Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-659/2023 17.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı ölümün qeydə alınması faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Tovuz şəhərində 17 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək mərhum qızı X1 22 iyul 2013-cü ildə Tovuz rayonu Mülkülü kəndində ölməsinin qeydə alınması faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəsini müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, X3 ilə 30 sentyabr 2010-cu ildə evlənib ailə həyatı qurmuşlar. Birgə nikahlarından 26 oktyabr 2010-cu ildə Zəhra, 05 noyabr 2013-cü ildə Aylin və 09 noyabr 2016-cı ildə Aişə adlı uşaqları anadan olmuşdur. Zəhra adlı uşaq 22 iyul 2013-cü ildə vəfat etmişdir. Uşaq sonradan xəstə olmuş, serebrial iflic olmuşdur. Mülkülü kənd qəbirstanlığında dəfn olunmuşdur. Zəhra adlı uşaq vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda onun ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Odur ki, X1 22 iyul 2013-cü ildə Tovuz rayonu Mülkülü kəndində ölməsinin qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 verdiyi ifadəsində göstərdi ki, İddiaçı onun qohumudur. Onun qızı 2010-cu ildə anadan olmuşdur, uşaq xəstə olmuşdur. Çox yaşamamışdır. 2013-cü ilin iyulunda ölmüşdür. Yasda onlar da iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, İddiaçı onun qonşusudur. Onun qızı 2010-cu ildə anadan olmuşdur, uşaq xəstə olmuşdur. Çox yaşamamışdır. 2013-cü ilin iyulunda ölmüşdür. Yasda onlar da iştirak etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş imtina məktubundan görünür ki, X1 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş Tovuz rayon İHB-nin Mülkülü kənd İƏD üzrə nümayəndəliyinin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, X5 22 iyul 2013-cü ildə Tovuz rayonu Mülkülü kəndində ölmüş və kənd qəbirstanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, X3 ilə İddiaçı evlənib ailə həytaı qurmuşlar. Onların birgə yaşayışlarından 26 oktyabr 2010-cu ildə Zəhra, 05 noyabr 2013-cü ildə Aylin və 09 noyabr 2016-cı ildə Aişə adlı uşaqları anadan olmuşdur. Zəhra adlı uşaq 22 iyul 2013-cü ildə vəfat etmişdir. Uşaq xəstə olmuş, serebrial iflic olmuşdur. Mülkülü kənd qəbirstanlığında dəfn olunmuşdur. Zəhra adlı uşaq vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda ərizəçi qızının ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Belə ki, X1 ölümünün qeydə alınması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin qızının ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə ölməsinin qeydə alınması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 22 iyul 2013-cü ildə Tovuz rayonu Mülkülü kəndində ölməsinin qeydə alınması faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-659/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-659/2023
17.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver