Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-914/2024 17.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : "xxxx" ASC məhkəməyə müraciət edərək, Cavabdeh 9131,25 manat əsas, 1945,04 manat faiz, 311,33 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 11387,62 manat borcun və 124,57 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə təşkilat arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Borcverən borcalana 36 ay müddətinə, illik 23 faiz ödəmək şərtilə 10000 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə “Bu müqavilə uzrə borcalan ayrılan kredit məbləği oferta çərçivəsində borcalan verilən ödəniş kartına köçürmüşdür. Bu müqavilə "xxxx"ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş və borcalanın yazılı razılığı ilə bütün şərtləri onun tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 01U/21 saylı ümumi oferta çərçivəsində bağlanır. Bu müqavilədə nəzərdə tutulmayan və tərəflər arasında münasibətləri tənzimləyən bütün digər şərtlər oferta ilə tənziçlənir. Cavabdeh müqaviləsinin şərtlərini pozaraq dövri ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixinə Unibank KB ASC-yə 9131,25 manat əsas, 1945,04 manat faiz, 311,33 manat cərimə, 0 manat komisyon haqqı, cəmi 11387,62 manat borcu yaranmışdır. Odur ki, cavabdehdən kredit müqaviləsi üzrə əsas borca görə 9131,25 manat, faiz borcuna görə 1945,04 manat, cərimə borcuna görə 311,33 manat, 0 manat komisyon haqqı olmaqla, cəmi 11387,62 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 75,45 manat dövlət rüsumunun alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, maddi imkanı olmadığından borcunu ödəyə bilmir.Ona görə də nəzərə alınmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə ərizə göndərərək, məlumat vermiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Ona görə də məhkəmə işə baxmağa başlamışdır. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh istehlak məqsədilə 36 ay müddətinə, illik 23% ödəmək şərtilə 10.000 manat kredit verilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Cavabdeh ilə təşkilat arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədilə 36 ay müddətinə, illik 23% ödəmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsi dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2023-cü il tarixinə Unibank KB ASC-yə 9131,25 manat əsas, 1945,04 manat faiz, 311,33 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 11387,62 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllnin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Hüquq münasibətinin yarandığı zaman qüvvədə olan, yəni 01 oktyabr 2023-cü ilədək qüvvə olan Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh əsas məbləği 9131,25 manat əsas, 1945,04 manat faiz, 311,33 manat cərimə borcu olmaqla, cəmi 11387,62 manat alınaraq "xxxx"KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 124,57 manat pul cavabdehdən tutulub iddiaçı təşkilata ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 234 –cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 9131,25 manat əsas, 1945,04 manat faiz, 311,33 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 11387,62 manat borc və dövlət rüsumu hesabına ödənilmiş 124,57 manat alınaraq "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-914/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-914/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver