Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-852/2024 12.03.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli yəhərli dartıcı maşının ehtiyat hissələrinin talanması nəticəsində avtomaşına aldığı yeni hissələrə xərclədiyi 10140 manat, maşının təmiri üçün xərclədiyi 100.000 rus rublu, yəni 3500 manatın, cavabdehə verilməsi üçün arvadı Günay Əsgərovanın bank kartına köçürülmüş 680 manat və digərlərinin cavabdehin bank kartlarına köçürülmüş 850 manat, sürücü X4 xidmət haqqı kimi ödənilmiş 500 manat və onun təyyarə ilə Mockvaya uçması üçün biletə ödənilmiş 820 manat, maşının hissələri talan olduğuna görə maşının boş dayanması səbəbindən əldən çıxmış fayda olab 17000 manatın, dövlət rüsumu kimi ödənilmiş 180 manatın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli yük avtomobilinin və onun 99ZA022 d.q nömrəsi olan yük qoşqusunun sahibidir, fərdi qaydada həmin avtomaşınla idarə edən sürücülərlə müqavilə bağlayaraq “ABADA”-da (Azərbaycan Beynəlxalq Daşıyıcıları Assosiyası) həqiq üzvü olan yük daşımaları həyata keçirilən avtomasınla yükdaşımalar xidmətini göstərir. 2021-ci ilin noyabrın axırlarında o, avtomaşınla yükün Rusiya Fedrasiyasına daşımaq üçün sifariş almışdır. Bu səbəbdən o, bu yükü aparmaq üçün sürücü axtarmağa başlamışdır. Sosial şəbəkələrdə cavabdehin başqa ölkələrə yük maşını ilə yüklərin daşınmasını öyrənəndən sonra, onunla elanda qoyduğu nömrə (***-***-**-**, ***-***-**-**) ilə əlaqə saxlamış, onunla görüşmüşdür. Cavabdeh ona Rusiyaya dəfələrlə yük daşıdığını bildirmişdir. O, cavabdehlərlə vaxtaşırı şirkətlərdən ona yük daşıması üçün sifarişlərin olduğunu demiş və o, onun təyin etdiyi qiymətə yükün daşımasına razılıq vermişdir. 03 dekabr 2021-ci il tarixdə "xxxx" MMC arasında yüklərin daşınması üçün 14/92 №-li müqavilə imzalanmışdır. Həmin günü “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli yük avtomaşını və onun ** ZA *** d.q.nömrəsi olan yük qoşqusu ilə yüklərin daşınması üçün 14/12-03 №-li, 03 dekabr 2023-cü il tarixli müqavilə bağlanmışdır. Eyni zamanda "xxxx" MMC yükün gömrükdən keçirilməsi üçün tələb olunan gömrük bəyannamələri, Rusiyada yükün alıcıya təhvil verilməsi ilə bağlı sənədləşmə işlərinin aparılması üçün cavabdehə 03 dekabr 2021-ci il tarixli etibarnamə verilmişdir. 2021-ci ilin dekabrın ortalarında (qablaşdırma pomidor) vurularaq maşın Rusiyaya yola salınmışdır. xx.xx.2021-ci il tarixdə yük Moskva şəhərində yerləşən “Fut Siti” bazarına çatdırılmışdır. xx.xx.2021-ci il tarixdə yük boşaldıqdan sonra yükün daşınmasına görə ona çatacaq 2100 ABŞ dolları (3570 manat) pul cavabdehə verilmişdir. Cavabdeh həmin pulu maşınla birlikdə ona təhvil vermədən sonra o, həmin məbləğdən sürücü xidməti üçün ona 600 ABŞ dolları (1020 manat) verməli olmuşdur. Geri qaytarma üçün də o, artıq yük tapmışdır. Lakin hava çox şaxta olduğundan maşını bir qədər “Fud Sity”-nin yaxınlığındakı yük maşınları üçün olan dayanacaqda saxlamaq qərarına gəlmiş və cavabdehlə havanın yumşalmasının gözlənməsini tapşırmışdır. 21 dekabr 2021-ci il tarixdə cavabdeh onun tapşırığına əməl etmədən və qabaqcadan ona məlumat vermədən maşını dayanacaqdan götürmüş, yükü götürmək üçün yola düşmüş, müəyyən məsafə qətdikdən sonra isə cavabdehin ona bildirdiyinə görə avtomaşının mühərrikinin sönməsi səbəbindən staRtellə maşını yolun kənarına çəkib elə orda onu buraxıb çıxıb getmişdir. 5 gündən sonra o, cavabdehlə əlaqə saxlayanda, o, ona maşının startelinin yandığını bildirmişdir. O, ona özbaşına dayanacağı tərk etməsini, ona starterin gücü ilə maşını yolun qırağına çəkdiyinə görə onun yanması barədə vaxtında məlumat verməməyinə irad bildirərək, yükə görə verilən puldan starterin təmir edilməsini, bu mümkün olmadıqda isə yeni starter alıb maşına qoymasını tapşırmışdır. Bundan sonra o, maşını aldığı yerə getmiş, maşının polislər tərəfindən evakuatora qoyulmasını görmüş, ona zəng edərək, maşının aparılmamasına görə polislərə pul vermək lazım olmasını bildirmişdir. O, da həmin vaxt “Fud Siti” bazarına yük aparmış digər tanışı Ağaxan adlı sürücüyə zəng etmiş, cavabdehə 8000 rubl, yəni 110 ABŞ dolları verməyi xahiş etmişdir. Ağaxan onun xahişi ilə öz kartından 3000 və 5000 rubl pulu cavabdehin bank kartına köçürmüşdür. Bundan sonra cavabdeh yenə də ona zəng edib polislər tərəfindən maşının aparılmasını və onun polislərlə birlikdə maşının dayacağına getdiyini bildirmişdir. Whatsapla maşının yerləşdiyi yeri mobil nömrəsinə göndərmişdir. Maşın dayanacaqda saxlandığı vaxtda cavabdeh dəfələrlə ona zəng vurub ondan pul istəmişdir. Pullar onun xahişi ilə başqalarının kart hesabından köçürülmüşdür. Rusiyada yaşayan Oksana Andreyevna K-10000 rubl-xx.xx.2022 tarixdə Mirzə Gülmurad oğlu K-5000 rubl və 15000 pubul, xx.xx.2022-ci il tarixdə Rusiyada ustanın pulunun verilməsi üçün Azərbaycanda həmin şəxsin tanışı Taryel Əliyevə 180 manat olan köçürmələr olmuşdur. Lakin bundan sonra cavabdeh maşının hissələrini (akkumlyatorun, Almanıya istehsalı olan PİANER markalı maqintafonları ABŞ şnuru ratsiyasını, yeni alınmışstarterini, tiklərini disklərlə bir yerdə qoşqunun paylayıçı krantını və onun şünurları radyatorun qabağında olan qoruyucu paneli, maşının 6 ədəd təkərini digər yük maşını Kamaz markalı maşının yararsız təkərləri ilə əvəz etmişdir) sataraq Nijni-Vartovsk şəhərinə getmişdir. Oradan cavabdeh ona zəng vuraraq dostlarının yanında olduğunu,13 yanvarda yeni il qurtardıqdan sonra qayıdacağını bildirmişdir. Bundan sonra cavabdeh yenə də hər iki gündən bir ona zəng edərək ondan pul göndərəcəyini tələb edirdi. O, da həmin pulları cavabdehin arvadı Günay Əsgərovanın bank kartına 480 manat köçürmüşdür. Onun arvadı isə həmin pulları Rusiyaya cavabdehin kartına köçürmüşdür. Mirzə tərəfindən cavabdeh ödənilmiş pulları o, onun Bakıda yaşayan ailəsinə 500 manat pul vermişdir. Oksanaya çatacaq pul isə onun xalası oğlu Emin vasitəsilə verilmişdir. Cavabdehə starteri Moskvada yaşayan həmyerlisi ustaya aparmasını demiş, lakin cavabdeh buna da əməl etməmişdir. Eyni zamanda cavabdeh demişdir ki, maşının akkumulyatoru da ölmüşdür, yəni yeni akkumulyator alınmalıdır. Bildirmişdir ki, 2 ədəd 15000 rubla işlənmiş akkumulyator var. O, yenə də Ağacana zəng edib akkumulyator üçün cavabdehə 15000 rubl verməsini xahiş etmişdir. Ağacan da bu məbləği Mirzədən bu pulu cavabdehə göndərməsini xahiş etmişdir. Bundan sonra o, maşın üçün starter alaraq Moskvaya göndərmişdir. Sonradan məlum olmuşdur ki, aldığı starter maşına uyğun olmamışdır. Ona görə də yenisini alıb Moskvaya göndərməli olmuşdur. Cavabdeh isə akkumulyatorları almış və sonra isə satmışdır. Cavabdeh Novruz bayramı ərəfəsində maşını Moskvada qoyaraq Azərbaycana gəlmişdir. Cavabdeh ona telefon vasitəsilə bildirmişdir ki, guya o İrkutski şəhərindədir. O, onun Azərbaycanda olduğunu ona bildirmiş və maşının sənədlərini və açarlarını ondan isdədikdə o, ondan 500 manat pul tələb etmişdir. O, ona öz iradını bildirərək ona dəymiş ziyanın ona ödəməsi əvəzində ondan abırsız dərəcədə yenə pul tələb etməsini ona irad kimi göstərmişdir. 2022-ci ilin mart ayının axırlarında cavabdehin avradının bank kartına 200 manat pul köçürmüşdür. Bundan sonra cavabdeh maşının açarlarını və sənədlərini ona taksi ilə göndərmişdir. Bundan başqa maşını Moskvadan gətirmək üçün qohumlarından 850 manat və 30.000 rubl almışdır. Başqa sürücü X5 etibarnamə verərək onu Lənkaran hava limanından Moskvaya yola salmışdır. Xəqani də 3 gün ərzində maşının talanmış hissələrini 70.000 rubl borc alaraq düzəltdirərək maşını Azərbaycana gətirmişdir.Cavabdehla sürücü xidmətlərinin göstərilməsi üçün bağlanmış 14/12-05№-li 03 dekabr 2023-cü il tarixli müqavilənin 2.2.6-cı bəndinə görə sürücü yükləmə və boşaltma zamanı o cümlədən yükün daşınması zamanı daşınan yükün və avtonəqliyyat vasitəsinin tamlığına və qorunmasına görə məsuliyyət daşıyır. Cavabdeh qərəzli olaraq etdiyi hərəkətlərlə yəni istismar qaydalarını pozaraq maşının hissələrini sataraq və s. əməlləri ilə maşını 5 ay müddətində istismara yararsız hala salmışdır. Ona maddi ziyan vurmuş, əldə olunacaq gəlirdən onu məhrum etmişdir. Cavabdeh özbaşına güclü şaxtalı gündə avtomaşını dayanacaqdan götürərək digər yükü götürmək üçün yola düşmüşdür. Bundan sonra cavabdehin maşını yolda xarab olmuş, maşını yolun kənarına çəkmək üçün starterin gücü ilə maşını yoldan kənara çəkmişdir. Həmin vaxt starter xarab olmuşdur. Bundan sonra cavabdeh maşını yolda qoyaraq yeni il qeyd etmək üçün başqa yerə getmişdir. Həmçinin maşını talayıb hissələrini satmışdır. Halbuki həqiqətən də maşının starteri xarab olmuş olsaydı belə cavabdeh starterin təmir olunması və ya bu mümkün olmadıqda isə yeni starter alıb, maşına qoyulması üçün tədbir görməli, maşını tərk edib başqa yerə getməməli idi. Cavabdeh maşının üstündə olan starteri ona təhvil verməmişdir ki, bunun özü isə həqiqətən də starteri xarab olunmasını şübhə altına alır. Belə çıxır ki, cavabdeh tamah məqsədi ilə maşını talan etmiş və ondan artıq pullar almış, ona lüzumsuz yerə böyük məbləğdə maddi ziyan vurmuşdur. Odur ki, məhkəmədən ona məxsus olan “DAF”markalı 99BE732 dövlət qeydiyyat nömrəli yəhərli, dartıcı maşının ehtiyyat hissələrinin talanması nəticəsində avtomaşına aldığı, yeni hissələrə xərclədiyi 10140(on min bir yüz qırx)manatın, maşının təmiri üçün xərclənmiş 100.000 rubl, yəni 3500 manatın, cavabdehə verilməsi üçün cavabdehin arvadı Günay Əsgərovanın bank kartına köçürülmüş 680 manat və 850 manatın, sürücü X5 xidmət haqqı kimi ödənilmiş 500 manat və biletə görə ödənilmiş 820 manatın, maşının hissələri talan olunduğuna görə maşının boş dayanması səbəbindən 17.000 manat əldən çıxmış faydanın və dövlət rüsumu kimi ödənilmiş 180 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehdən tələb etdiyi pulun 3000 manatını istəmir, buna baxmayaraq iddianın qalan hissədə təmin edilməsini xahiş edir. Məhəkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 bildirdi ki, iddia əsassızdır. Belə ki, Tural 13 dekabr 2020 ci ildə Rusiyaya getmiş, fevral ayında belə o Rusiyadan qayıtmamışdı. Turala maşını duracaqda saxlamaq üçün gündəlik 500 rus rublu pul verirdi.3 ay orda olmuşdur. Oradan çıxardıb başqa duracağa apararkən maşın xarab olmuşdur. Maşın xarab olanda Hüsaməddin pul göndərmədi. Turalın pulu olmadığından maşın Rusiyada uzun müddət qalmışdır. Ona görə də, iddianın rədd olunmasını xahiş. etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş 25 yanvar 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış araşdırmalar və təhlillərə əsasən DAF markalı yəhərli dartıcı tipli olan yük avtomobilinə təqdim olunmuş siyahi üzrə ehtiyat hissələrinin 25 yanvar 2023-cü il tarixə olan orta bazar dəyəri 10140 manat təşkil edir. İşə əlavə olunmuş 03 dekabr 2021-ci il tarixli 114/12-03 nömrəli müqavilədən görünür ki, sahibkar İddiaçı ilə fiziki şəxs sürücü Cavabdeh arasında bağlanmış müqaviləyə görə “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli avtomaşınla beynalxalq yüklərin daşınmasını təşkil edilmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli 271 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə nəqliyyat şirkəti olan X6 Ekspedisiyası Kompaniyası MMC ilə “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli nişanlı yük avtomobilinin sahibi İddiaçı arasında bağlanmış müqaviləyə əsasən X1 iştirakçı kimi fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixində yüklə dolu avtonəqliyyat vasitəsi sürücüsü Cavabdeh tərəfindən idarə olunaraq Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən Fud-Siti ticarət mərkəzinə getmiş və yükü boşaltdıqdan sonra maşın sahibinə çatacaq 2100 dollar (3570 manat) pulu almış, sonra isə Azərbaycan Respublikasına yük gətirmək üçün yola çıxaraq öz təqsiri üzündən avtonəqliyyat vasitəsini qəsdən yararsız hala salmış və yolun kənarında ataraq çıxıb getmişdir. Nəticədə avtomobil 5 aydan çox müddət ərzində Moskva şəhərində baxımsız və nəzarətsiz qalmış və sahibi İddiaçı hər ay orta hesabla 2000 dollar (3400 manat) maddi ziyana düşərək cəmi 5 ay x 2000 dollar (17000 manat) faktiki gəlirdən məhrum olmuşdur. İşə əlavə olunmuş 01 iyun 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respubilkası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə ünvanlanmış 31 may 2022-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, DAF 150.460/SHMİTS markalı 99BE732/99ZA022 dövlət nömrə nişanlı yük avtomobili xx.xx.2021-ci il tarixdə yüklü olaraq sürücü Azərbaycan Respublikasının vətandaşı Cavabdeh tərəfindən idarə olunaraq Rusiya Fedarasiyası istiqamətində ölkəni tərk etmiş və xx.xx.2022-ci il tarixdə boş olaraq sürücü Azərbaycan Respublikası vətandaşı Balayev Xəqani oğlu tərəfindən idarə olunaraq Rusiya Federasiyası istiqamətindən ölkə ərazisinə daxil olmuşdur. İşə əlavə olunmuş LEX FORİ hüquq və qiymətləndirmə şirkətinin 25 yanvar 2023cü il tarixli 04 saylı məktubundan görünür ki, DAF markalı yəhərli dartıcı tipli olan yük avtomobilinə təqdim olunmuş siyahı üzrə ehtiyat hissələrinin 25 yanvar 2023-cü il tarixə orta bazar dəyəri 10140 manat təşkil edir. İşin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə sürüçü Cavabdeh İddiaçı məxsu “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli avtomaşınla beynəlxalq yüklərin daşınmasını həyat keçirmiş, həmin müqaviləyə əsasən yükün daşınması zamanı daşınan yükün və avtonəqliyyat vasitəsinin tamlığına və qorunmasına görə məsuliyyət daşımışdır. İşdə olan sənədlərdən göründüyü kimi Cavabdeh müqavilə şərtlərini pozaraq iddiaçıya iddia tələbində göstərilən həddə ziyan vurmuşdur. Cavabdeh məhkəmə iclasında nümayəndəsi tərəfindən təmsil edilsə də iddia ərizəsinə əlavə edilmiş sübutların əksini təsdiq edən sübutlar təqdim etməmiş və dəymiş zərərin məbləği də mübahisələndirilməmişdir. Məhkəmə onu da qeyd edir ki, işdə olan xx.xx.2021-ci il tarixli tərəflər arasında bağlanılmış müqavilənin 2.2.6-cı bəndinə əsasən sürücü yükləmə və boşaltma zamanı, o cümlədən yükün daşınması zamanı yükün və avtonəqliyyat vasitəsinin tamlığına və qorunmasına görə məsuliyyət daşıyır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 385.2-ci maddəsinə görə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.[371] Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Adı çəkilən Məcəllənin 386.3-cü maddəsinə görə danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Qeyd edilən Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 850.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Qeyd edilən Məcəllənin 777.1-ci maddəsin əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli yəhərli dartıcı maşının ehtiyat hissələrinin sıradan çıxması nəticəsində avtomaşına alınmış yeni hissələrə xərclənən 10140 manat, maşının təmiri üçün xərclənmiş 3500 manat və əldən çıxmış faydaya görə 17000 manat, cəmi 30640 manat, eyni zamanda dövlət rüsumu kimi ödənilmiş 181 manat 92 qəpik Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidirr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242-244,253. 3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli yəhərli dartıcı maşının ehtiyat hissələrinin sıradan çıxması nəticəsində avtomaşına alınmış yeni hissələrə xərclənən 10140 manat, maşının təmiri üçün xərclənmiş 3500 manat və əldən çıxmış faydaya görə 17000 manat, cəmi 30640 manat, eyni zamanda dövlət rüsumu kimi ödənilmiş 181 manat 92 qəpik Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-852/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-852/2024
12.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver