Məhkəmə qərarları › İş №2(062)-703/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-703/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-703/2023 10.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvi və borcun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğvi və borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 5489,76 (beş min dörd yüz səksən doqquz manat 76 qəpik) manat,-bundan 5343,74 (beş min üç yüz qırx üç manat 74 qəpik) manat əsas, 146.02 (yüz qırx altı 02 qəpik) manat faiz və iş üzrə ödənilmiş 74.90(yetmiş dörd manat 90 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçıASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC–nin Gənclik filialı ilə Cavabdeh arasında bağlanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həll ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq 26 avqust 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)260819-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinnə, illik 1 faiz dərəcəsi ilə 5352.16 (beş min üç yüz əlli iki manat 16 qəpik) manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərinin yerinə yetirmədikdə və kreditin bütün məbləğinin kreditdən ödənilməsi öhdəliklərinin yerinə yetirmədikdə və kreditin bütün məbləğinin kreditdən istifadəyə görə faizləri və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022 tarixli **********004 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir göstərməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsədə cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bocun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl yəni Bankın fəaliyyət göstərdiyi dövrə təssdüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 5489,76 (beş min dörd yüz səksən doqquz manat 76 qəpik) manat,-bundan 5343,74 (beş min üç yüz qırx üç manat 74 qəpik) manat əsas, 146.02 (yüz qırx altı 02 qəpik) manat faiz borcu təşkil edir. Beləliklə cavabdehə dəfələrlə xəbardarlıq edilsədə kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2020-ci il tarixində 5 (beş) manat məbləğində ödəniş etmişdir. İddiaçının etibarnamə üzrə nümayədəsi X2 məhkəmə iclasında iştirak etdi və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etdi və izahatında gostərdi ki, iddia tələbini qəbul edir. Maddi vəziyyətinə görə kredit borcunu ödəyə bilməmişdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş kredit müqaviləsnindən görünür ki, İddiaçı ASC–nin Gənclik filialı ilə Cavabdeh arasında bağlanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həll ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq 26 avqust 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)260819-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinnə, illik 1 faiz dərəcəsi ilə 5352.16 (beş min üç yüz əlli iki manat 16 qəpik) manat məbləğində kredit vermişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə 5489,76 (beş min dörd yüz səksən doqquz manat 76 qəpik) manat,-bundan 5343,74 (beş min üç yüz qırx üç manat 74 qəpik) manat əsas, 146.02 (yüz qırx altı 02 qəpik) manat faiz borcu mövcud olması qeyd edilmişdir. Cavabdeh kredit müqavilələrin şərtlərinə əsasən müvafiq qaydada ödəniş etməli idi. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh İddiaçı ASC-dən yuxarıda qeyd olunan müqaviləyə əsasən kredit götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, nəticədə xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müvafiq olaraq 5489,76 (beş min dörd yüz səksən doqquz manat 76 qəpik) manat,bundan 5343,74 (beş min üç yüz qırx üç manat 74 qəpik) manat əsas, 146.02 (yüz qırx altı 02 qəpik) manat faiz bocu qalmışdır. Xəbərdarlıqdan görünür ki, LPO İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlərə borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Mülki Məcəllənin 423.2-ci maddəsinə uyğun olaraq, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi ləğv edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 74.90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 5489,76 (beş min dörd yüz səksən doqquz manat 76 qəpik) manat,-bundan 5343,74 (beş min üç yüz qırx üç manat 74 qəpik) manat əsas, 146.02 (yüz qırx altı 02 qəpik) manat faiz və iş üzrə ödənilmiş 74.90(yetmiş dörd manat 90 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçıASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)260819-01 nömrəli kredit müqaviləsi ləğv edilsin. 5489,76 (beş min dörd yüz səksən doqquz manat 76 qəpik) manat, bundan 5343,74 (beş min üç yüz qırx üç manat 74 qəpik) manat əsas, 146.02 (yüz qırx altı 02 qəpik) manat faiz və iş üzrə ödənilmiş 74.90 (yetmiş dörd manat 90 qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçıASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar