində xəstə anası, yaşlı atası vardır. Atası çəkməçidir, anası isə işləmir. Hesab edir ki,320 manatdan 200 manat uşaqlara qalan 120 manat isə ona xərclənir. Hər uşağa yalnız 70 manat ödəyə bilər.Qalan 110 manatı isə qismən də olsa öz problemlərinin həllinə yönəldə bilər. Ona görə də, İddiaçı Akif qızının iddiasını qismən təmin edərək hər uşağa hər uşaq üçün aliment məbləğinin 20 manat məbləğində artırılmasına etiraz etmiri İddiaçı Akif qızına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ərizə göndərək qeyd etmişdir ki, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmir. Ona görə də iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını qanunamüvafiq hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(062)-1853/2022 saylı qətnaməsi ilə Cavabdeh Vidadi oğlu ilə iddiaçı arasında Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 31 oktyabr 2011-ci il tarixdə 758 sayla qeydə alınmış nikah qeydi pozulmuş, birgə nikahlarından 06 avqust 2013-cü ildə anadan olmuş Nəzrin, 08 dekabr 2013-cü ildə anadan olmuş Nihat və 31 iyul 2017-ci ildə anadan olmuş Nəriman adlı uşaqlar onun himayəsində saxlanılmış və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Vidadi oğlundan hər ay hər uşağa 50 manat məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir İş materiaalranda olan arayışdan görünür ki, X2 "xxxx"MMC-də mühafizəçi vəzifəsində işləyir və aylıq maaşı cəmi 350 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin Tovuz Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(062)-1853/2022 saylı qətnaməsi ilə Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 31 oktyabr 2011-ci il tarixdə 758 sayla qeydə alınmış nikah qeydi pozulmuş, birgə nikahlarından 06 avqust 2013-cü ildə anadan olmuş Nəzrin, 08 dekabr 2013-cü ildə anadan olmuş Nihat və 31 iyul 2017-ci ildə anadan olmuş Nəriman adlı uşaqlar ananın himayəsində saxlanılmış və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Vidadi oğlundan hər ay hər uşağa 50 manat məbləğində aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir.Hazırda iddiaçı tutulan alimentin miqdarının az olduğu üçün uşağın ehtiyaclarını təmin edə bilmir, ona görə də alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə uyğun olaraq, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, tərəflərin birgə nikahlarından 06 sentyabr 2022-ci il tarixdən başlayaraq 06 avqust 2013-cü ildə anadan olmuş Nəzrinin, 08 dekabr 2013-cü ildə anadan olmuş Nihatın və 31 iyul 2017-ci ildə anadan olmuş Nərimanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh Vidadi oğlundan tutulan alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə alır. Məhkəmə, iş materiallarını araşdırıb sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(062)-1853/2022 saylı qətnaməsi ilə X1 tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh Vidadi oğlundan 06 avqust 2013-cü ildə anadan olmuş Nəzrinin, 08 dekabr 2013-cü ildə anadan olmuş Nihatın və 31 iyul 2017-ci ildə anadan olmuş Nərimanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində aliment İddiaçı Akif qızının xeyrinə tutulmalıdır. Məhkəmə alimentin məbləğinin hər uşaq üçün 20 manat artırılmasına dair cavabdehin etirazının dəlillərinə münasibətdə onu qeyd edir ki, həmin məbləğdə alimentin artırılması uşaqların maraqlarına uyğun deyildir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunun ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutlaraq dövlət gəlirinə alınır. MPM-in 112.1.6-cı maddəsinə görə iddianın qiyməti belə müəyyən olunur: aliment məbləğində, lakin bir ildən artıq olmamaq şərtilə. İddiaçı hər ay 220 manat sabit pul məbləğində aliment tələb etmiş, məhkəmə iddianı qismən təmin etməklə alimentin miqdarını hər bir uşaq üçün 180 manat müəyyən etmişdir. Yəni, alimentin artırılmış hissəsi 390 manat olmuşdur ki, bu halda alimentin artırılmış hissəsinin illik məcmusu 4680 manat təşkil edir. Bu hesabla bir il ərzində ödəmə məbləğinin məcmusu 1.000 manatadəkdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə iddianın qiyməti 1.000 manatadək 66,80 manat dövlət rüsumu ödənilməlidir. Ona görə də Cavabdeh Vidadi oğlundan 66,80 manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(062)-1853/2022 saylı qətnaməsi ilə X1 tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh Vidadi oğlundan 06 avqust 2013-cü ildə anadan olmuş Nəzrinin, 08 dekabr 2013-cü ildə anadan olmuş Nihatın və 31 iyul 2017-ci ildə anadan olmuş Nərimanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 180(yüz səksən) manat omaqla cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı Akif qızının xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddianın qalan hissəsi təmin olunmasın. Cavabdeh Vidadi oğlundan 66 (altmış altı) 80 (səksən) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar