Məhkəmə qərarları › İş №2(062)-648/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-648/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-648/2023 10.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1351 manat əsas, 471.26 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 33,21 manat faiz borcu (5%) olmaqla, cəmi 1855,48 manat kredit borcunun və ödənilmiş 35,56 manat dövlət rüsumunun, 0,4 manat xidmət haqqının tuutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC –nin Nizami filialı ilə X4 arasında xx.xx.2020-ci il tarixli BPM**********37 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən sonuncuya 26 ay müddətində illik 20% dərəcəsi ilə 2000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 2 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 509 saylı cavab məktubundan görünür ki, X1 miras qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X2 vəfat etdiyi tarixə Banka ödənilməmiş 1351 manat əsas, 471.26 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 33,21 manat faiz borcu (5%) olmaqla, cəmi 1855,48 borcu qalmışdır. Cavabdeh mərhum X1 mirası qəbul etməsinə baxmayaraq ona çatası miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X5 məhkəməyə ərizə göndərərk, onun iştirakı olmadan işə baxılaraq iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli BPM**********37 nömrəli kredit müqaviləsindən görünür ki, X3 illik 26 ay müddətində illik 20% dərəcəsi ilə 2000 manat kredit verilmişdir. İşə əlavə olunmuş, 2 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 509 saylı cavab məktubundan görünür ki, X1 miras qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Maliyyə arayışına əsasən X2 Banka ödənilməmiş 1351 manat əsas, 471.26 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 33,21 manat faiz borcu (5%) olmaqla, cəmi 1855,48 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, X4 iddiaçı "xxxx"-dən yuxarıda qeyd olunan müqaviləyə əsasən kredit götürmüş, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh mərhum X3 məxsus miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Nəticədə maliyyə və ödəniş cədvəlinə əsasən müvafiq olaraq 1351 manat əsas, 471.29 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 33,21 manat faiz borcu (5%) olmaqla, cəmi 1855,48 borcu qalmışdır. Xəbərdarlıqdan görünür ki, "xxxx"ASC pretenziya qaydasına riayət edərək, cavabdehə borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 35,56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1351 manat əsas, 471.26 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 33,21 manat faiz borcu (5%) olmaqla, cəmi 1855,48 manat kredit borcu, ödənilmiş 35,56 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1351 manat əsas, 471.26 manat faiz borcu, gecikdirilmiş vaxt üçün 33,21 manat faiz borcu (5%) olmaqla, cəmi 1855,48 kredit borcu, ödənilmiş 35,56 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar