Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-779/2023 17.04.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunnun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunnun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bank» ASC-nin xeyrinə 1364,18 manat əsas, həmin vəsaitin məbləğindən ödəmədiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddi ərizəsinin verilməsinə görə dövlət rüsumunun əvəzi olaraq 33,64 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı ASC -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh məxsus plastiq kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının №********************) xx.xx.2020-ci il tarixində ATM-dən məxaric əməliyyatları icra etmişdir. Nəticədə cavabdeh X1 banka cəmi 1.364, 18 (bir min üç yüz altmış dörd manat 18 qəpik) manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən bu günə kimi heç bir ödəniş etməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma ilə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi Elsevər Ələkbərov məhkəməyə ərizə göndərərək, iddia ərizəsini tam müdafiə etdiyini, təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq, iddia ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş №******************** kart hesabından görünür ki, borcluya kart hesabı açılmışdır. Cavabdeh həmin kart hesabından xx.xx.2020-ci il tarixində ATM-dən məxaric əməliyyatları icra etmişdir. X1 bankdan cəmi 1.364, 18 (bir min üç yüz altmış dörd manat 18 qəpik) manat pul götürmüşdür. İş materiallarında olan ödəniş kartı üzrə Çıxarışdan görünür ki, Cavabdeh 30 yanvar 2023-cü ilk tarixinə olan borcu 1.364, 18 (bir min üç yüz altmış dörd manat 18 qəpik) manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmən hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (AR MM-nin 1091.2-ci mad.). Ona görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh banka aid olan vəsaitdən istifadə edərək ondan əldə etdiyi 1364,18 manat pulu iddiaçıya qaytarmamaqla əsassız varlanmışdır və əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya qaytarmalıdır. Ona görə də, iddia tələbi təmin edilməlidir. Məhkəmə bank uçot dərəcəsi üzrə hesablanacaq fazilərə aid hissədə iddianı əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi cavabdeh özgəsinin pul vəsaitini 17 avqust 2020-ci ildən özündə saxlamışdır. Məhkəmə qeyd edir ki, qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi 8,75% miqdarında müəyyən edildiyindən iki il doqquz aylıq müddətə faizlər tətbiq edilməli, 328 manat 25 qəpik məbləğində faiz məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə ərizə verilməsi üçün 33.64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1364,18 manat əsas, həmin vəsaitin məbləğindən ödəmədiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanmış 328 manat 25 qəpik məbləğində faiz borcu olmaqla cəmi 1692,43 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,64 manat Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1364,18 manat əsas, həmin vəsaitin məbləğindən ödəmədiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanmış 328 manat 25 qəpik məbləğində faiz borcu olmaqla cəmi 1692,43 manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,64 manat Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-779/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-779/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver