Məhkəmə qərarları › İş №2(062)-646/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-646/2023

03.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-646/2023 03.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nzaim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ”pul” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ”pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun və dövlət rüsumu hesabına ödənilmiş 50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2022-ci ilin fevral ayında onun oğlu ilə birgə evlərinə gəlmişdir. O, onun oğlunun avtomaşınını təmir etdirdi. O, sonradan atasının ağır xəstə olduğunu, təcili əməliyyat olacağını, lakin maddi cəhətdən buna imkanlarının olmadığını bildirmişdir. O, oğlu ilə birgə atasının evində yaşayır. İllərdir əziyyət çəkib öz zəhmətləri ilə işləyib pul yığmışdır. Pulu qaytarana kimi idarə etdiyi avtomaşının sənədini və şəxsiyyət vəsiqəsini onlarda qoyub getmişdir. Pulu qaytaran vaxt sənədlərini götürəcəyini bildirmişdir. Lakin pulu geri qaytarmamışdır. Aradan xeyli vaxt keçsə də cavabdeh borcunu könüllü olaraq ödəmir. Ona görə də, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odsur ki, cavabdehdən 3000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.Əlavə olaraq izahatında göstərdi ki, Cavid götürdüyü pulun 600 manatını bacısı Gülnarəyə qaytarmışdır. Cavabdeh məhkəmənin əvvəlki iclasında iştirak etmiş və ərizə verərək bildirmişdir ki, o, şəxsiyyətini təsdiq edən sənədi və avtomobilin sənədlərini iddiaçıya təqdim edərək Zərqələmdən və Gülnarə xanımdan 2021-ci ildə 850 manat sələmə pul götürmüşdür. O götürdüyü pulu 15 faizlə ödəmişdir. 3 ay sonra 1000 manat da pul götürmüş və qəbz yazmışdır ki, 1850 manatı faizi ilə birlikdə 3 ay ərzində ödəyəcəyəcək, sonra işi ilə əlaqədar ödəyə bilməmişdir. Faizini 2022-ci ilin axırına kimi 15%-lə ödəmiş, sonra demişdir ki, Gülnarə xanım 1850 manatı, 100 -200 manat həcmində ödəsin, lakin o etiraz etmişdir. O götürdüyü puldan indiyə qədər, daha doğrusu 2022-ci ilə kimi 2400 manat faiz ödəmişdir. Ona görə də iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləriun izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Cavid iddiaçının bacısına 600 manat pul qaytarmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, mübahisə 2400 manat pulun verilməsi və qaytarılmaması ilə bağlıdır. Məhkəmə iclasında müəyyən edildi ki, həqiqətən də tərəflər arasında borc münasibətləri yaranmışdır. Cavabdeh 2400 manat pulun qaytarılmasını qeyd etsə də o bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə həm də onun izahatını səmimi qəbul etmir. Belə ki, hələ də cavabdehə məxsus şəxsiyyət vəsiqəsinin iddiaçıda qalması onu deməyə əsas verir ki, tərəflər arasındakı öhdəliyə hələ xitam verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2400 manat məbləğində pul və dövlət rüsumu hesabına ödənilmiş 50 manat Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2400 manat məbləğində pul və dövlət rüsumu hesabına ödənilmiş 50 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar