Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-759/2023 08.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı cavabdeh X1 Qazax-Tovuz Regional bölməsinin rəisinə qarşı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı “Nəsimi”firmasının prezidentinin köməkçisi qismində X1 Qazax-Tovuz Regional bölməsinin rəisinin hərəkətlərinin, qərarlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin məhkəmədə baxılmalı olmaması əsası ilə qəbulundan imtina edilməlidir. Belə ki, hazırki ərizə üzrə məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli qərarında qeyd etmişdir ki, “qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur”. İddia ərizəsinin mahiyyətindən görünür ki, İddiaçı qeyd edilən inzibati orqanın vəzifəli şəxsinin hərəkətlərindən şikayət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatının” İİİ bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi inzibati orqan kimi müəyyən edilmişdir. Hazırki mübahisə isə iddiaçının hakimiyyət səlahiyyətlərinin subyekti kimi ümumi (publik) hüquq sahəsinin ictimai idarəetməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, publik hüquqi münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər ümumi maraqlar naminə və dövlətin adından fəaliyyət göstərən bir tərəfin – publik orqanın hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – fərdin (fiziki və hüquqi şəxslərin) isə tabeçiliyinə əsaslanmaqla tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, publik orqanın tələbləri və şəxslərin vəzifələri müqavilədən deyil, qanundan irəli gəlir. Bundan fərqli olaraq, mülki hüquq münasibətləri tərəflərin bərabərliyi və onların iradələrinin sərbəstliyinə əsaslanan hüquq münasibətləridir. Bu münasibətləri tənzimləyən mülki hüquq normaları daha çox mahiyyətcə dispozitiv olan qaydalardır. Beləliklə, məhkəmə hesab edir ki, ərizənin məhkəmədə baxılmalı olmaması əsası ilə qəbulundan imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsində qeyd olunmuşdur ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsində göstərilmişdir ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmçinin məhkəmə Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə müvafiq olaraq iddiaçının diqqətinə çatdırır ki, hazırki ərizə ilə bağlı müvafiq inzibati məhkəməyə və ya tabelik qaydasında qeyd edilən inzibati orqandan yuxarı orqana müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 13.4, 153.2.1, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh X1 Qazax-Tovuz Regional bölməsinin rəisinə qarşı ərizəyə məhkəmədə baxılmalı olmaması əsası imtina edilsin. İddiaçıya bu iddia tələbi ilə müvafiq inzibati məhkəməyə və ya qeyd edilən inzibati orqandan yuxarı orqana müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-759/2023
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-759/2023
08.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver