Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-76/2024 19.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Zakir oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC- iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Zakir oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 müştərək qaydada 14683,0 manat əsas, 4733,83 manat əsas məbləğə hesablanmış faiz və 329.1 manat cərimə borcu olmaqla cəmi 19745,93 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 149.24 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh1 arasında 02129 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə təşkilat tərəfindən Cavabdeh1 illik 32 faiz olmaqla, 30 ay müddətinə 15000 manat məbləğində və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödənilməlidir. İstehlak kreditinin ayrılması üçün borclu və zaminlər gəlirlərini təsdiq edən müvafiq sənədləri təqdim etmişlər. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh2, Cavabdeh3 Zakir oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmiş zaminlik müqavilənin şərtlərinə görə Cavabdeh2, Cavabdeh3 Zakir oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və borclu Cavabdeh1 "xxxx" MMC-nın qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsiliyyət daşımağı öz öhdəsinə götürmüşdürlər. "xxxx" MMC-ti müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir. Amma borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və borcunu ödəməmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Zakir oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 müştərək qaydada 14683,0 manat əsas, 4733,83 manat əsas məbləğə hesablanmış faiz və 329.1 manat cərimə borcu olmaqla cəmi 19745,93 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 149.24 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini madafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Zakir oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 3.05.2022-ci il tarixli 02129 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Zakir oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 14 avqust 2023-cü il tarixə "xxxx" MMC olan borcu 19.407.19 manat məbləğində müəyyyən edilmiş. Ondan 14.683.00 əsas borc və 4,724.19 manat faiz borcu təşkil edir. Hüquq münasibətinin yarandığı zaman qüvvədə olan, yəni 01 oktyabr 2023-cü ilədək qüvvə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tərəfindən işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, aralarında bağlanmış müqaviləyə əsasən, borcverən kredit versə də, borcalan müqavilə öhdəliyini lazimi qaydada icra etməmiş, beləliklə icra edilməmiş borcu yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun borcalandan və müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməsinə görə kreditor qarşısında üzərlərinə məsuliyyət götürmüş zaminlərdən müştərək qaydada tutulmasını xahiş etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən, iddia təmin olunmalı, əsas, faiz və cərimə borcu müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Zakir oğlundan, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 müştərək qaydada 14.683.00 manat əsas, 4.724.19 manat faiz, 329.1 manat cərimə borcu olmaqla, cəmi 19736,29 manat borc və 149,21 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-76/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-76/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver