Məhkəmə qərarları › İş №2(062)-66/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-66/2023

25.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-66/2023 25.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «anti-sanitar vəziyyətin aradan qaldırılması və qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «anti-sanitar vəziyyətin aradan qaldırılması və qanunsuz müdaxiləyə son qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh həyətində olan kanalizasiya quyusunun onun vəsaiti hesabına ləğv edilərək, anti-sanitar vəziyyətin aradan qaldırılmasına və onun ona və onun əmlakına olan qanunsuz müdaxiləsinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onun torpaq sahəsində ona məxsus fərdi yaşayış evi mövcuddur. Həyat yoldaşı Xankişi Məmmədov vəfat etmiş, ona görə də o, evdə tək- tənha yaşayır. Cavabdeh onun tək yaşamasından istifadə edərək onu mütəmadi olaraq narahat edir. Cavabdehin həyətində olan kanalizasiya quyusu onun həyətinə bitişikdir. Həmin kanalizasiya quyusu dolmuş və onun həyətinə axır. Bu barədə dəfələrlə cavabdehə bildirsə də o, buna əhəmiyyət vermir. Bununla bağlı bütün aidiyyəti orqanlara müraciət etmişdir. Cavabdehi nə kənd icra nümayəndəliyi, nə də bələdiyyə bu inadından döndərə bilmir. Tovuz Rayon Polis Şöbəsinə etdiyi müraciətə cavab olaraq bildirir ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Rayon Gigyena və Epidemioloğiya Mərkəzinin 10 may 2022-ci il tarixli məktubundan da görünür ki, qeyd olunan anti-sanitar şəraitə səbəb olan kanalizasiya quyusu ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi Cavabdeh məhkəmə iclasında iştirak etdi və izahatında bildirdi ki, kənd yerlərinin əksər hissələrində kanalizasiya quyuları o formada inşa edilir. Buna baxmayaraq maddi imkasnı yaxşılaşan kimi yeni sanitar qovşaq inşa ediləcəkdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiçş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən 0.1462 ha və 0.2183 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli ekspert rəyindən görünür ki, torpağa mülkiyyət hüququna dair Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,1462 ha torpaq sahəsinə bitişik olan Cavabdeh həyətində yerləşən kanalzasiya quyusu cavabdehin öz sərhədləri hüquqlarında inşa edilib edilməməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerqurluşu Layihə-Təhqiqat Mərkəzi MMC tərəfindən mütəxəssis rəyi ekspertiza tədqiqatına təqdim olunmadığından qərardadın birinci sualı üzrə tədqiqat aparılmamıdır. Tədqiq olunan tikilələrə baxış keçirilən zaman iddiaçıya məxsus tikili cavabdehə məxsus tikili ilə 6,50 m ara məsafəsi olduğu, ayrıayrı istiqamətlərdə yerləşdiyi və eləcədə mübahisəli tikilidə su və kanalzasiya xətlərinin olmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, iddiaçıya məxsus tikilinin bir hissəsi torpaq səviyyəsindən aşağı səviyyədə inşa olunduğundan tikilinin daxilində yaranmış fəsadlar torpaqda əmələ gələn nəmişlik nəticəsində yaranmasına xarakterikdir. Cavabdehə məxusu mübahisəli tikilidə su və kanalzasiya xətlərinin olmadığını nəzərə alaraq iddiaçıya məxsus torpaq sahəsinə kanalzasiya suyunun axıdılmasının mümkün olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırılması zamanı cavabdehə məxsus torpaq sahəsinə iddiaçı tərəfindən hər hansı müdaxilənin olmadığı müəyyən edilmişdir. Ona görə də iddia həmin hissədə rədd edilməlidir. Buna baxmayaraq məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, kanalizasiya quyusu yenilənməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 10 may 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya məxsus həyətdə inşa edilmiş kanalizasiya quyusu dolduğundan Zəminənin həyətinə daşır. Odur ki, məhkəmə hesab edir ki, həmin quyu boşaldılaraq yenilənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, məhkəmə xərcləri dövlət rüsumundan və ekspertiza tədqiqatının dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 50 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan, 50 manatı isə cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh yaşadığı evin İddiaçı ilə sərhədində inşa edilmiş kanalizasiya quyusu Cavabdeh hesabına boşaldılaraq yenilənsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 50 manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar