Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-74/2025 17.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Nümayəndə2, Cavabdeh X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin cavabdeh X2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi cavabdeh X2 qarşı məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 122, 59/60 nömrəli mənzilin eyvanında quraşdırılmış “cam balkonu”nun şüşəsinin sınaraq avtomobilin üzərinə düşməsi nəticəsində qeyd olunan nəqliyyat vasitəsinə dəymiş ziyan nəticəsində yaranan 3535 manat borcun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus 10-PS- 676 dövlət qeydiyyat nişanlı “Honda Accord” markalı avtomobil nəqliyyatı vasitəsinin üzərinə xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 122, 59/60 nömrəli mənzilin eyvanında quraşdırılmış “cam balkonu”nun şüşəsinin sınaraq düşməsi nəticəsində qeyd olunan avtomobil nəqliyyatı vasitəsinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 3-13-53-3/2-Ə-12747/2023 nömrəli arayışda avtomobil nəqliyyatı vasitəsinə maddi ziyan dəyməsi faktı öz əksini tapmışdır. Avtomobil nəqliyyatı vasitəsinə qəza nəticəsində dəymiş zərərin həcminin müəyyən edilməsi üçün "xxxx" MMC-də aparılmış qiymətləndirmə aktına əsasən, dəymiş zərərin həcmi 3.535 manat təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 122, 59/60 nömrəli mənzilin eyvanında quraşdınlmış “cam balkonu”nun şüşəsinin sınaraq avtomobilin üzərinə düşməsi ilə qeyd olunan avtomobil nəqliyyatı vasitəsinə dəymiş ziyan nəticəsində yaranan 3.535 manat borcun könüllü olaraq ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 3-27/2-11044/2023 nömrəli pretenziya məktubu cavabdeh X2 göndərilmiş, lakın cavabdeh tərəfindən bu günə kimi ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirməsinə dair ərizə ünvanlamişdır. Ərizə onnunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Nazirliyə məxsus olan **-PS-*** dövlət qeydiyyat nişanlı “Honda Accord” markalı avtomobil nəqliyyatı vasitəsinin üzərinə xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 122, 59/60 nömrəli mənzilin eyvanında quraşdırılmış “cam balkonu”nun şüşəsinin sınaraq düşməsi nəticəsində qeyd olunan avtomobil nəqliyyatı vasitəsinə maddi ziyanın dəyməsi ilə əlaqədar dəymiş zərərin mülkiyyətçidən tələb edilməsi barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş, sonradan aidiyyət qaydasında iş Tovuz Rayon Məhkəməsinin icraatına verilmişdir. Həmin iddia ərizəsində Nazirlik qiymətləndirici şirkət olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılan qiymətləndirməyə uyğun olaraq 3535 manat məbləğində ödənişin cavabdehdən tələb olunmasını xahiş etmişdir. Bildiririk ki, Nazirliyə məxsus olan **-PS-*** dövlət qeydiyyat nişanlı “Honda Accord” markalı avtomobil nəqliyyatı vasitəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmir edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli F00032033 nömrəli invoys, 150858 nömrəli servis kartı, xx.xx.2023-cü il tarixli EBDV seriyalı 363827 nömrəli “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı, xx.xx.2023-cü il tarixli qüsur xx.xx.2023-cü il tarixli 0000-P03453 nömrəli “A” formatlı ödəniş tapşırığı əsasında sonuncuya 3,794.55 manat əsas məbləğ və 683.03 manat ƏDV olmaqla ümumilikdə 4,477.58 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunan xərclər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2023cü il tarixli İM000135 tarixli müqavilə əsasında Nazirliyin tabeli qurumu olan Dövlət Radiotezliklər İdarəsinin sərbəst mənfəəti hesabına qarşılanmışdır. Qeyd edilənləri nəzərə alaraq, dəymiş zərərin qarşılığı olaraq ödənilmiş 3,794.55 manat əsas məbləğ və 683.03 manat ƏDV olmaqla ümumilikdə 4,477.58 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ödənilməsi, iddia ərizəsində tələbin bu istiqamətdə dəyişdirilməsini nəzərə alınmasını xahiş edirik. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, Yasamal rayon Polis İdarəsinin 28-ci Polis şöbəsinin arayışının surətindən görünür ki, verilir ünvan 1 ünvanında yaşayan vətəndaş X3 ondan ötrü ki, 12 noyabr 2023-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinin 28-cı polis şöbəsinə müraciət edərək bildırmişdir ki, 10 noyabr 2023-cü il tarixdə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 122 Ünvanın həyətində saxladığı idarə etdiyi “Honda ACCORD” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həmin binanın 59/60 mənzilində yaşayan X1 mənzilinin eyvanında quraşdırılmış “cam balkonun”un şüşəsinin külək əsməsi nəticəsində sınaraq avtomobilin üzərinə düşərək avtomobilə maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktının surətindən görünür ki, aparılmış qiymətləndirməyə əsasən **-PS-*** dövlət qeydiyyat nişanlı “Honda Accord” markalı avtomobilə dəymiş zərərin həcmi 3.535 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş İdeal Motors MMC-nin xx.xx.2023-cü il tarixli F00032033 nömrəli invoys, 150858 nömrəli servis kartı, xx.xx.2023-cü il tarixli EBDV seriyalı 363827 nömrəli “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı, xx.xx.2023-cü il tarixli qüsur xx.xx.2023-cü il tarixli 0000-P03453 nömrəli “A” formatlı ödəniş tapşırığı əsasında sonuncuya 3,794.55 manat əsas məbləğ və 683.03 manat ƏDV olmaqla ümumilikdə 4,477.58 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1). Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (1097.3). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Hazırkı iş üzrə iddiaçı xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 122, 59/60 nömrəli mənzilin eyvanında quraşdırılmış “cam balkonu”nun şüşəsinin sınaraq avtomobilin üzərinə düşməsi nəticəsində qeyd olunan nəqliyyat vasitəsinə dəymiş ziyan nəticəsində yaranan 3535 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı təşkilata məxsus avtomobilin üzərinə xx.xx.2023-cü il tarixdə cavabdeh X2 məxsus Bakı şəhəri Yasamal rayonu X6 küçəsi 122 nömrəli evin 59/60 nömrəli mənzilindən “cam balkon”un şüşəsinin sınaraq tökülməsi nəticəsində maddi zərər dəyməsi işin mübahisəsiz halıdır. Lakin bu hadisə cavabdehlərin hər hansı təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində deyil, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində müşahidə edilmiş şimal-qarb istiqamətli surəti 30 m/san olan təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə nəticəsində baş vermişdir. Hadisə zamanı pəncərənin çərçivəsi yerində qalmış, pəncərənin şüşəsi partlayaraq xırda qırıqlar şəklində binadan həyətə tökülmüşdür (fotoşəkillər əlavə edilib). İddiaçı hadisə baş verən günü təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə olan güclü küləyin əsməsindən məlumatlı olmuş və avtomobilini yüksək mərtəbəli binanın yanında saxlayarkən, binadan əsən güclü külək nəticəsində hər hansı bir əşyanın düşə biləcəyi ehtimalını görməli, daha tədbirli davranmaqla avtomobilini təhlükəsiz yerdə saxlamaqla, əmlakına dəymiş zərərin qarşısını almağa imkanı olduğu halda bunu etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının avtombilinə zərərin vurulması cavabdehlərin hər hansı təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində deyil, təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisə nəticəsində baş verdiyinə görə, iddia tələbi təmin edilə bilməz. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qətnaməsi ilə havnın həmin gün hansı qaydada müşahidə edilməsi müəyyən edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X4rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-74/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-74/2025
17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver