Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-726/2023 01.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi ilə İddiaçı Turan Bank ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilə üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Turan Bank ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilə üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASCnin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli İK 081-İST/2021 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 1128.63 manat əsas, 73,02 manat faiz və 257,20 manat cərimə borcu olmaqla cəmi 1458.85 manat məbləğində borcun və ödənilmiş 34.59 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, işə onların iştirakları olmadan baxılmasına dair vəsatət verməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Turan Bank ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilə üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-726/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-726/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver