Məhkəmə qərarları › İş №2(062)-880/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-880/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-880/2023 03.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X2 qarşı «kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X2 qarşı «kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İK 68-RES/09.19 saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İK 68-RES/09.19 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 5228.64 (beş min iki yüz iyirmi səkkiz manat altmış dörd qəpik) manat əsas, 75,86 (yetmiş dörd manat səksən altı) manat faiz və 18,28 (on səkkiz manat iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla cəmi 5322.78 (beş min üç yüz iyirmi iki manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun və tərəflərindən ödənilmiş 73.23 (yetmiş üç manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh və X1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İK 68-RES/09.19 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1% güzəşt müddəti 12 ay olmaqla 60 ay müddətinə 7415.24 (yeddi min on beş manat iyirmi dörd qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixli İK 68-RES/09.19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 5228.64 (beş min iki yüz iyirmi səkkiz manat altmış dörd qəpik) manat əsas, 75,86 (yetmiş dörd manat səksən altı) manat faiz və 18,28 (on səkkiz manat iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla cəmi 5322.78 (beş min üç yüz iyirmi iki manat yetmiş səkkiz qəpik) manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbardarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabdehsiz qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iştirak edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli İK 68-RES/09.19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik faiz dərəcəsi 1% güzəşt müddəti 12 ay olmaqla 60 ay müddətinə 7415.24 (yeddi min on beş manat iyirmi dörd qəpik) manat məbləğində kredit verilmişdir. Zaminlik müqavilələrindən görünür xx.xx.2019-cu il tarixli İK 68-RES/09.19 saylı kredit müqaviləsinin təminatı olaraq zamin X3 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 5228.64 (beş min iki yüz iyirmi səkkiz manat altmış dörd qəpik) manat əsas, 75,86 (yetmiş dörd manat səksən altı) manat faiz və 18,28 (on səkkiz manat iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 5322.78 (beş min üç yüz iyirmi iki manat yetmiş səkkiz qəpik) manat məbləğində borcu mövcud olması qeyd edilmişdir. Cavabdeh kredit müqavilələrin şərtlərinə əsasən müvafiq qaydada ödəniş etməli idi. MPM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 423.2-ci maddəsinə uyğun olaraq, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi ləğv edilməlidir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda göstərilən kredit müqaviləsi üzrə İddiaçı ASC -dən borc almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan (bildirişdən) görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlərə borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə ərizə verilməsi üçün 73.23 (yetmiş üç manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İK 68-RES/09.19 saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv edilməli, 5228.64 (beş min iki yüz iyirmi səkkiz manat altmış dörd qəpik) manat əsas, 75,86 (yetmiş dörd manat səksən altı) manat faiz və 18,28 (on səkkiz manat iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla cəmi 5322.78 (beş min üç yüz iyirmi iki manat yetmiş səkkiz qəpik) manat məbləğində borc və 73.23 (yetmiş üç manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərCavabdeh və X1 müştərək qaydada İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli İK 68-RES/09.19 saylı kredit müqaviləsi ləğv edilsin. 5228.64 (beş min iki yüz iyirmi səkkiz manat altmış dörd qəpik) manat əsas, 75,86 (yetmiş dörd manat səksən altı) manat faiz və 18,28 (on səkkiz manat iyirmi səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 5322.78 (beş min üç yüz iyirmi iki manat yetmiş səkkiz qəpik) manat məbləğində borc və 73.23 (yetmiş üç manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq İddiaçı ASC -nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar