Məhkəmə qərarları › İş №2(062)-769/2023

Tovuz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(062)-769/2023

04.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-769/2023 04.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı Mansur oğlunun iştirakı ilə, İddiaçı Mansur oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mansur oğlu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1550 manat məbləğində pulun və ödənilmiş 36 manat dövlət rüsumunun cəmi 1586 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İddiaçı Mansur oğlu məhkəmə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə işə qiyabi icraat qaydasında baxılmasına dair qərardad qəbul etmişdir. İddiaçı Mansur oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə ondan bir baş bəslənmiş dananı 1550 manata razılaşaraq almışdır. Aralarında olan şifahi razılaşmaya əsasən aldığı gündən bir həftə ərzində o, ondan almış olduğu dananın dəyəri olan 1550 manatı ona verməli idi. Lakin o, pulu nə razılığa gəldiyi vaxtı, nə də hazırkı tarixə kimi vermir. O, dəfələrlə ona pulun verilməsi üçün müraciət etsə də o, hər dəfə pulu verəcəyinə vəd edir. Lakin sözünə əməl etmir və pulu könüllü qaytarmır. İddiaçı Mansur oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə müəyyən olundu ki, İddiaçı Mansur oğlu Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə razılaşaraq bir baş bəslənmiş dananı 1550 manata almışdır. Aralarında olan şifahi razılaşmaya əsasən aldığı gündən bir həftə ərzində o, ondan almış olduğu dananın dəyəri olan 1550 manatı ona ödəməli idi. O, pulu nə razılığa gəldiyi vaxtı nə də hazırkı tarixə kimi verməmişdir. Cavabfeh dəfələrlə iddiaçıya pulun verilməsi üçün müraciət etsə də o, hər dəfə pulu verəcəyinə vəd etmiş, ancaq sözünə əməl etməmiş və pulu könüllü qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində göstərdi ki, İddiaçı Mansur oğlu ilə Cavabdeh arasında heyvan alması ilə bağlı söhbətlərin şahidi olmuşdur. İddiaçı Mansur oğlu Cavabdeh dana satsa da, o dananın pulunu Mübarizə qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1550 manat məbləğində pulun və ödənilmiş 36 manat dövlət rüsumunun cəmi 1586 manat pul Cavabdeh İddiaçı Mansur oğlunun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242-244,253. 3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1550 manat məbləğində pul və ödənilmiş 36 manat dövlət rüsumu, cəmi 1586 manat pul Cavabdeh alınaraq İddiaçı Mansur oğluna verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qevvəyə minir. Hakim:Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar