Məhkəmə qərarları › İş №2(062)-661/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-661/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-661/2023 03.03.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 21 sentyabr 2018-ci il tarixli, RSK5646403 nömrəli müqavilə üzrə 252 manat əsas, 75 manat dəbbə pulu və 20 aprel 2020-ci il tarixli, RSK5799390 nömrəli müqavilə üzrə 737 manat əsas, 221 manat dəbbə pulu və 33 manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 sentyabr 2018-ci il və 20 aprel 2020-ci il tarixlərində Cavabdeh ilə aralarında RSK5646403 nömrəli və RSK5799390 nömrəli hissəhissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən RSK5646403 nömrəli müqavilə üzrə 1562 manat dəyəri olan 1 ədəd “LG” markalı televizoru Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərimə götürmüşdür. RSK5799390 nömrəli müqavilə üzrə 814 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A51” markalı telefonu Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı RSK5646403 nömrəli müqavilə üzrə 50 manat ilkin ödəniş olmaqla, qalan 1512 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 63 manat olmaqla, hər ayın 20-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı RSK5799390 nömrəli müqavilə üzrə 10 manat ilkin ödəniş olmaqla, qalan 804 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 67 manat olmaqla, hər ayın 19-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun RSK5646403 nömrəli müqavilə üzrə 252 manat əsas, 75 manat dəbbə pulu olmaqla, 327 manat və RSK5799390 nömrəli müqavilə üzrə 737 manat əsas, 221 manat dəbbə pulu olmaqla, 958 manat borcu yaranmışdır. Alıcı tərəfindən RSK5646403 nömrəli, 21 sentyabr 2018-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 63 manat ödəniş və RSK5799390 nömrəli, 20 aprel 2020-ci il müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 67 manat ödəniş edilmişdir. Dəfələrlə yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - müqavilələrin surətindən görünür ki, Cavabdeh RSK5646403 nömrəli müqavilə üzrə 1562 manat dəyəri olan 1 ədəd “LG” markalı televizor və RSK5799390 nömrəli müqavilə üzrə 814 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A51” markalı telefon almışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh borcu ümumilikdə 1318 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 21 sentyabr 2018-ci il tarixli, RSK5646403 nömrəli və 20 aprel 2020-ci il tarixli, RSK5799390 nömrəli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 33 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 21 sentyabr 2018-ci il tarixli, RSK5646403 nömrəli müqavilə üzrə 252 manat əsas, 75 manat dəbbə pulu və 20 aprel 2020-ci il tarixli, RSK5799390 nömrəli müqavilə üzrə 737 manat əsas, 221 manat dəbbə, cəmi 1285 manat məbləğində borc və 33 (otuz üç) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar