Məhkəmə qərarları › İş №2(062)-697/2023

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-697/2023

03.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-697/2023 03.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi X1rşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı MMC-nin nümayəndəsi cavabdeh Azərbaycan Qida Təhlükəsizliyi X1rşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida X2 regional bölməsi tərəfindən barələrində tərtib olunmuş 4000 manat məbləğində cərimənin ləğv edilməsi vəzifəsinin həmin idarəyə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə ilk növbədə diqqətə çatdırır ki, hazırda iddia ərizəsi verilən zaman məhkəmə aidiyyəti qaydalarına riayət edilməmişdir. Belə ki, iddianın dəlillərindən görünür ki, silinməsi tələb olunan cərimə cavabdeh orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə müvafiq olaraq tətbiq edilmişdir. Bu halda iddiaçı inzibati xəta haqqında qərardan şikayət vermək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina əsasları qeyd olunmuşdur. Qeyd olunan Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.4-cü maddəsində göstərilmişdir ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə müvafiq olaraq İddiaçı MMC İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq barəsində cərimə inzibati tənbehi tətbiq edilməsinə dair inzibati xəta haqqında qərardan məhkəməyə şikayət verə bilər. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 151, 153, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyi X1rşı “cərimənin ləğv edilməsi” tələbinə dair dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı MMC-yə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq barəsində cərimə inzibati tənbehi tətbiq edilməsinə dair inzibati xəta haqqında qərardan məhkəməyə şikayət vermək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar