Məhkəmə qərarları › İş №2(062)-74/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-74/2024

21.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-74/2024 21.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi ilə, İddiaçı cavabdeh “Nərgiz”Körpələr evi uşaq bağçasına qarşı “yolun açılması və qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 tərəfindən zəbt edilmiş torpağın mülkiyyətə verilməsinə dair (2N-084f saylı şəhadətnamədə göstərilən, ona və ailə üzvlərinə məxsus Tovuz rayonu Əyyublu kəndi ərazisində yerləşən 0,17 ha həyaryanı torpaq sahəsinə gedən və Cavabdeh1 balansında olan yolun cavabdehin hesabına açılması və cavabdehin həmin yola qanunsuz müdaxiləsinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-cü maddəsini rəhbər turaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Nərgiz”Körpələr evi uşaq bağçasına qarşı “yolun açılması və qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar